Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
30.06.2012
Bəzz qalası - Güney Azərbaycan
Doğu Azərbaycan ostanının Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km güney-batıdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.
Bəs, məni niyə tapdayırsan?!
Bu yaxınlarda, səhər-səhər marşurutda basabasdaydım. Cavan bir oğlan marşuruta minib, camaatı itələyə-itələyə arxaya keçmək istəyəndə, oturan yaşlı bir kişinin ayağını basdaladı. Kişi, əsəbləşib, oğlanın əlindən tutub:
- A bala, naxçıvanlısan?
- Yox!
- Ermənistanlısan?
-Yox, sənə nə lazımdır, dayı?!
- Dayan, sualıma cavab ver, kürdsən?
- Yox!
- A, köpəy oğlunun küçüyü, bəs, məni niyə tapdayırsan?! :)))))))))))))
Zaur Qeriboglu
İnsanlara dilədiklərinin qıymamaq olmaz
Salim Babullaoglu
BİRÖLÇÜLÜ İNSAN. I HİSSƏ
Herbert Markyuze
Nəzarətin yeni
formaları
Gəlişmiş sənayeləşmiş cəmiyyət- dinc,
komfortlu, ortabab, demokratik qeyri-azad texniki tərəqqi xanədanlığının göstəricisidir. Doğrudan da, əziyət vermiş olsa belə,fərdiliyi sosial gərəkli fəaliyyət növlərində
basılmasından(yatırılmasından), və yaxud fərdi müəssisələrin daha
effektiv istehsal korporasiyalarında əridilməsindən, və yaxud
texniki cəhətdən fərqli təchiz olunmuş iqtisadi subyektlərin azad rəqabətinin tənzimlənməsindən, yaxud
resursların beynəlxalq təşkilinə əngəl olan milli
suveren hüquqların və preroqativlərin məhdudlaşdırılmasından
daha rasional nə ola bilər?
Baba Pünhana nəzirə
Laçın Məmişov
Ey çərxi fələk bir belə dövranına bir qoz
Şeytan oturan çərxi dəyirmanına bir qoz
Baba Pünhan
Ey çərxi fələk bir belə meydanına bir qoz
Meydan qoruyan yırtıcı heyvanına bir qoz
Bir söz deyə bilmirsə əgər alimi ürfan
Sözsüz, dili lal alimi ürfanına bir qoz
Dərdin diləməyçin elə formalnısa ünvan
Formalnı dəva eyləsə, loğmanına bir qoz
Diş pastalarındakı təhlükə fluorid!
Televiziya ekranlarındakı ağ önlüklü diş həkimlərinin ağızından salmadığı söz: ağ və sağlam dişlər üçün, içində fluorid olan diş pastalarının istifadə edilməsi lazım olduğunu, diş pastası reklamlarında mütləq eşidərik.
Araşdırmalara görə; diş pastalarınındakı fluorid, bir növ sakitləşdiricinin təsirli maddəsidir. fluoridlə əlaqədar ilk təcrübələr, nasist almaniyasında edilmişdir. Nasist elm adamları, suya qarışdırdıqları fluoridin, beynin bəzi bölgələrini keyitdiyini, kəslərin müqavimət göstərmə, dözmə gücünü qırdığını təyin etmişlər.
Bu görüş, nasist toplama düşərgələrində istifadə edilmiş, içmə sularına fluorid qarışdırılaraq, düşərgələrdəki əsirlər sakitləşdirilmiş, keyidilmiş və uyğun şəxsiyyətlər halına gətirilmiş.
DİZ CÖKDÜRÜLMÜŞ bir MƏMLƏKƏTİN " TƏHLÜKƏLİ ARZUSU "...!!!
Bu faktdırki ölkəmizin iqtisadi inkişafı tamamı ilə xammal satışı üzərində qurulub və gəlirimizin 70%, ixracatımızın isə 95%-i neft və neft xammalının satışına əsaslanır.Bəs burjua hökuməti necə vəziyətdən cıxmaq ücün calışırmı?…Azərbaycanın cox dəyərli valyuta ehtiyyatlarının ölkədən cıxarılması bizə deməyə əsas verirki hökumət iqtisadi təslimcilik siyasəti yeridir və ölkəni xarici mperializmin ucuz xammal ambarına cevirmək ücün calışır.Onlar bu iqtisadi təslimcilik siyasətlərini “ inkişaf “ kimi xalqa yedirmək ücün bütün təbliğat maşınlarını işə salıblar.
Bəs NƏ ETMƏLİ?…kommunistlər nə təklif edirlər, axı tənqid etmək asandır, bəs cıxış yolu nədədir?…Əgər tarixə baxsaq biz bu yolun nədən ibarət olduğunu görərik.
“COCA-COLA”DAN İMTİNA BAŞLANDI
Bu günlərdə «Coca-Cola» və «Pepsi Cola» şirkətinin məhsulları ilə bağlı daha bir gerçəklik ortayıa çıхıb. Belə ki, Fransa Milli İstehlakçı Təşkilatının laboratoriya araşdırmaları «Coca Cola» və «Pepsi Cola» içkilərində alkoqolun olmasını üzə çıхarıb. Azərbaycanda istehsalı təхminən ötən əsrin 90-cı illərinə söykənən «Pepsi Cola», «Coca Cola»-nın hesab edirəm ki, yalnız adı mövcuddur. Keyfiyyət baхımından təmiz, saf təqdim olunan bu içki хərçəngə, şəkərə yol açır. Gəlin görək yerli əhali bu içkilər barədə nə düşünür?
Azərbaycan Suriyanın tərəfində olmalı idi
Məlumatlara görə, hazırki durumunu Bəşər əsəd aşağıdakı formada izahlayıb: «Biz islahatlara gedirik, amma ölkəmizdəki terrorçular və onları dəstəkləyən ölkələr buna imkan vermirlər». Daha sonra qardaş Türkiyə ilə Suriyanın münasibətlərinə toxunan Bəşər Əsəd «Türk xalqı ayrı, Ankara ayrı» deyərək Ərdoğan hökumətinə olan aqressiyasının Türkiyə türklərinə yönəlmədiyini də bildirib.
"Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri: polemik!
"Yeni Yazarlar" Ədəbi-kulturoloji kurs öz işinə başladı
29 iyun 2012-ci il tarixində, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası birlikdə təsis etdiyi "Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun ilk tədbiri keçirildi.
ƏTƏNƏ
Şair Səfər Pik özünü Şoloxovla müqayisə edərdi, nədi- nədi o da kənddə yaşayır. Adına dar dünya, vəfasız dünya dediyi bu dünyada bu şairin olan qalan iki oğlu, bir arvadı, bir Ala inəyi və bir də beş-altı kitabı vardı ki bu kitablar da o Ala inəyin hesabına basılırdı. Kəndin bütün həndi pay torpağı kimi əhaliyə paylandığından Şair Səfər Pik Ala İnəyi sahədən gətirdiyi otla həyətdə bəsləyirdi.
29.06.2012
bakı gəl alım aparım səni
Oktay Hacımusalı
a kişi nə var bax burda nöş oturmusan
hə atam atam sualıma cavab ver də
harda istəsən xan bəy balası kimi yaşayarsan
istəsən lap rəqqasələr də oynayar qabağında babam qəbri
gəl bakı
gəl alım aparım səni
xoşuna gəlir məzun günündə atəşfəşanlığın işıqları altında
bir küncə çəkilib sevişən cavanları görüb başını qaldırmamaq
bəlkə sənə ləzzət eləyir hər yağış yağandan sonra
28.06.2012
BAŞÇI: «KÜRDLƏR BU ÖLKƏNİN AĞALARIDIR»
Vaxtilə pambıqçılıq və heyvandarlıq İmişli əhalisinin əsas “çörək ağacı” idi. Ancaq kənd təsərrüfatı sürətlə tənəzzül etdikcə rayonda kütləvi işsizlik və yoxsulluq tüğyan etməyə başlayıb. İndi İmişli rayonunda daha çox yaşlı nəslin nümayəndələri qalıb, onlar da qəpik-quruş pensiyalarını almaq üçün...
Elə bu səbəbdən Vilyam Hacıyev İmişliyə başçı göndərildiyi zaman onun əvvəllər rəhbərlik etdiyi Samux rayonunun camaatı bir yandan sevindilərsə, digər yandan onsuz da günləri qara olan İmişli sakinlərinin hallarına acıdılar. Hətta redaksiyamız vasitəsilə onlar İmişli camaatına «keçmiş olsun»larını da yolladılar.
Rüşvət almadığı üçün Universitetdən qovuldu
Niyə İlyas Əfəndiyevin rüşvətxor oğlu Teymurcin Əfəndiyev kimi alimliyi pulla satmadınız?
Azərbaycan milli mətbuatının banisi, maarifçi ziyalı Həsən Bəy Zərdabinin nəvəsi, uzun illər Mədəniyyət və İncəsənət Universitetində başkimi çalışmış Rəbiyyə Zərdabi bu universitetdən uzaqlaşdırılıb. Bu barədə məlumat daxil olan kimi R.Zərdabiyə yaxın şəxslər və onun özü ilə əlaqə saxladıq.
Təəssüf ki, xəbərin doğru olduğunu öyrəndik və R.Zərdabi işdən çıxarılması ilə bağlı bunları bildirdi:
Dilimizi öldürməyin!
Dil-mədəniyyətdir. Dili məhv etmək-mədəniyyəti məhv etməkdir. Mədənniyəti məhv etmək isə Bəşəri Cinayətdir!
Son vaxtlar bizim mətbuata baxıram və heç anlamadığım əcayib simvollara rast gəlirəm. Onlardan bə`ziləri də beliəyri mötərizlələrdir ki, cümlələrin sonunda bu mötərizələri yan-yana düzürlər. Alınma sözlərlə bir yana çıxmadıq, bunlar hardan əmələ gəldi ki? Çox axtardım, çox fikirləşdim və nəhayət ki, bu işarələrin “mə`nasın”ı tapa bildim. Sən demə sosial şəbəkələrdə yazılı ünsiyyət zamanı fikirlərin daha dəqiq deyilməsi, misal üçün, yazdığı cümlənin zarafat və ya narahatlıq bildirdiyini ifadə etmək üçün bu simvollardan istifadə edirlər.
KAPİTALİST 1 qoyundan 50 manat, 1 tələbədən isə 2500 manat QIRXIR...
“Davay, do svidaniya” deyənlər Rusiyaya gediblər
İntiqam Rüstəmovun Gün.Az-a verdiyi açıqlamasına əsasən, onlar bu gün axşam ORT telekanalında İvan Urqantın aparıcılıq etdiyi “Veçer s Urqantom” verilişinin qonağı olacaqlar.
Verilişdə həmçinin dünya şöhrətli futbolçu Zinəddin Zidan da olacaq.
Səfərin bütün xərclərini ORT kanalı öz üzərinə götürüb.
DÜNYADA ONUN QƏDƏR TİTULA SAHİB İKİNCİ İDMANÇI YOXDUR
Süleyman Məmmədli heç bir idmançının çata bilmədiyi zirvələri fəth edən, saysız-hesabsız titul və dərəcələri qazanmış, Şərq əlbəyaxa döyüş növləri ustasıdır
Əslən Tovuz rayonundan olan döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do) olan Süleyman Məmmədli, sonuncu dəfə aprel ayında Avropa çempionatının 4 qızıl medalını da qazanıb. Türkiyənin Kəmər şəhərində keçirilən döyüş sənətləri üzrə Avropa çempionatında müxtəlif versiyalar üzrə 4 qızıl medala sahib çıxıb.
SURİYALI NAZİRDƏN MARAQLI AÇIQLAMA: "ELƏ BİLDİK İSRAİL TƏYYARƏSİDİR"
FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin "A Xəbər" telekanalında canlı yayıma qoşulan Suriya informasiya naziri Omran Əl Zubi maraqlı açıqlamalar verib. Nazir bildirib ki, bizim bölgədə İsrail rejimi kimi sionist ölkə var. Türk hərbi təyyarələriylə İsrail hərbi təyyarələri bir-birinə bənzəyir. İsrail təyyarəsi Suriyaya daxil olsa odla qarşılaşar. Türkiyənin təyyarəsini İsrail təyyarəsi ola bilsin ki, səhv salıblar. Biz türk təyyarəsini vurmaq istəməzdik.
"Давай, до свидания" – песня не про Путина
"В администрацию Путина мы уже писали – ни ответа, ни привета", – говорит лидер региональной общественной организации "Талышская диаспора" Исмаил Шабанов. Он уверен: Путин им бы точно помог, если б узнал всю эту страшную историю.
История в изложении талышей выглядит так: на одной из свадеб редактор оппозиционной азербайджанской газеты "Голос Талыша" (талыши – малый народ, проживающий в Азербайджане) Гилал Мамедов записал на видеокамеру народную песню-механу. "Это что-то наподобие русских частушек, которые исполняют на свадьбе. В механу можно подставить имя любого присутствующего или не присутствующего на свадьбе человека", – рассказал брат Гилала Мансур.
Kredit, sələm - cəhənnəm...
Sultan Laçın
“Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...”(Qurani-Kərim, Əl-Bəqərə surəsi, 275-ci ayə)
“Filankəs fərasətlidi, yaxşı pul qazanır”... Son onilliklərdə ən çox eşitdiyimiz cümlələrdən biridir. Bəs həmin “filankəs” nə qədər günah qazanır? Təəssüf ki, bu, çoxumuzu düşündürmür. Əksər valideynlər övladlarına ”Bala, get pul qazan” –deyir. Ardınca “Günah qazanma!” -demir.
Baş redaktorun evində yenidən axtarış aparıldı
İyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda həbsdə olan «Tolişi sado» qəzetinin baş redaktoru Hilal Məmmədovun evində təkrar axtarış aparıblar.
Bunu «Azadlıq Radiosu»na onun vəkili Anar Qasımlı deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə iş günü başa çatdığından bu haqda məlumat verə bilməyəcəyini söyləyib.
Hilal Məmmədovun evində isə axtarış təxminən 3 saat davam edib.
İsrail terrorçuları Azərbaycana niyə yerləşdirib?
Iranın “Mehrnews” saytı iyunun 27-də Azərbaycan Respublikası hökumətini Iran hakimiyyətinin ən güclü müxalifi sayılan Xalq Mücahidlər Təşkilatı qüvvələrini ölkə ərazisində yerləşdirməkdə günahlandırıb.
“Media forum” saytının məlumatına görə, xəbərdə deyilir ki, Iraqdan Azərbaycana köçürülən 800 nəfər mücahid hazırda Mingəçevir və Daşkəsən şəhərlərində yerləşdirilib: “Münafiqlərin müəyyən bir çərçivə əsasında Iraqdan çıxarılmasına başlanıldıqdan sonra Azərbaycan Respublikasının sionist recimlə yaxşı əlaqələrini nəzərə alaraq Tel-Əviv rəsmiləri ilə danışıqlardan sonra münafiqlər qrupunun nümayəndəsi Azərbaycan Respublikasında yerləşdirildi”.
Qərbi Azərbaycanlılar Bakıdan çıxarılsın, ya çıxarılmasın?
Подписаться на:
Сообщения (Atom)