20.12.2011

PİLOT HƏRBİ SİRRİ RUSLARA ÖTÜRDÜYÜ ÜÇÜN HƏBS OLUNDU


HHQ-nin sabiq kapitanı Kris Vanaker Haaqada Rusiya səfirliyi ilə əlaqə yaradaraq 500 min yevro müqabilində F-16 qırıcılarının spesifikasiyası və xüsusiyyəti barədə məxfi məlumatı ötürməyi təklif edib

Faktxeber.com-un verdiyi məlumata görə, Hollandiya məhkəməsi HHQ-nin sabiq pilotunu hərbi xarakterli məxfi məlumatları rusiyalı diplomatlara ötürdüyü üçün 5 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmədən verilən məlumata görə, HHQ-nin sabiq kapitanı Kris Vanaker Haaqada  Rusiya səfirliyi ilə əlaqə yaradaraq 500 min yevro müqabilində  F-16 qırıcılarının spesifikasiyası və xüsusiyyəti barədə məxfi məlumatı ötürməyi təklif edib.


İttihamnamədə o da qeyd olunub ki, məhkumun təqdim etdiyi məlumat çox qiymətli olduğundan Rusiya tərəfi məsələyə ciddi maraq göstərirmiş. Ehtimal ki, təyyarənin spesifikasiyası RƏM kompleksləri ilə məşğul olan Hərbi Sənaye Komitəsinə göndəriləcəkdi.
Məhkəmədən verilən məlumata görə, rusiyalı diplomat və pilot bir neçə dəfə görüşüblər. Son görüşlərin birində isə hər ikisi həbs olunur. Lakin rusiyalı diplomatı bir müddət sonra buraxırlar.
Qeyd edək ki, hüquqmühafizəçilər  rusiyalılara hansı məlumatın artıq ötürüldüyünü müəyyən edə bilməyiblər. Çünki səfirliyin nümayəndəsinin diplomatik toxunulmazlığı var idi. Vanakerin kompüterində və diskindədə isə yuxarıda adıçəkilən məxfi məlumatlar tapılıb.
Vaneker məhkəmənin hökmünə qarşı şikayət vermək fikrindədir.

Комментариев нет:

Отправить комментарий