16.07.2011

Sofiya Sadıqlı şor-biznes barədə

                                                                                                             Ancaq bizdə oxuyun!

Oksananı xoşbəxt olmağa qoymurlar



Artıq neçə gündür ki, mətbuatımız rəqqasə Oksana Rəsulovanın xəyanətindən yazır. Ən qlobal problemlər də mətbuatımızı Oksananın keçmiş əri Haqaya etdiyi xəyanət qədər narahat etmir. Bütün mətbuat və şouxana Oksananın reper Elşad Xose ilə evliliyinin qarşısında əngəl törətməklə məşğuldur. Oksana gözünə döndüyüm də yaxşıca verib əbləhlərin cavabını: “Əcəb etmişəm. Bu, mənim öz şəxsi işimdir, öz həyatımdır, özüm bilərəm”.
Ağılı, gözəlliyi, intllekti ilə şouxanamızın bütün ulduzələrini geridə qoyan Oksana keçmiş ərini atmasının səbəbini də açıqlayıb: “Mən onda istədiyim kişiliyi görmədim!”.

Ən dəhşətlisi isə özünü nüfuzlu mətbu orqan kimi tanıtdırmağa, cəmiyyətə sırımağa çalışan bəzi KİV orqanlarının “Oksananın böyük yalanı üzə çıxdı” kimi manşetlərlə çıxış etməsi anlaşılan deyildi. Bu əslində belə KİV orqanlarının içini çölə tökməsi idi.
Keçirdiyi mətbuat konfransında Oksanaya qaraçı kimi hücüm çəkən bəzi şou yazarlarını başa düşmək o qədər də çətin deyil. Bu hücuma hazır dayanan bəzi üzdəniraq müxbirlər daim “başla” əmrinə müntəzirdirlər. “Başla” əmirinin işarəsi çox məşhurdur el arasında. Belə ki, sağ əlin baş və şahədət barmağını bir birinə çəkmək bu əmrə müntəzir qulların çoşmasına bəs edir. Səviyyə və məntiq sarıdan çox kasad olan zavallı şouyazarlarını guya ki, namuq-qeyrət sakit olmağa qoymur. Odur ki, bir-birini dəlicəsinə sevən iki gəncin –Oksana ilə Elşad Xosenin sevgisinə var qüvvələri ilə mane olmaqdadırlar. Səbəb isə bəllidir. Axı Oksananın xoşbəxtliyinə mane olmaq istəyən onun keçmiş əri Haqay iş adamıdır. Bizim fatmanisələrin bir vaxtlar ən yaxşı kişi göstəricisi kimi istifadə etdikləri ifadəni xatırlamamaq olmur: “O, biznesmendir”. Vəssalam.
 Oksana isə mətbuat konfransı keçirib, sevglisi Elşad Xose ilə tədbirə təşrif buyurub sübut etdi ki, o, heç kəsin qarşısında günahkar deyil və qaragürühçuları, pulla ulduzlara hürənləri heç vecinə də almır.
O ki, qaldı Oksananın keçmiş ərindən ayıran səbəbə -“Mən onda istədiyim kişiliyi görmədim!” fikirinə, bunun haqlı irad olduğunu Haqay özü sübut etdi. Haqay keçmiş arvadının xəstəxanada psixiator nəzarəti altında müalicə olunması barədə üzə çıxardığı sənədlər və verdiyi müsahibələrdəki aşağılayıcı fikirlər onun doğrudan da kişi olmadığının göstəricisi idi.
Bir sözlə Oksana xanım belə bir “kişidən” ayrılmaqda nə qədər haqlı olduğunu artıq sübut etdi. Oksana bir daha əsl xanım olduğunu və özünə hörmət qoyduğunu sərgilədi. Doğrudan da bir zamanlar bir yastığa baş qoyduğu arvadının məhrəm bilib ona etibar etdiyi sirri bu gün pulla mətbuata açıb –tökən Haqaya kimi adamlara nəinki kişi, heç adam deməyə də adamın dili gəlmir.
O ki, qaldı Oksananın sevglisi Elşad Xoseyə, Elşad bir daha əsl kişi olduğunu aləmə əyani şəkildə göstərdi. O, “Elə bilirsiniz təzə xəbər yazmısınız? Hamının hər şeydən xəbəri var, hər kəs bilir ki, mən narkomanam. Hə, nə olsun ki?” açıqlaması ilə başqalarının şəxsi işinə burunun soxanların layiq olduğu cavabı verdi. Indi alın payınızı, sizə bu da azdır.
Elşad Xose özünü əsl sevən ifid kimi apararaq, xanımına “ANS” əməkdaşının verdiyi yersiz suala cavab olaraq ona hücum çəkib,  şirkətlər qrupunun və rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib.
Rəqqasə Oksana isə Haqayın onu narkoman adlandırmasının və bu açıqlamanın efirə getməsinin ona olduqca pis təsir etdiyini və Haqayın məhkəmə qarşısında cavab verəcəyini bildirib. O, narkoman olmadığını sübut etmək üçün jurnalistlərin iştirakı ilə narkotik testindən də keçib. Bir sözlə, Elşadla Oksanaya xoşbəxt olsun deyirik. Çünki bu çütlük xoşbəxtliyə layiqdir.

Aygün Kazımova Lindsan Lohanlıq edir

Aygün Kazımova isti yay günlərini Xəzər dənizinin sahillərində keçirməyə üstünlük verib. Hər hərəkəti ilə olay yaratmağa alışmış Aygün bu dəfə də qeyr-adiliyi ilə diqqət çəkməyə çalışıb. Xəbər saytlarından birinə verdiyi açıqlamda o, dənizdə kişi ilə deyil, qadınla dincəldiyini bildirib. Yaradıcılıqla bağlı bəzi işlərini başa çatdırmadığı üçün xaricdə dincəlmək haqda düşünməyə macal tapmayan ifaçı, gününün çoxunu köhnə rəfiqəsi Nailə Dadaşova ilə birgə keçirir. Müğənni çimərlikdə Nailə ilə birgə dincəlir.
Bu isə Hollivud ulduzu Lindsan Lohanın həmcinsi ilə küçələrdə fırlanmağına bənzəyir. Bir sözlə, iki qadının ayrılmaz birliyi “qarğa, qarğa məndə qoz var” fikrini təlqin edir.

Aybəniz Haşımovanın birincisi 18-ci oldu

Özünü gah Şövkət Ələkbərəovanın davamçısı, gah da ağıllı münsif kimi tanıtdırmağa çalışan Aybəniz Haşımovanın qızı Aynişanı ulduz etmək sevdası yenə də boşa çıxdı. Vitebskdə keçrilən “Slavyan bazarı” XX Beynəlxalq incəsənət festivalında iştirak edən Aynişan 18-ci yeri tutub. Amma anası qızının birinci yer tutacağına, qalib olacağına hamını inandırmağa çalışırdı. Əslində bu yalana heç o, özü də inanmırdı. Çünki içində yalan danışdığını dəqiq bilirdi.
20 ölkə nümayəndəsinin qatıldığı yarışda qalib Belarus təmsilçisi Alyona Lanskaya oldu. O, qalib adıyla yanaşı, yarışmanın birincisinə çatacaq 15 min dollar pul mükafatına da sahib oldu.
Birinci yeri ukraynalı Vladimir Kvasniç (9 min dollar), ikinci yeri çexiyalı ifaçı David Deyl və Litva təmsilçisi Ruta(3 min dollar) qazanıb. Üçüncü yerə isə Qazaxıstan təmsilçisi Əlişir Kərimov və Moldova təmsilçisi Kristina Skarlat (1500 dollar) layiq görülüblər.
Yüksək ifaçılıq qabiliyyətinə görə mükafat Latviya təmsilçisi Daynis Skutelisə, Rusiya təmsilçiləri Alena Lanskaya və Mari Karneyə təqdim olunub.
“Mir” Telekompaniyası Gürcüstan təmsilçisi Zviadu Abaşidzeyə öz mükafatını verib. Təmsilçi 2 min dollar alıb.
Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva isə bu müsabiqədə 146 bal toplayıb və heç bir yerə layiq görülməyib.

“Best model 2011” puf oldu

Azərbaycan “Best model of the World” müsabiqəsindən kənarda qaldı. Deyəsən namizəd yarışmasında münsiflik edən model Validə Abbasovanın etirazları, gileyi haqlı imiş. Belə ki, “Best model of Azerbaijan 2010” müsabiqəsində baş vermiş qalmaqal öz nəticəsini verdi.
Həmin müsabiqənin qalibləri olmuş Günay Musayeva ilə Azər Atakişiyev Azərbaycanı iyulun 30-da Bolqarıstanda keçiriləcək “Best model of the World” yarışında təmsil etməli idilər, amma edə bilmədilər.
“Best model of the World” müsabiqəsinin təşkilat komitəsi onlarla “Best model of Azerbaijan 2010” müsabiqəsinin təşkilat komitəsi arasında fikir ayrılıqlarının olduğunu bəyan edib: “Azərbaycanın təşkilat komitəsində açıq-aydın problem var. Bizə daxil olan telefon zəngləri göstərir ki, “Best model of Azerbaijan” müsabiqəsinin nəticələri şübhəlidir”.
Bir neçə gündür ki, “Best model of the World”un rəsmi saytında iştirakçılar arasında Azərbaycanın adına rast gəlinmir.

Ledi Qaqamız da var

Deyirəm ilahi bizi o qədər xoşbəxt yaradıb ki. Hara baxsan xoşbəxtlik fantan vurur. Dünyada təzə nə çıxsa o andaca kopyalayıb, atırıq ölkəmizə ki, bizdə də olsun. Bizim onlardan nəyimiz əskikdir.
Bu günlərdə Ledi Qaqa deyilən, cinsi bəlli olmayan bir ulduzcuq təzəcə boy atıb fışıqırıq eləmək istəyirdi ki, bizim qeyri-adi Elza Seyidcahanımız (Seyidə zada bax e) onun qabağına bir quş qoydu ki, Ledinin lap nənəsini yandırdır. Seyidcahanımız Lediyə dedi ki, bala sən eynəyinin iriliyi ilə, bikninin qabağına bağladığın buynuzla, nə bilim, göy-yaşıl rəngə boyadığın saçınla çox da öyünmə. Vallah, mənə də Elza Seyidcahan deyərlər türkün məsəli qabağıma bir buynuz bağlayaram ki, ucu gəlib qapınızda dayanar. O ki, qaldı Qaqa zad məsələsinə, maşallah qaqa bizdə itə tökdü. Hara baxasan əlind təsbeh, ağzı günə dayanıb xalqın namus qeyrətinin keşiyini çəkən qaqalarımız var. Deyir Elzanın bu notasından sonra zavallı Ledi şoka düşüb, sonra şok stresə səbəb olub, stresdəki Qaqanı depresiyaya salıb. İndi yazıq Ledi “Aramızda qalsın” serialının baş qəhrəmanı Yeganəni axtarır ki, ona bir psixoloq tapsın. 
 
Brilliant Dadaşova yenə də soyundu

Müğənni Brilliant  “Dalğalar” adlı mahnısına klip çəkdirmək üçün bu dəfə Türkiyəyə gedib, yataq odasına yarıçılpaq halda uzanmaqdan vaz keçərək üz tutub Zaqulbaya.
Klipi də keçmiş rejissoru Emin Mirabdullayevlə işləyib. Yəqin bu cütlüyün birgə məhsulu olan “Nağıl” klipini də xatırladınız.
Mən də sizə xatırladım ki, Brilliant bu klipində də yarıçılpaq pozalar verib. Bu yarıçılpaq pozalar isə heç kəsin nəinki ağlını başından almayıb, hətta tükünü də tərpətməyib. Nə isə keçmiş olsun Brilliant xanım. Görünür, brilliantın bərq vurması üçün günəş işığı mütləq gərəkdir. Günəş isə insanın içində yananda gur olur. Çöldə-bayırda axtarıb tapmaqnan deyil ki.

Комментариев нет:

Отправить комментарий