16.12.2011

Fəridə Babayeva. Pərdələnir tüm gerçəklər...

Yeni Avatarlar (3-cÜ hissə)
Fəridə Babayeva gənc yazarlardan biridir. Yaradıcılıqa məktəb vaxtlarından başlayıb. Çox şaxəli yaradıcılığa malik Fəridə xanım şeirlərlə yanaşı, kiçik həcmli hekayələr müəllifidir. Şeirlərində əsas mövzu vətən, valideyn, məhəbbət məsələləri ön planda durur. Hazırda Fəridə xanım Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasında I kursunda oxuyur.

Bir gün

Ömürdən ayrılıb gedən o illər,
Bəlkədə qəlbimi yaracaq bir gün.
Bir vaxt baxdığın həmin şəkillər,
Nə vaxtsa toz altda qalacaq bir gün.

Yarıma verdıyim yaralı qəlbim,
Bilirdim nə vaxtsa sınacaq bir gün.
Allaha açılan  yazan əllərim,
Bilirdim yanıma düşəcək bir gün.

Yeni AvatarlarGözümdə gizlənən qəmli yaşların,
Nə vaxtsa daşlara dəyəcək bir gün.
Sevinci daimi alan əllərim,
Inan ki, kədərdən alacaq bir gün.

........ əyilmir mənim vüqarım,
Nə vaxtsa sevgilim biləcək bir gün.
Qəbrimin üstünə gələndə yarım,
Uşaq tək ağlayıb gedəcək bir gün.

Vətən oğlu unudulmur

Vətən oğlu unudulmur,
Ana torpaq unudulmur.
Yaddan çıxmış sanılsada,
Heç kim kəs unudulmur.

Yeni Avatarlar (3-cÜ hissə)Pərdələnir tüm gerçəklər,
Ağlar ana, ağ birçəklər,
Bəs nə zaman biləcəklər,
Gerçək heç vaxt unudulmur.

Düşməndədir torpağımız,
Xocalımız, Ağdamımız,
Nə rahatdır bu canımız,
Yoxsa Vətən unudulur!!!

Комментариев нет:

Отправить комментарий