Vasif Əlihüseyn
Arzularımı koda qoymuşam
Yadımdan çıxmırsan nə edim axı,
Payızda yağışın. qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
Reklam lövhəsisən qayğılarımın.
Durub taleyimə baxıram indi,
Səni sevməsəydim, gülə bilərdim.
Ürəyim komputer yaddaşı olsa,
Mən ordan adını silə bilərdim.
Geriyə dönməyə çalışma daha,
Bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
Ömrümə ən yeni virus yazmışam.
Özümü dəyişdim başdan-ayağa,
Səni ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
Bütün arzuları koda qoymuşam.
Səninçün
Yenə qonşunuzda söz danışıblar,
Məndən söz salıblar , bir az gülüblər.
Bir şeir yazmışam, dillərə düşüb,
Bir söz söyləmişəm, düzün biliblər.
Qonşuyuq, qapımız üz-üzə baxır,
Bir daş atacağam pəncərənizə,
Taqqıltı eşitsən, gəl çıx eyvana.
Ulduzlar seyr etsin bizi bu gecə,
Hərdən əllərinə toxunsun əlim.
Baxıb baxçanıza həssəd aparım,
Əlimi uzadım, bir meyvə dərim.
Sonra sağollaşaq, səhərə yaxın,
Taqqıltı salmayaq, eşidən olar.
İndi daş atıram pəncərənizə,
Çalış eyvana çıx, gəl çıx, nə olar.
Günahsızlar
Sinəsindən
şəhid uşaqların
şəkilləri asılıb
Vətən torpağının.
Analar
çiçək səpir
qəbristan yollarına.
Ata, gözün aydın
Oğlun qayıtdı.
Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru
Комментариев нет:
Отправить комментарий