07.04.2012

Cari məsələlər

 İbrahim Sel
Professional Oxucu Liqası

Bu gün rəhbərə bir az borc pul verirlər, sabah onun uşaqları və nəvələri borclarını xalqın boynuna yıxır, ölkənin sərvətləri ilə ödəyirlər

Sionist mafiyası tərəfindən dünya ölkələrinə tətbiq edilən maliyyə-kredit sistemi köləlikdən çıxmağa heç cür imkan vermir

 BAKININ İŞĞALI. Bir həqiqətdir ki, min dəfələrlə könüllü fədakarlara müraciət edildi. Cəbhə üçün könüllülər axtarıldı. Fədai qrupları təşkil olundu. 
 Fədai əsgərlər, fədai telefonçular tapıldı. Təyyarələr üçün fədailər, dağları aşıb keçmək üçün fədailər, kəşfiyyat üçün fədailər, hücum birlikləri üçün fədailər. Daha doğrusu, sadəcə könüllülər seçildi. 

 Qısacası, savaş müddətində davamlı olaraq könüllü toplamaq lazım idi. Bu bitib-tükənmək bilməyən istəklər qarşısında həmişə eyni davranışlar sərgilənirdi. Bığ yeri hələ tərləməmiş dəliqanlılar və ya yaşı keçmiş kişilər vətənpərvərliyə tutulmuş ruhları və tükənməz cəsarətləri ilə ən yüksək vəzifələrin şüuru içində cəbhəyə axışırdılar.
 Beləcə, minlərlə, on minlərlə namizəd gəldi. Amma nəticədə bu “inanclı ehtiyat xəzinə” qupquru qurudu. Atəşlər içinə atılıb ölməyənlər yaralı olaraq, sayları çox az qalmış inanclı dostların yanına qayıdırdılar. Ancaq “fədailər” adlanan bu adamlardan qosqoca ordular meydana gətirilə bilərdi. Fəqət bu ordular bizim heç bir işə yaramayan siyasətçilərimizin əfv edilməz şüursuzluqları nəticəsində, sülh şəraitində kiçik bir təlim belə keçməmişdilər. Buna görə də, savaş meydanlarında nə edə bilərdilər? Cəbhədə etdikləri tək şey, özlərini müdafiə edə bilmədən, tək top mərmisi belə atmağa fürsət tapmadan can vermələri oldu!
 Bu qəflət və cəhalət səbəbi ilə Murovdağ yüksəkliyində üzü yuxarı mövqelərdə qərar tutmuş ermənilərə qarşı bir metr qar içərisində hücuma göndərilən 4 min zavallı azərbaycanlı balasının yerinə başqalarını indi tapmaq mümkün deyil və ola da bilməz. Mason fitnəsi ilə belə əsgərlərin itirilməsi yalnız say baxımından əhəmiyyətli deyildi. Bu itkilər əksəriyyət tərəzisinin pislər və canilər lehinə dəyişməsi demək idi. Namussuzluq, yaltaqlıq və qorxaqlıq keçmişdə olduğundan daha çox artmağa başladı. Çünki savaş boyunca yaxşı ailələrə mənsub olan vətəndaşlar məhv olarkən, öz torpağını qoyub qaçanlar bu müddət ərzində məhv olma ehtimalından özlərini qorumağı bacarmışdılar. Müstəqilliyimizin doğuşdan şikəst olduğu da elə burada ortalığa çıxır.
 Müharibənin ilk günlərindən etibarən hər kəs ermənilərin rəsmi mətbuatda və satirik yazılarda söylənilən və yazılan adamlara oxşamadıqlarını başa düşdülər. Bu yanlış düşüncə şübhəsiz ki onu yaymaqla məşğul olanlara bəzi mənfəətlər təmin edirdi. Bu yanılma mənim də bəzi təbliğat formalarının faydası haqqında araşdırma aparmağıma səbəb oldu. 
 QOYUNLARIN İDARƏSİNDƏ ALTI SƏVİYYƏ. Yüz illlər ərzində cəmiyyətin həyatına diqqət yetirsək, görərik ki cəmiyyətə təsir edən müəyyən üsullar var, həmin üsulların şüurlu istifadəsi cəmiyyətin həyatını və ölümünü şərtləndirir. İdarəetmənin üsulları, hərbi dillə desək, təcavüzlər, müharibələrdir ki bunların da məqsədi hər hansı ölkənin insan, təbiət, enerji və başqa sərvətlərini ələ keçirməkdir. Bir ölkə silah gücünə başqa ölkə tərəfindən işğal oluna bilər. Əgər indi hansısa şəhərin küçələrində dəbilqəli-avtomatlı “faşistlər” yerləşdirilsə, o zaman hamı anlayacaq ki işğal edilmiş ölkədə yaşayır. “İşğal” sözünü adi insan şüuru yalnız belə dərk edir. Ən qanlı müharibələri avtomatlar, tanklar, təyyarələrlə aparırlar. Bu isə atrıq altıncı səviyyənin silahıdır.
 Lakin “qədim teoriyaçılar” anlamışlar ki altıncı səviyyəli silahla hansı ölkəni ələ keçirsən, həmin ölkə sənə cavab verə bilər. O zaman özünün də məhv olmaq təhlükən üzə çıxır. Müəyyən edilmişdir ki işğal olunmuş ölkələrdə qullara çevrilən yerli əhali çox pis, “həvəssiz” işləyir. Ona görə qədim qəsbkarlar məqsədlərini dəyişmədən təcavüz üsullarını təkmilləşdirdilər və başqa ölkənin sərvətlərini ələ keçirməyin yolunu tapdılar. Beləliklə, beşinci səviyyənin silahı “kəşf edildi”- qırğın (soyqırım) silahı. Amerika hindularının, hindistanlıların, vyetnamlıların başına gətirilənləri xatırlayın. Soyqırımın ən qədim silahı alkoqol və narkotiklərdir. Bu sahədə müasir terrorçular daha böyük nailiyyətlər əldə etmişlər.
 Sonra dördüncü səviyyəli silah kəşf edildi: iqtisadi silah. Zaman baxımından bu silah daha sabit nəticələr verir. Axı “iynəni” ata bilərsən, alkoqoldan əl çəkərsən, ya da bu maddələrdən ölüb gedərsən.
 O zaman işğalçı gərək yeni rəhbər yetişdirə. Amma bu gün rəhbərə bir az borc pul verirlər, sabah onun uşaqları və nəvələri borclarını xalqın boynuna yıxır, ölkənin sərvətləri ilə ödəyirlər. Bu da sənə qan tökmədən işğal! Hər şey “mədəni” şəkildə. Ona görə belə aqressiyanı “mədəni əməkdaşlıq” adlandırırlar. Ölkəmizdə peyda olmuş çağırılmamış qonaq “Kred-Aqro” məhz belə təşkilatlardandır. “İynədən” çıxa bilərsən, amma borcu qaytarmaya bilməzsən, çünki maliyyə-kredit sistemi elə qurulmuşdur ki, onun məngənəsindən qopmaq olmur. Bu sistemin əsasını sələmçilik və faizli borclar təşkil edir. Sionist mafiyası tərəfindən dünya miqyasında bütöv ölkələrə və xalqlara tətbiq edilən bu maliyyə-kredit sistemi köləlikdən çıxmağa heç cür imkan vermir.
 Üçüncü səviyyə ideoloji silahdır. VI,V və IV səviyyələrdə nələrin baş verdiyini xalqın anlamaması üçün “qədim teoriyaçılar” müxtəlif ideologiyalar yaratmışlar. İdeologiyalar vasitəsilə insanların şüuru dumanlandırılır. Qədim zamanlarda kahinlər insanların Allaha inamından öz məqsədləri üçün istifadə edirdilər- dinlər təcavüzkarların əlində bir silaha çevrilmişdi. Sonra “dünyəvi ideologiyalar” peyda oldu, eləcə də “ideologiyasızlıq” yarandı (hərçənd ideologiyasızlıq da elə ideologiyanın bir növüdür). Hər halda “pulu pul gətirər”, “az miqdarda araq faydalıdır”, “marixuana narkotik deyil”, “kim Marlboro çəkirsə, əsil kovboydur” kimi şüarları çox eşitdik Necə? Bakcell İsrail kəşfiyyatına işləyir? Hə, noolsun! Coca-Cola-nın açması? “Rədd olsun Məhəmməd! Rədd olsun Məkkə”! İndi baxır hansı tərəfdən baxırsan. Hər dəfə Mak-Donaldsa girərkən, CafeFour marketlərindən alver edərkən, hər Nestle şokoladı yeyərkən, Neskafe içərkən, Ariel yuyucusundan istifadə edərkən, Coca-cola kimi zəhərə pul verərkən kimlərə yardımçısı olduğunuzu unutmayın! 
 İndisə ali prioritetlərdən danışaq. Birinci prioritet- bu, kainatda (həmçinin insan cəmiyyətində) baş verən prosesləri fərqləndirməyə, zamanın doğrultduğu dərin ehtimallara imkan verən metodoloji informasiyadır. Yenə də hərbi dillə desək, “vəziyyəti düzgün qiymətləndirmək və düzgün qərarlar qəbul etmək” bacarığıdır. Aydındır ki kim bacarmazsa, nə düzgün qiymətləndirə bilir, nə də duzgün qərarlar qəbul edir.
 İkinci prioritet xronoloji, tarixi informasiyadır. Kimdə bu tip informasiya varsa, o birinci prioritet mövqeyindən bütün proseslərin istiqamətini görə bilir. Normal intellektual fəaliyyət insan orqanizminin fizioloji proseslərinin normal fəaliyyəti ilə bağlıdır. Normal funksiyanı pozmaqla dünyanın qavrayışı, insanın yaddaşı, təfəkkürü təhrif olunur, odur ki belə faktorlar aradan qaldırılmalıdır.
 Aydındır ki kim ali prioritetlərlə işləyirsə, qələbə onun tərəfindədir.
 QADIN AMİLİ. Bu gün dünyaya “insan və qadın azadlığı” şüarlarını verənlər həqiqətdə bəşəriyyətə və qadına ən böyük zülmü rəva görənlərdir. Çünki məhz onlar “qadın azadlığı” şüarı arxasında qadını əyyaş kişilərin əyləncə vasitəsinə çevirmişlər. Qadının öz gözəlliyini nümayiş etdirməyə sövq etdirilməsi və ticarətdə ondan bir vasitə kimi istifadə edilməsi ona edilən ən böyük zülmdür. Mason-iudey nəzarətində olan müasir Qərb dünyasının qadın barəsindəki təfəkkürü indiyədək qadına edilən zülmlər arasında bənzərsizidir. Bu gün səslənən “qadın azadlığı” şüarı əslində qadınların deyil, əyyaş kişilərin azadlığıdır. Təriflənən “insan azadlıqları” da əslində mavilərin azadlığı çıxdı: “Gay Rights”.
 Qərb dünyası qadınlara təkcə ictimai əmək fəaliyyəti sahəsində deyil, incəsənət və bədii ədəbiyyatda da zülm etmişdir. Bu həqiqət Qərbin bədii ədəbiyyatında, kinofilmlərində və rəsm əsərlərində öz əksini tapmışdır. Belə ki qadın ucuz və əliaçıq bir işçi kimi canlandırılır. Amma İslam bu cəhətləri qadın üçün üstünlük hesab etmir. Normal yanaşma qadınların ictimai fəaliyyətinin əleyhinə deyil, əksinə hətta qadının evdən kənarda əmək fəaliyyətini onun ən mühüm vəzifəsi olan övlad tərbiyəsi və evdarlığı ilə toqquşmadığı təqdirdə zəruri hesab edir. Qadının işləməyi mənəvi və insani dəyərlərin tapdalanması ilə nəticələnməməlidir.
 Qadınların öz həqiqi simalarını bərpa etmələrinə ən gözəl nümunə İran İslam Respublikasıdır. İran qadınları iffət və ismətlərini, hicablarını qorumaqla, saleh övladlar yetişdirmək və evdarlıqları ilə yanaşı, elm və savada da yiyələndilər. Hal-hazırda bu ölkədə saysız-hesabsız həkim qadın, elmin müxtəlif sahələrində yüksək dərəcələrə yiyələnən alimə qadınlar və istedadlı gənc qız tələbələr vardır ki, nəinki İranın, hətta bütün dünyanın iftixarı sayılırlar. Ola bilsin bizim respublikada bunu bəziləri indi, bəziləri sonralar başa düşsünlər. Hər halda bir gün bunu dərk edəcəklər. İudey oyunlarının bir gün sonu gələcəkdir. Həqiqət odur ki, İranda qadının ictimai mövqeyi olduqca yüksəkdir və tədqiqatçı, mütəxəssis, mütəfəkkir, yazıçı, şairə və rəssam qadınlar qat-qat çoxdur. Bizdə isə “qadın azadlığı”, “qadın hüququ” şüarı ilə aləmə car çəkirlər, qadının hicabını əlindən alıb iffətsizliyə sövq etdirirlər, qadın və kişi ilə arasındakı pərdələri tamam qaldırmağa çalışırlar. Əxlaqsızlığı və pozğunluğu gündən-günə daha çox təbliğ edirlər. Evrovizion müsabiqəsindən sonra respublikamlzın nə hala düşəcəyini indidən təxmin etmək çətin deyil. 
 Bu böyük hay-küy içərisində xarici təbliğatçıların və onların ölkəmizdəki nökərlərinin dedikləri və beyinlərə yeritmək istədikləri düşüncələrin tam əksini nümayiş etdirir, yəni açıq-saçıqlıq və məsuliyyətsizlik qadınların maddi və mənəvi tərəqqisini nəinki təmin etmir, əksinə, həyat şəraitini ağırlaşdır və kamilliyə doğru hərəkətdən yayındırır. Deməli, əxlaq qadınların hər bir sahədə və hərtərəfli tərəqqisi üçün zəmin yaradan önəmli bir amildir.
 Hər bir müsəlman qadını elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli, öz isti qucağında sağlam düşüncəli və pak insanlar yetişdirməlidir.

Комментариев нет:

Отправить комментарий