Portağal doğulaydım kaş…
Boylanardım sıx yarpaqların arasından,
Çoxlu portağal qohumlarım, dostlarım olaydı…
Ucsuz-bucaqsız portaqal bağında yaşayaydım
Portaqallara qarışıb portağal qoxuyardım.
Portağal kimi danışıb,
Portağal kimi susardım
Narıncını sevirem…
Narıncı olmağımla öyünərdim
Dərdim qışın soyuğu
Yayın istisi olardı
Yarpaqlar məni qoruyardı
Dərilərdim bir gün nuş olardım
Növbəti payız yenə doğulardım
Heç yatmazdım
Günəşin doğuşunuda
Batışınıda görərdim.
Yaqışda yuyunardım.
Ayı,ulduzları qarşılardım
Qar altında donardım
Həmişə eyni torpaqda
Eyni aqğcda bitəydim
Köküm bir olardı
İncitməzdim, inciməzdim
Sevilərdim, sevmezdim
Yanmazdım, yandırmazdım
Anlamazdım ağcdan aşağıda baş verənləri
Çüruməzdim yavaş-yavaş içimdən
Portağal bəlkə xəbərsizdi xoşbəxtliyindən
Bəlkədə yerimdə olmaq istərdi…
Bu bir nağıldı
Nağıllar gerçəklikdən gözəldi…
Комментариев нет:
Отправить комментарий