Asif Həsənli
İkincisi, Liviyada sosal təbəqələşmə yoxdur, əhalinin maddi təminatı qane edici səviyyədədir. Tələbə və gənclərin hüquqları və mənafeləri qorunur, maddi cəhətdən yaxşı təmin olunurlar.
Professional Oxucu Liqası
Hər ailəyə əlavə olaraq hər ay 1000 dollar dotasiya
işsizlərə isə hər ay 720-800 dollar arasında kompensasiya verilirdi
Əmək haqları 1200-1500 dollar civarında olan bir
ölkənin ziyalıları nə üçün inqilab etməli idilər?
Bəzi analitiklər yanlış olaraq Liviyanı Tunislə
müqayisə edir, Liviyada baş verənləri Tunis inqilabının davamı kimi
qiymətləndirirlər. Bu müqayisə həm yersiz, həm də əsassızdır. Əvvəla,
Tunis geridə qalmış Afrika ölkələrindən biridirsə, Liviya inkişaf
etmiş ölkələrdən hesab edilir.
İkincisi, Liviyada sosal təbəqələşmə yoxdur, əhalinin maddi təminatı qane edici səviyyədədir. Tələbə və gənclərin hüquqları və mənafeləri qorunur, maddi cəhətdən yaxşı təmin olunurlar.
Tunisdə isə işsizlik, korrupsiya hökm sürür.
Liviya əhalinin həyat səviyyəsinə, sosial-iqtisadi
inkişafına görə Afrikada dördüncü yeri tutur.
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun
əməkdaşı, tarix elmləri namizədi, Liviyada və Tunisdə Rusiyanın səfiri
olmuş Aleksey Podtresov ölkələr arasında müqayisəyə toxunaraq
deyir:
«Tunislə Liviya arasında fərq böyükdür. Liviyanı
Tunislə yox, Avropanın bəzi ölkələri ilə müqayisə etmək lazımdır.
Məsələn, uzun ömürlüyə görə bir çox şərq ölkələrini üstələyir. Liviyada
80 yaş orta ömür sayılır. Hətta ölümün sayına görə Almaniya və İspaniya
ilə müqayisədə vəziyyət burada üstündür. Liviyanın ən mənfi cəhəti
tayfalar arasındakı münaqişələrin mövcud olmasıdır ki, bu da üç tarixi
ərazini – Tripolitaniyanı, Frakiyanı və Kirenaiki əhatə edir. Tayfalar
arasındakı bu münaqişəni nəzərə almasaq, tam qətiyyətlə demək olar
ki, Liviyada sosial təbəqələşmə, əmək istismarı və ayrı-seçkilik yoxdur.
Orada aclıq, yoxsulluq, səfalət müşahidə edilmir. İşsizliyin sayı
orta Avropa ölkələrində olduğu kimidir. Bəzən 10-20 faiz arasında dəyişir.
Statistikada saxtakarlıq edənləri ağır cəza gözlədiyindən saxta məlumatlar
verilmir. Ümumiyyətlə, Liviyada əhalinin yaşayış səviyyəsini
qənaətbəxş hesab etmək olar».
Bu sözlər Liviyada və Tunisdə səfir işləmiş
bir diplomatın sözləridir. Təbii ki, siyasi analitiklər səfirin sözlərini
təhlil edə bilərlər. Amma faktiki olaraq orada yaşamış və liviyalıların
həyat tərzi ilə yaxından tanış olan bir insanla uzaqda oturub təhlil
aparan hər hansı siyasətçi arasında fərqi görməmək də ədalətsizlikdir.
Səfirin və digər dövlət rəsmilərinin yazdıqlarına
görə, rəsmi dövlət statistik məlumatlara əsasən Qəddafi dövründə əhaliyə
aşağıdakı güzəştlər və imtiyazlar verilirdi:
Adambaşına düşən gəlir 14.192 ABŞ dollarına bərabər
idi.
Liviyada tələbələr ayda 600 (altı yüz) ABŞ dolları
məbləğində təqaüd alır, pulsuz mənzillə və gündə bir dəfə pulsuz yeməklə
təmin olunurdular.
Hər anadan olan uşağa bir dəfəlik 7000 (yeddi min)
ABŞ dolları müavinat təyin olunurdu.
16 yaşına qədər uşaqlara hər ay 180 dollar müavinat
verilirdi.
Nikaha girən yeni ailə qurmuş şəxslər mənzillə
təmin olunurdular.
Hər ailəyə əlavə olaraq hər ay 1000 (min) dollar dotasiya
verilirdi.
İşsizlərə hər ay 720-800 dollar arasında kompensasiya
verilirdi.
Ölkədə əmək haqları 500-1200 dollar arasında dəyişirdi.
Həkimlərin və təhsil işçilərinin əmək haqqı
1200-1500 dollar arasında dəyişirdi.
Təhsilin orta səviyyəsi 80 faizi ötüb keçirdi
ki, bu da aparıcı qərb dövlətləri ilə müqayisə oluna bilərdi.
Qanunlar da sərt deyildi. Yalnız dövlətə və dövlətçiliyə
qarşı hər hansı hərəkətə, hətta mətbuatda gedən dövlətə qarşı yazılara
görə ağır cəza verilirdi. Satqınlıq, Vətənə xəyanət, casuslıq bağışlanılmırdı.
Yəni, Qəddafini diktator adlandıranların söylədiklərinin
əksinə olaraq bu ölkədə diktatura hiss olunmurdu!..
Təsəvvür edin, belə bir ölkədə narazılıq necə
baş verə bilərdi?
Hansı sosial ədalətsizilikdən söhbət gedə bilərdi
ki, buna qarşı ümumxalq üsyanı başlasın?
Bu qədər təminatı olan xalqı üsyana vadar edən
nə idi?
Ayda 600 dollar təqaüd alan tələbə daha nə tələb
edə bilərdi?
Nikaha girən ailələr ölkədə mənzillə təmin olunurdularsa,
onlara daha nə lazım idi?
Əmək haqları 1200-1500 dollar civarında olan bir
ölkənin ziyalıları nə üçün inqilab etməli idilər?
Bütün bu suallara Amerikanın Liviyadakı siyasi
nökərləri cavab verməlidir. Amma çox heyf ki, bundan sonra onların cavablarının
heç bir əhəmiyyəti və təsiri olmayacaq. Çünki gec olacaq.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları
uzun zaman Liviyada sabitliyi pozmağa çalışsalar da, buna nail ola bilmirdilər.
Amma «ərəb baharı»nın başlanması onlar üçün bəhanə oldu və bu «bahar»dan
istifadə edərək öz siyasi məqsədlərinə nail olmaq üçün əllərindən gələni
etdilər ki, Liviyada hakimiyyəti devirsinlər, neft yataqlarını ələ
keçirsinlər və Liviya neftinə sahib olsunlar. Sonrası isə asan olacaqdı.
Rusiyanın Liviyadakı keçmiş səfiri Vladimir
Çamov Liviyadakı həyat tərzini müsbət qiymətləndirir və bəzi çatışmazlıqları
coğrafi ərazi ilə əlaqələndirir:
«Liviya üç tarixi ərazidən ibarətdir: Tripolitaniya,
Frakiya və Kirenaiki. Tripolitaniyanın 80 faizindən çoxu və ölkənin
mərkəzi hissələri Qəddafini dəstəkləyir. Şərqdə isə Qəddafiyə müxalif
olan qüvvələr cəmləşib. Məhz həmin qüvvələr Tunis və Misir inqilablarından
sonra fəallaşaraq NATO qüvvələrinin köməyinə arxalandılar və onlardan
hərbi yardım alaraq silahlı üsyan etdilər. BMT-nin Liviyaya qarşı
sanksiyaları və koalisiya qüvvələrinin Liviyaya yeridilməsi haqqındakı
qətnamələri üsyançıları daha da ruhlandırdı və ölkədə vətəndaş müharibəsi
alovlandı. Amma bu müharibəyə Liviya xalqının heç də ehtiyacı yox
idi. Axı, bu ölkə çox gözəl yaşayırdı. Əhalisinin təminatı yüksək səviyyədə
idi».
Bəli, bütün bu deyilənlər və yazılanlar belə fikir
yürütməyə əsas verir ki, Liviyada vətəndaş müharibəsinin konturları
Ağ Ev tərəfindən cızılmış, üsyançılara maliyyə dəstəyini də məhz Vaşinqton
həyata keçirmişdi.
Комментариев нет:
Отправить комментарий