Modern.az saytının əməkdaşı Könül Səid ədəbi kəsimin gənc nümayəndələrindən son dövrlər öz aralarında müşahidə olunan intriqalar barədə soruşub.
“Cəmiyyətin istənilən sahəsində olduğu kimi, ədəbiyyatda da inkişaf üçün ziddiyyətlərin mübarizəsi, yarışması, bəzi hallarda isə savaşı mütləqdir. Son vaxtlar bu ədəbi qalmaqallardan sonra yeni-yeni istedadlı gənc qələm sahibləri və imzalar tanınmağa başladı. Bunun nəyi pisdir ki?
Dünyada isə bu qalmaqallar planlı şəkildə yaradılır ki, yeni kitablar satılsın ya da hər hansı bir istedadlı yeni imza sahibi kreativ brendə çevrilsin.
Məsələn, Orxan Pamukun Nobel almasına qədərki yaradıcılıq yolunu izləsək, görərik ki, çox mürəkkəb bir qalmaqallı piar sistemi ilə hərəkət edib: erməni problemi, kürdlərin müdafiəsi, solçuluq, ateist dünyabaxış, qlobalistlərin tərəfində olması kimi gəzişmələr yazıçını nəinki qardaş Türkiyədə, həm də bütün dünyada tanıtdı...
Amma bizdə ədəbi mühitdəki qalmaqallar hələ ki kitab satışına, yayımına və geniş oxuya səbəb olmur, fəqət tədricən öz işini görməkdədir. İntriqalar ədəbiyyata heç bir yorğunluq və ağırlıq gətirmir, əksinə inkişafa aparan bir uçuş müşahidə etməkdəyəm” .
Qan Turalın fikrincə, ən yaxşı özünütəsdiq öz mühitini yaratmaqdır. “Öz obrazlar dünyanı yaratmaq, öz dostlarını yaratmaq, öz aləmini yaratmaq. Orada insan sevdiyi obrazlarla, kitablarla, filmlərlə birgə tənha ola bilir”.
Yazar onu da bildirib ki, ədəbiyyatı xatırladan insanların söhbətlərindən başqa heç bir söhbətdən zövq ala bilmir. Onların sayının çox az olduğunu deyir, amma o aləmlərə dalmaq üçün kifayət etdiyini düşünür.
Qan Turalı: ““Söhbəti-canan”da kiminsə öz eqosunu şişirtməsi, A-nın B-nı tərifləyib sonra B-dən tərif umması (bu əməkdaşlıq bir çox hallarda uğur gətirir), kiminsə təqaüd alması, kiminsə hansısa vəzifəyə qoyulması, kiminsə məruzəsində kimin adının çəkilib, kiminin çəkilməməsi haqda kənarda baş verən hadisələr siz deyən kimi, yorğunluq gətirir. Onları xatırlamaq belə üzücüdür” .
“Yazarın işi ortaya ədəbi məhsul qoymaqdır, şəxsi eqosunu məişət müstəvisində isbat etmək onu ucuzlaşdırır” .
”Estetik baxımdan bölünmə istər- istəməz inkişafı da özü ilə bərabərində gətirir. Belə götürsək, Azərbaycanda AYO ya da AYB olmasın, yüz dənə qurum olsun, onların da daxilində bölünmə olacaq. Çünki insanlar heç bir zaman eyni cür düşünə bilmirlər. O baxımdan düşünürəm ki, bölünmələr normaldır. Amma bunları ümumxalq faciəsinə çevirmək məncə, doğru deyil“.
“Mən də əvvəllər oxuyurdum və düşünürdüm ki, didişmələr, tənqid-filan ədəbiyyatın xeyrinədir. Hətta iverolalien “dördüncü hakimiyyət” bizə bunu ədəbiyyatın inkişafına xidmət edən amil kimi də sırıyırdı. Amma indi görürəm ki yox, belə deyil. İntriqalar adamı işindən edir. Diqqəti yayındırır. Əlbəttə, bu məsələlərin kökü quruluşdadır, çünki normal ədalətli cəmiyyətdə bu cür yerli-yersiz intriqalar da olmaz. Məsələn, arxivimi araşdırıram, baxıram ki, 50-yə yaxın tənqidi yazı var, kimlərisə yıxıb-sürümüşəm və boynuma alıram ki, həmin yazıların çoxu qərəzdən yazılıb. İndi həmin adamların çoxu ilə barışmışam və ya digər səbəbdən həmin məqalələr öz aktuallığını itirib. Baxıram ki həmin mətnlərin içində dəyərli fikirlər də var, amma silməyə məcburam, çünki bir də heç yerdə dərc etdirməyəcəm artıq. Həmin yazıları hazırlamağa gedən vaxtımı və enerjimi sərf edərək ədəbi problemlərə dair dəyərli bir publisistik məqalələr toplusu hazırlaya bilərdim. Çalışmaq lazımdır ki intriqalar olmasın. Bizim yazıçıların bədbəxtliyi bundadır ki, filoloji savad var, tutaq ki lap estetik duyum da var, amma baxırsan ki çoxunda dünyagörüşü yoxdur. Amma vacıbdir ki, bu üç komponent bir-birini tamamlasın. Məsələn, Rusiya yazarlarında bu sadaladıqlarım hamısında da olmasa, əksər hissəsində var. Amma bizimkilərdə hökmən bir komponent çatışmır. Bunlardan biri də olmayanda yazıçı olur yarımçıq! Mən son zamanlar sadaladığım 3 cəhəti özündə birləşdirən bir yazara rast gəlmişəm, o da ki Əyyub Qiyasdır”.
“Ən böyük intiriqa Azərbaycan Yazıçılar Birliyi (AYB)-Azad Yazarlar Ocağı (AYO) intiriqasıdır. Bu intiriqada hər iki tərəf olduqca yanlış yol tutub. AYO illərlə Anarı, Elçini tənqid etməklə məşğul olub. Mən bunun intiriqaya, düşmənçiliyə çevrilməsinin qəti əleyhinəyəm. Normal şərtlərdə, ədəbiyyat davası aparılmalıdır. Amma AYO-nun uzun illər apardığı mübarizənin nəticəsizliyi sübut edir ki, strategiya səhv qurulub. AYB isə ümumiyyətlə intiriqa yuvasıdır. Bu qurumda ən istedadsız adamlar Allahlıq iddiasındadır. Halbuki, heç bir təşkilatda olmadan, heç bir qurumda təmsil olunmadan da, ədəbiyyata xidmət etmək mümkündür. Şəxslər, yəni imzalar arasındakı münasibətlər də birmənalı olaraq normal deyil. Kiminsə yaradıcılığını qəbu etməmək, ona düşmən mövqe ortaya qoymaq demək deyil. Ədəbiyyat insanın ruhuna , mənaviyyatına xidmət etdiyi üçün intiriqabaz yazarın böyük qələm adamı olması mümkün deyil. Bu gün yazarların bir çoxunu tükəndirən məhz bu amildir".
Söz demək növbəsi yaşlı nəsil yazarlarındır... Növbəti yazımızda onlar danışacaqlar...
Комментариев нет:
Отправить комментарий