20.12.2011

Oktay Hasımusalının «Bu vaxtın sahibi» kitabının təqdimatı keçirilib


18.12.2011 - ci ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsində gənc yazar Oktay Hasımusalının «Bu vaxtın sahibi» kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözüylə yazıçı Əyyub Qiyas açıb, kitab haqqında düşüncələrini bildirib.

«Xalq Cəbhəsi» qəzetinin redaktoru, şair Elçin Mirzəbəyli, yazıçı Kənan Hacı, Asif Ata Ocağının yükümlüsü İşıqlı Atalı, Dünya Cənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı, «Yeddi dövlət, bir millət» Konseyinin başqanı Azər Həsrət, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, şair İbrahim İlyaslı, Cəlil Cavanşir və başqaları çıxış edib, kitab haqqında düşüncələrini söyləyiblər.

Daha sonra tədbir imza mərasimi ilə başa çatıb.







Комментариев нет:

Отправить комментарий