20.12.2011

AMERİKA DÜNYADA ƏN ÇOX ONA SUİ-QƏSD EDİB: 638 DƏFƏ


Fidel Kastro olunan sui-qəsdlərin sayına görə, "Ginness"in rekordlar kitabına düşüb


FaktXeber.com-un verdiyi məlumata görə, iqtidarda olduğu dövründə yüzlərlə sui-qəsd cəhdiylə üzləşən Fidel Kastro "Ginness"in rekordlar kitabına düşüb.

"Cubadebate" internet saytı yazır ki, "Ginnes"in Rekordlar Kitabı və Amerikan Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərinə görə, Kuba inqilabının tarixi lideri Fidel Kastronun ən çox sui-qəsd cəhdiylə üzləşən adamdır.

Belə ki, 1959-cu ildən bəri, səhhətində yaranan nasazlıqlara görə 2006-cı ildə iqtidardan ayrılan Kastroya qarşı 638 sui-qəsd cəhdi olunub. Bunların hamısı isə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin adına bağlıdır.

Kastronu öldürmək üçün istifadə edilən üsullar isə müxtəlif olub. Bunlar snayper, ayaqqabısına yerləşdirilən partlayıcılar, siqaraya hopdurulmuş zəhər, beysbol topuna yerləşdirilmiş kiçik partlayıcı kimi müxtəlifdir. Ancaq MKİ-nin bütün bu cəhdləri müvəffəqiyyətsizliklə nəticələnib.

Комментариев нет:

Отправить комментарий