12.11.2012

Misirli şair: “İvhanül-müslimin vətən sözünə nifrət edir”

QafqAzNews “SANA” agentliyinə istinadən xəbər verir ki, tanınmış misirli çair Əbdülrəhman əl-Abnudi “Seut əl-Ümmə” qəzetinə verdiyi müsahibədə prezident Məhəmməd Mursini və onun mənsub olduğu “İvhanül-müslimin” (Müsəlman qardaşları) təşkilatını sərt tənqid edərək deyib: “İvhanül-müslimin vətən sözünə nifrət edir. Onlar öz çıxışlarında Misir sözünü belə dilə gətirmirlər, çünki Misirə yox, başqa ərəb ölkələrinə məxsusdurlar. Səid Zaqlul və Mustafa Naxlus kimi inqilabçı qəhrəmanların tarix dərsliklərindən çıxarılması gələcək nəsl üçün təhlükəlidir. Əhməd Ərəbini və Camal Əbdül Nasiri sevən insanları “dindən çıxmışlar” adlandıran bir iqtidarla yoa getmək mümkün deyil”.
Abnudi müsahibəni bu sözlərlə yekunlaşdırıb: “İsrailin Misirə yeni səfir təyin etməsi münasibəti ilə prezidentin Şimon Peresə göndərdiyi məktub əsl rüsvayçılıq idi. Bu məktub onu göstərdi ki, Mursi israilpərəstlikdə heç də Mübarəkdən geri qalmır”.

Комментариев нет:

Отправить комментарий