Tələbəcilik rentabelliyinə görə qoyunculuqdan qat-qat sərfəli sahədir.Fikir verin hər il orta hesabla 35 min tələbə qəbulu, ali təhsili 4 ilik hesab etsək ümumilikdə 140 minlik tələbə və bir 25 mində magistr.Toplam say 165 min nəfər, bununda 70%-i PULLU təhsil alır və bu qədər tələbəcilikdən ildə kapitalistin qazancı olur 200 milyon manat.Bu qədər gəliri siz nə qoyunculuqda, nədə iri buynuzlu maldarlıqda görə bilərsiniz
P.S. TQDK-nın acıqlamasına görə bu il magistraturaya qəbul planı 6 min yer təşkil edirki bununda ancaq 2 min yeri, yəni 25%-i pulsuzdur.Başqa sözlə magistraturaya qəbulun 75%-i PULLUDUR…tələbə qəbulu üzrədə təqribən eyni mənzərədir, yerlərin 70%-ə qədəri PULLUDUR....Əziz abituriyentlər və tələbələr bizim tələbəciliyi qoyunculuqla müqaisəmizi özünüzə təhqir bilməyin.Təhqir o deyil ki, biz həqiqəti deyirik, təhqir odur ki sizi bu rəzil gercəkliyi yaşamağa məcbur edirlər.Sovet Hakimiyətinin insanlara verdiyi PULSUZ TƏHSİL hüququnun əlinizdən alınması və bunun müqabilində sözün əsil mənasında qırxılaraq pullu təhsilə tabe tutulmaq və bununla barışmaq bax əsil faciə və təhqir budur.
http://kommunist.biz/
Комментариев нет:
Отправить комментарий