06.04.2012

“Çayı keçəndə maraqlı reportaj da hazırlaya bilərsən”


Ramin Deko “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Ramin Deko.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Elə Ramin Deko kimi.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Reportyor.

- Dost…
- Həyatda dostum yoxdur, ya tanışım var, ya da əziz insanım…

- İlk sevginiz?
- Birinci sinif.

- Əsas ixtisasınız?
- Jurnalistika.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- Əsas nəqliyyat növü ayaqlarımdı, sonar marşurut və metro.

- Sevdiyiniz maşın markası?
- Nissan Prado.

- Sevdiyiniz brend?
- B(d)eko – bir dünya markası.


- Sevdiyiniz saç düzümü?
- Uzun.

- Sevdiyiniz rəng?
- Narıncı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Ölkə kimi Norveç, şəhər kimi Paris.

- Sevdiyiniz yemək?
- Cız-bız və kartof qızartısı.

- Ən çox istifadə etdiyiniz söz?
- Gəlirik.

- Leksikologiyanıza yad olan söz?
- Prezident.

- Sizi nə həyacanlandıra bilər?
- Körpələr.

- Ən çox sevdiyiniz kitab?
- “Gözlənilən bir qətlin tarixçəsi”

- Ən çox sevdiyiniz yazar?
- Q.Q.Markes.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Sezen Aksu.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Nifrət etdiyim yoxdur, ona görə də hamısını sevirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bir-iki şeydə.

- Mənfi xüsusiyyətiniz?
- O qədərdir ki, yazsam yer çatmaz.

- İdeal insan necə olmalıdır?
- Ümumiyyətlə ideal insan olmamalıdır.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Olmayan şeyi hesab etmək olmaz.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Özümdən çıxartmağa gərək yoxdur, çünki tez-tez özümdən çıxıram.

- Həyat fəlsəfənizi ifadə edin.
- Ya qələbə, ya da qələbə…

- Siz xoşbəxtsinizmi?
- Reportajımı yaxşı yazanda özümü xoşbəxt hss edirəm.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Susmaq+ biganəlik=şərəfsizlik.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Hər şeyə əvvəldə diqqət yetirmək lazımdır.

- Ölüm niyə ölmür?
- Dünyada çoxlu insan var ki, ölümdən də ölümə çox layiqdi.

- Dinlərə münasibətiniz?
- Deistəm.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Xuntadan.

- Falçıya inanırsızmı?
- Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daş olmaq. Daşlaşmısansa deməli ən eybəcər məxluqsan.

- Sevinciniz nə qədərdir?
- Kədərim qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Danışığına.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Nə qədər gərək olursa o qədər.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Keçmək. Çayı keçəndə maraqlı reportaj da hazırlaya bilərsən.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Güldürməyi. Onsuzda günümün çoxu gülməklə keçir...

- Mənə sualınız.
- Sual qoydun ki, sənə də verim?



Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий