08.07.2011

Potensial homoseksual ədəbiyyatımız


Əsəd Qaraqaplan
Bugün ədəbiyyatımız, xırda istisnalarla, özünün homoseksual dövrünü yaşayır. Yazılan mətnlərə baxırsan, çox zaman hər şey yerli-yerində olur, amma ruhunda həmişə nəyinsə çatışmadığını da duyursan.
 
Bu gün həm kişi, həm də qadın yazarlarımızın mətnlərində bir eşcinsəllik ruhu görürsən. Nə kişilər öz kişi ruhunu qoya bilirlər mətnə, nə də qadınlar.
İnsan bir yerdə duranda böyük olur – Xanəminin sözü olmasın. Eyni vaxtda bir neçə yerdə “təcəlla” eləyən yazarın ruhu halı bütün göstəricilərlə homoseksuallığı təlqin edir.Tərif, yaltaqlıq, şər-şəbədə, söyüş dolu mətnlərin nə kişi tərəfi var, nə qadın. Bu təfəkkürlə ortada qalan yazar – özü də bilmir o, kişidi, yoxsa qadındı.
Üz-üzə gələndə sənə olmazın təriflər yağdıran, arxasınca ağzına gələni danışan, satılmış, qeybətçi təfəkkürə sahib olan yazarın bircə adı var: homoseksual. Xəyalında hamını asıb-kəsdiyini düşünən, üzə, əmələ gələndə dilini qarnına qoyanlar da bu qəbildəndilər…
Bu, potensial homoseksuallıqdı, bunu fiziki homoseksuallıqla qarışdırmaq olmaz. Bu, cəmiyyət, insanlıq, yaradıcılıq üçün fiziki homoseksuallıqdan daha təhlükəlidi.
Fiziki homoseksuallığın bütün çirkin, iyrənc tərəfləriylə çox zaman sənətə yaxşı təsir etdiyinin əksinə olaraq, bu cür potensial homoseksuallıq cəmiyyətin, insanlığın, yaradıcılığın qarşısında əsil təhlükə mənbəyidi.
Bu adamlar özləri də bilmədən öz boğazdan yuxarı tərifləriylə, yaltaqlığıyla, qərəziylə, şər-şəbədəsiylə, yersiz söyüşləriylə cəmiyyətə, insanlara əslində eşcinsəllik təlqin edirlər.
Bir də görürsən biri o birinin haqqında elə tərif yazıb ki, mətndə nə kişi var, nə də qadın, eləcə də şər-şəbədə, qərəz…
Dünən başqa cəbhədə olub, bu gün başqa cəbhədə olan, sabah yenə əvvəlki, ya da tam ayrı bir cəbhədə olacaq yazara potensial homoseksual adından başqa nə ad vermək olar …
Öz bətnlərində neçə özgür mətni, fikri, hissiyyatı boğub öldürən, yaza bilmədiklərinin qisas hissiylə yaşayan, gündəlik həyatı, ötəri qayğıları narahat ruhlu yaradıcılığına qurban verə bilməyən yazar, axırda çevrilib potensial homoseksual olur.
Artıq onunçün saf, təmiz hisslərin, özgür düşüncənin yerini yaltaqlıq, qərəz, şər-şəbədə, boğazdan yuxarı tərif tutur.
Baxırsan istedadlı gənc yazardı, amma özünə bir yer eləmək, nəsə əldə etməkdən ötrü özündən min qat istedadsız birinə başlayır tərif yağdırmağa. Sözlə alverə girən bu gənc çox keçmir potensial homoseksuala çevrilir.
Sözlə alver eləmək qədər yazarı potensial homoseksuallığa aparan bir şey yoxdu…
Gəlin bu gün ədəbiyyatımızda yaranan mətnlərin əsas məziyyətlərinə ümumi baxaq.
Bu gün ədəbiyyatımızın əsas obrazı, aşağı-yuxarı, hər kəs kimi olan, ətrafına görə yaşayan, gündəlik həyatda və ötəri qayğılarda çabalayan, ağıllı olan qəhrəmandı. Onun bütün həyat tərzi, düşüncəsi, təfəkkürü, hissiyyatı – hamısı homoseksuallığa hesablanıb. Ona görə o, nə öz haqqını bilir, nə insani hisslərini dərk eləyir, nə də ya bir kişi, ya da qadın kimi bir bütövə çevrilə bilir.
Ən dəhşəti odur, bu potensial homoseksuallıq ən çox gənc nəsildə, gənc yazarlardadı. Qarşılarına bir döngə çıxan kimi tez dönüb gedən bu gənc adamlar, mənə elə gəlir, hələ dünyaya gəlməmişdən qabaq analarının bətnində də homoseksual olublar. Əgər belə olmasaydı, bu qədər canla-başla satılmağa hazır olmazdılar…
Qoltuq altına sığınıb yaşamağı dünyada ən böyük xoşbəxtlik sayan, dərd gələndə ağlaşma quran, sevinc gələndə bambılıya çevrilən bu obraz ancaq və ancaq homoseksual olmağa yarayır.
Bu tip yazarlarımızın özləri kimi obrazları da eşcinsəldi.
Bu gün ədəbiyyatımızda, demək olar, öz mövzusu olan yazar da yoxdu. Ona görə də min illərin iylənmiş, kif bağlamış iyrənc mövzuları bu gün daha çox dəbdədi.
Hətta Qarabağ mövzusunda yazılan mətnlərin də, demək olar, hamısı ya ağlaşma, ya da yersiz dişqıcırtma janrındadı. Yazar vicdanın itdiyi yerdə özünü düşmənin qabağında belə “soyunduran” bu yazarların homoseksual olduğuna inanmaya bilmirsən.
Nə bir əsil kişi xarakteri, nə də əsil qadın gözəlliyi duyulmayan ədəbiyyatımız bu gün nə öz  klassik köklərinə dayanır, nə də müasir türk, Avropa, Amerika, Şərq ədəbiyyatına. Hər şeydən təcrid edilmiş yazarlarımız sonucda gəlib potensial homoseksuallığa dirəniblər…
Burda cinsi natamamlığın cəmiyyətdə dərin kök atdığını nəzərə alsaq da, bu, heç də əsas səbəb kimi üzə çıxmır. Çünki ədəbiyyatdan danışarkən təkcə fiziki istəkləri qabartmaq da gülüncdü. Amma hər halda dərin psixoloji səbəblər yaradan cinsi natamamlıq da bu potensial homoseksuallığa yol açan səbəblərdi.
Nə kişisi, nə də qadını öz istəyini lazımınca həyata keçirə bilən bu cəmiyyətin və bu ədəbiyyatın faciəsi bu mənada daha dəhşətlidi.
Dünyanı və ölkəmizi bürüyən mavilik, lezbianlıq havasında, eyni proses ədəbiyyatımızda beyinlərdə, təfəkkürlərdə, içlərdə, hisslərdə öz “əksini” tapır.
Baxsan bu mənada bu tip yazarlarımızın heç bir qüsuru yoxdu. Amma gəl, gəl ki, təfəkkür, iç olaraq onlar potensial eşcinsəldirlər.
Kişiliyin aşırı dərəcəsi homoseksuallıq, feminizmin aşırı dərəcəsi də lezbianlıqdı. Bu da bu gün ədəbiyyatımızda öz əksini, necə deyərlər, çox gözəl tapır.
Bəlkə bu, bütün dövrlərdə belə olub. Öz cinsini yaxşı əks elətdirə bilən yazarlar da dövrlərinin eşcinsəl yazarlarından fərqlənib, böyük olublar. Amma çağdaş ədəbiyyatımızın bu “potensial homoseksual” durumu mənə nədənsə bütün dövrlərdəkindən daha dəhşətli görünür.
Ona görə də bugün bu dəhşətli durumda olan ədəbiyyatımızda böyük əsərlər yaranmır. Yarananlar da eyni dəhşətli durumda olan cəmiyyərin diqqətini çəkmir.
Dəhşət ondadı,  bu gün ən çox oxunan, dəyərləndirilən, reklam, təbliğ olunan mətnlər potensial homoseksual mətnlərdi. Xalq yox, kütlə olan bu ədəbiyyatın əksər oxucusu öz potensial homoseksual təfəkkürüylə özünə uyğun mətnlər axtarışındadı.
Burda həm də burda bir şey də dəqiqdi – hər addımda potensial homoseksuallığa hazır olan bir yazarın, deməli, istedadı, potensialı, böyük əsər yaradabilmə bacarığı sıfıra bərabərdi…
Bu adamlar nəsə etdiklərinə nəinki diqqətli yazarı, heç diqqətli oxucunu da inandıra bilməzlər! Onlar qoltuq altında xoşbəxt olmağa, yaltaqlanmağa, şər-şəbədəylə, qərəzlə məşğul olmağa davam etdikcə, bu “potensial homoseksual” adını öz üzərlərindən ata bilməzlər!
Onların hamısı gözümüzün önündədilər.
Bu potensial homoseksuallıq ədəbiyyatımızın faciəsi və sonu deməkdi. Ama son həmişə başlanğıcdı…
                       kultaz.com

Комментариев нет:

Отправить комментарий