20.12.2011

SEYİD FƏRAMİZİN NİFRİNİ HAL ŞAHİDİNİ TUTDU


"Bu saxta ittihamlarla bizi həbs edənlərin hamısının aqibətini öz gözlərimlə görməsəm bu saqqalı və əmmaməni saxlamaram..."


Artıq 1 ilə yaxındır ki, saxta ittihamla həbs olunan və məhkəmə qərarı ilə 11 il azadlıqdan məhrum edilən Masallının tanınmış ruhanisi Seyid Fəramiz Abbasov məhkəmə zamanı etdiyi nifrin öz yerini tapıb. Bu barədə FaktXeber.com-a Seyid Fəramizin yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, bir vaxtlar Xıl kəndində məktəb direktoru Məmməd müəllim olan şəxs Seyyid Fəramiz həbs olunan zaman onun əleyhinə təbliğat aparmış və “yuxarıların” göstərişini canla-başla yerinə yetirirmiş.

Hətta məhkəməyə “müəllim” qismində şahidlərin cəlb edilməsində canfəşanlıq göstərmişdi. Müxtəlif mətbuat orqanlarına hacı haqqında yalan məlumatlar verir onun günahkar olduğunu “sübuta yetirənlərə” ciddi dəstək olurdu. Məhkəmə zamanı Seyyid Fəramiz bu adamın əməllərini biləndə demişdi ki, “Allahdan istəyirəm ki, onun ömrünü uzatsın, ağlını alsın.”

Təhsil Nazirliyinin yaş senzinə görə çıxardığı məktəb direktorlarının siyahısına düşən  "kişinin" indi başına hava gəlib. Bütün günü küçədə sağa-sola qaçaraq “mənim peçatım hanı, peçatımı verin, kağıza qol çəkmişəm peçat vurmalıyam” deyir.

Qeyd edək ki, Seyid Fəramiz məhkəmənin son çıxışında demişdi ki, “bu saxta ittihamlarla bizi həbs edənlərin hamısının aqibətini öz gözlərimlə görməsəm, bu saqqalı və əmmaməni saxlamaram...”

Комментариев нет:

Отправить комментарий