İlk gündən
göydən ulduzlar ələndi röyalarıma
anam beşiyi tərpədəndə
sən aysız röyalarımın ulduzusan
bilirəm
səni hikayələrin son sözcüklərində tapacağım
bəlkidə dənizin son durağında
özgür balıqların inzivasında
mən sənilə doğulmuşam
sənilə öləcəyəm
orada
dənizin son durağında
tüm hikayələrin son sözcüklərində
sən ayla sevişirsən...
Комментариев нет:
Отправить комментарий