16.12.2011

Təzəxan Mirələmliyə bir gün vaxt verilib

Hüquq-mühafizə orqanları AXCP fəalına qarşı səfərbər oldular, onun həbsinə hazırlıq görülür 

AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli ötən gün növbəti təxribata tuş gəlib. AXCP fəalı Lənkərandakı Ağır Cinayətlər Məhkəməsində təhqirlə üzləşib, ardınca da həbs olunaraq polisə aparılıb. Hadisə Təzəxan Mirələmlinin oğlu Vasifin məhkəməsində baş verib.


TİA.AZ xəbər verir ki, bu il Ictimai Palatanın 2 aprel aksiyasında fəal iştirak edib.


Polis zorakılığı nəticəsində xəsarət alan Təzəxan Mirələmlinin müxalifətçi mövqeyilə əlaqədar onun iki övladı - Cəlilabad şəhər 7 saylı məktəbin 8-ci sinif şagirdi olan Vasif və 7-ci sinif şagirdi olan Vahid aprelin 4-də məktəbin 10-cu sinif şagirdlərindən bir qrupunun fiziki və mənəvi təzyiqlərinə məruz qalıb. Bu hadisə aprelin 5-də də təkrar olunub və Vasif Mirələmovla insident yaradan Cavanşir Həsənli bıçaq yarası alaraq vəfat edib.

Bu cinayət işi üzrə keçirilən dünənki məhkəmə iclasında Təzəxan Mirələmli 15 yaşlı oğluna qarşı təzyiqlər başladığını diqqətə çatdırıb. Zərərçəkən tərəfin adamları zala daxil olarkən həm Vasifi, həm də atası Təzəxan Mirələmlini təhqirlərə məruz qoyublar. Hakim isə buna qarşı heç bir tədbir görməyib.

Bundan başqa, Vasif Mirələmli ittiham tərəfin istədiyi kimi ifadə verməsi üçün yeniyetmə prokurorun və məhkəmə icraçılarının təzyiqləri, hədə-qorxuları ilə üzləşib. Təzəxan Mirələmli isə məhkəmədə baş verən bu özbaşınalıqlara son qoyulmasını tələb edəndə onun özünü məhkəmə zalından çıxarıblar. Məhkəmə zalındakı gərginliyin, həmçinin ona yönələn təzyiqlərin nəticəsi olaraq, Vasif Mirələmovun səhhəti pisləşib. Bunu eşidən Təzəxan Mirələmov oğlu ilə görüşmək istəyib, lakin ona imkan verilməyib. Hakim isə məhkəmə iclasını tələsik yekunlaşdırıb.

TİA.AZ-ın məlumatına görə, təzyiqlər bununla bitməyib. Məhkəmə icraçısı olan Nəzifə adlı qadın, eləcə də mülki geyimli Vüsal adlı şəxs Təzəxan Mirələmliyə qarşı təzyiqləri məhkəmə zalından kənarda da davam etdiriblər. Nəzifə adlı qadın Vasif Mirələmova qarşı tədbir görülməsini tələb edib. Yenə də həmin qadın Təzəxan Mirələmlinin onları, dövlət rəhbərlərini təhqir etməsi haqda akt hazırlayaraq polisə təqdim edib. Bunun nəticəsində Təzəxan Mirələmlini Liman qəsəbə polisinə aparıblar. Orada Təzəxan Mirələmliyə bu saxlanmanın polislə bağlı olmadığını, “yuxarı”nın tapşırığının nəticəsi olduğunu desələr də, konkret ad çəkməyiblər.

Axşam saatlarında Təzəxan Mirələmli bölmədən buraxılıb. O bildirib ki, polis bölməsində ondan, şahid qismində polis bölməsinin bağbanından və digər iki polis əməkdaşından izahat alınıb: “Həmin polis işçiləri izahatlarında yazdılar ki, guya mən onlardan birinin paqonunu sökmüşəm”.

Mirələmlinin sözlərinə görə, izahatı alınandan sonra ona dekabrın 16-da səhər saatlarında yenidən polis bölməsinə gəlmək tapşırılıb və o, bölmədən buraxılıb.

Комментариев нет:

Отправить комментарий