Məni başa düşmək üçün
Hər gün biraz gəzet oxu.
Radio dinlə, tv-yə bax
Bomba oxu, raket oxu!
Biraz yavaş sükut elə
Budda kimi, Foko kimi
Biraz məni uca düşün
Kabus dolu yuxu kimi.
Biraz yalan, biraz doğru
Biraz xəyal, biraz gərçək.
Biraz-biraz irəli get
Lap Allahın özünədək!
Hər gün biraz intihar et
Hər gün biraz yaşa guya .
Biraz qəhrəman kimi ol
Biraz da malixuliya!
Biraz sevil, biraz ayrıl
Tüm varlığınla unudul.
Gecələr ruski vodkaya
Gündüz norafen, panadol!
Hərdən küçə kimi səril
Gedənlərin ayağına
Hərdən bulud kimim ağla
Ginesdəki bayrağına!
Hər gün çirkli paltarını
Özün yıka, özün qurud
Hər siqaretdə bir qızı
Biraz “ah” çək, biraz unut!
Комментариев нет:
Отправить комментарий