Köhnə limanımız atılıb qalmış.
Gəmilər qaralıb deyil sən görən.
Verdiyin vədlər də gəmidə yanmış.
Daha sənin üçün darıxmıram mən.
Sənə susamışdım, yağdı yağışlar.
Yuyuldu gözümdən odlu baxışlar.
Qayıda bilmərəm, vallah, bağışla.
Daha sənin üçün darıxmıram mən.
Sevgimi öldürdü biganəliyin
Diqqət gözləyərkən laqeyidliyin.
Bəlkə də darıxır mənçin ürəyin?!
Daha sənin üçün darıxmıram mən.
Nə zəng et, nə yalvar yolumuz ayrı.
Özün yağdırmısan baharda qarı.
Ürəyimdə yoxdu sevgi qübarı.
Daha sənin üçün darıxmıram mən.
Nədən gözlərimə baxammırsan dik?
Ağlayıb üzünə az göz yaşı tök.
Nə gəmilər yandır, nə limanlar sök.
Daha sənin üçün darıxmıram mən.
Ziba yeni sevda eşqində deyil.
Azad bir quş kimi yaşamaq- xeyir.
Ağlım da, ruhum da bu sözü deyir,
Daha sənin üçün darıxmıram mən.
Daha sənin üçün darıxmıram mən.
Qapım açıq
Tuk, tuk...
-Qapım açıq sözü üzə deyənlərə.
Tuk, tuk...
-Qapım açıq özünü öyməyənlərə.
Tuk, tuk...
- Qapım açıq, vicdanın satmayanlara.
Tuk, tuk...
-Qapım açıq, pula satmayanlara.
Tuk, tuk...
- Qapım açıq şərəfin qoruyanlara.
Tuk, tuk...
- Qapım açıq naqisdən qorxmayanlara.
Tuk, tuk...
- Qapım açıq haqq səsin boğmayanlara.
Tuk, tuk...
- Qapım açıq, qapım açıq.
-Gəlin qapı açıqdı ki.
Ahh, deyəsən qapıda bir kimsə qalmadı ki...
Göylərin ziyafəti
Ulduzlardan plov süzdüm.
Ayı da qoyum başına.
Payız kimi səndən küsdüm.
Gəlmədin qonağlığıma.
Gəlmədin şirə içməyə.
Buludların göz yaşından.
Yarpaqlar özün atırdı.
Qoca çinarın qaşından.
Acmısansa dön geriyə.
Kabab çəkmişəm doludan.
İştahanı itirmə, gəl!
Qorxuram dolu əriyə.
Qala Günəş təndirini.
Kündəliri yapım yenə.
Yandırmamaq üçün məni .
Dumanı sarı əlimə.
Fikrini dəyiş də, qayıt.
Təbiətin bayramına.
Çiskin ürəyimi ovut .
Qayıdaq səma yanına.
Göylər ziyafət verəcək.
Bu gecə hər ikimizə.
Bir bulud ulduz çəkərək
Yeyərik ləzzətimizə.
Gəmilər qaralıb deyil sən görən.
Verdiyin vədlər də gəmidə yanmış.
Daha sənin üçün darıxmıram mən.
Sənə susamışdım, yağdı yağışlar.
Yuyuldu gözümdən odlu baxışlar.
Qayıda bilmərəm, vallah, bağışla.
Daha sənin üçün darıxmıram mən.
Sevgimi öldürdü biganəliyin
Diqqət gözləyərkən laqeyidliyin.
Bəlkə də darıxır mənçin ürəyin?!
Daha sənin üçün darıxmıram mən.
Nə zəng et, nə yalvar yolumuz ayrı.
Özün yağdırmısan baharda qarı.
Ürəyimdə yoxdu sevgi qübarı.
Daha sənin üçün darıxmıram mən.
Nədən gözlərimə baxammırsan dik?
Ağlayıb üzünə az göz yaşı tök.
Nə gəmilər yandır, nə limanlar sök.
Daha sənin üçün darıxmıram mən.
Ziba yeni sevda eşqində deyil.
Azad bir quş kimi yaşamaq- xeyir.
Ağlım da, ruhum da bu sözü deyir,
Daha sənin üçün darıxmıram mən.
Daha sənin üçün darıxmıram mən.
Qapım açıq
Tuk, tuk...
-Qapım açıq sözü üzə deyənlərə.
Tuk, tuk...
-Qapım açıq özünü öyməyənlərə.
Tuk, tuk...
- Qapım açıq, vicdanın satmayanlara.
Tuk, tuk...
-Qapım açıq, pula satmayanlara.
Tuk, tuk...
- Qapım açıq şərəfin qoruyanlara.
Tuk, tuk...
- Qapım açıq naqisdən qorxmayanlara.
Tuk, tuk...
- Qapım açıq haqq səsin boğmayanlara.
Tuk, tuk...
- Qapım açıq, qapım açıq.
-Gəlin qapı açıqdı ki.
Ahh, deyəsən qapıda bir kimsə qalmadı ki...
Göylərin ziyafəti
Ulduzlardan plov süzdüm.
Ayı da qoyum başına.
Payız kimi səndən küsdüm.
Gəlmədin qonağlığıma.
Gəlmədin şirə içməyə.
Buludların göz yaşından.
Yarpaqlar özün atırdı.
Qoca çinarın qaşından.
Acmısansa dön geriyə.
Kabab çəkmişəm doludan.
İştahanı itirmə, gəl!
Qorxuram dolu əriyə.
Qala Günəş təndirini.
Kündəliri yapım yenə.
Yandırmamaq üçün məni .
Dumanı sarı əlimə.
Fikrini dəyiş də, qayıt.
Təbiətin bayramına.
Çiskin ürəyimi ovut .
Qayıdaq səma yanına.
Göylər ziyafət verəcək.
Bu gecə hər ikimizə.
Bir bulud ulduz çəkərək
Yeyərik ləzzətimizə.
Комментариев нет:
Отправить комментарий