28.06.2012

DÜNYADA ONUN QƏDƏR TİTULA SAHİB İKİNCİ İDMANÇI YOXDUR


Süleyman Məmmədli heç bir idmançının çata bilmədiyi zirvələri fəth edən, saysız-hesabsız titul və dərəcələri qazanmış, Şərq əlbəyaxa döyüş növləri ustasıdır


Əslən Tovuz rayonundan olan döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do) olan Süleyman Məmmədli, sonuncu dəfə aprel ayında Avropa çempionatının 4 qızıl medalını da qazanıb. Türkiyənin Kəmər şəhərində keçirilən döyüş sənətləri üzrə Avropa çempionatında müxtəlif versiyalar üzrə 4 qızıl medala sahib çıxıb.

Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004), taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), döyüş sənətləri üzrə Avropa çempionu (2006), dünya çempionu (2007, 2010), Tam kontakt üzrə dünya çempionu (2007), döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007), Mudo Dünya kubokunun ikiqat qalibi - Kompleks və döyüş (2008), döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009), hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi (2010), BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011), Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011), Qarışıq Döyüş sənətləri "Fight Cup" çempionu (2011), Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011).
Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır.
Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-masterdir.
Tae Kuk Mu Sul, Universal Combat MA və  Turan Do üzrə 10-cu dan qara kəmər ustasıdır.

Комментариев нет:

Отправить комментарий