05.07.2011

Gənclərimizin caza meyl atrıb


   “Facebook-da gənclərin şeirlərini həvəslə oxuyuram”  

Əməkdaşımız Tural Balabəylinin gənc bəstəkar gənc bəstəkar Gülnarə Aydın ilə müsahibəsini sizə təqdim edirik

-Şou biznes aləmində həvəskar və professional bəstəkarlar mövzusu gündəmdədi. Siz özünüzü professional bəstəkar hesab edirsizmi?
-Mən konsertvatoriyanı bitirmişəm. Ustad sənətkarlardan dərs almışam. Qaldı ki həvəskar və professional bəstəkarlığa, onu artıq dinləyicilər deyə bilər. İndi hal-hazırda Bahar Lətifqızına iki mahnı vermışəm.
-Bu gün dinləyicilər arasında ən çox necə mahnılar populyardır?
-Zövqlər fərqlidi. Yaşlı və orta nəsil muğama, gənclər isə estradaya- popa, roka, repe üstünlük verirlər. Amma bir şeyi də qeyd edim ki, indi gənclərimizin əksəriyyəti caza böyük meyl göstərirlər.
-Şou verilişlərin televiziyaları başına götürməsi əhalidə qıcıq yaradır. Bəs sizin buna münasibətiniz necədi?
-Bilirsiz bütün dünya televiziyaları şou verlişləri hazırlayırlar. Şou verlişləri televiziyaların reytinqini birə-beş artırır. Şou verlişi olanda nolar ki, şitlik eləmək lazımdı bəyəm? “Xəzər” televiziyası hər bir ailənin kanalıdı.  Mən özüm “Xəzər” kanalında yayımlanan “Nuş olsun” və “Balacan” verlişlərinin baş produsseriyəm.
-Necə insanlarla dostluq edirsiz?
-Dost- mənim üçün ikinci mən deməkdi.
-İnsanlarda hansı xüsusiyyətlərə üstünlük verirsiniz?
-Yalançı, paxıl və iki üzlü insanlari görən gözüm yoxdu.
-Kitablarla aranız necədi?
-Mən əslində bəstəkar olduğum üçün, şeir kitablarına üstünlük verirəm. Son zamanlarda müasir və moderin üslubda şeir yazan gənclərin kitablarına meylimi salmışam. Sosial şəbəkə olan “facebook”-da gənc şairlərin şeirlərini də həvəslə oxuyuram.
-Sonda...
-Sonda sizlərə və oxuculara uğurlar...

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий