13.11.2012

Rusiya hərbi lazer silahı üçün maliyyə ayırdı


Rusiya Müdafiə Nazirliyi təyyarə, peyk və ballistik raketləri vura biləcək hərbi lazerin hazırlanması üçün hərbi-sənaye kompleksinə yenidən sifariş verib. FaktXeber.com-un "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, lazerin hazırlanması işi ilə "Almaz-Antey" HHM Konserni, Beriev adına Taqanroq Aviasiya Elmi-Texnik Konserni və "Himpromavtomatika" kompaniyası  məşğul olacaq. Bu yöndə işlərin icrasına 2013-cü ildən başlanacaq.

Bildirilir ki, BTAETK lazer texnologiyasını Sovet dövründə istifadə olunan İL-76 nəqliyyat təyyarəsinin bazasında yaradılmış A-60 üzərində yenidən başladıb. SSRİ dövründə iki belə təyyarə hazırlanmışdı. İndi isə onlardan sadəcə 1991-ci ildə hazırlanan işlək vəziyyətdə qalıb. O, hazırda Taqanroq aerodromunda saxlanılır.
A-60 lazeri raketlərin və müşahidə peyklərinin izlənməsi üçün istifadə olunub. Layihəsi üzrə İş maliyyə çatışmazlığı üzündən 2011-ci ildə dayandırılıb. A-60 qismən təmir edilib. İndi isə yenidən maliyyə yardımı ayrılıb. A-60 daha güclü lazer və optik cihaz quraşdırılması nəzərdə tutulub.
Bundan əlavə, A-60 tamamilə yenidən qurulacaq. Təyyarə son iki ildə bir dəfə də olsun hava qaldırılmayıb. Beriev təyyarənin modernləşdirilməsini 2013-cü ildə başa çatdıracaq. Sonra isə "Almaz-Antey" təyyarəyə yeni 1LK222 lazer sistemi quraşdıracaq. Quraşdırma işini "Almaz-Antey" və "Himpromavtomatika" həyata keçirəcək. Şirkətlərdə verilən məlumatda bildirilir ki, lazerin yer versiyası hazırdır.
Qeyd edək ki, analoji layihə ABŞ-da həyata keçirilib. Belə ki, "Boeing 747" yük təyyarəsində belə bir sistem quraşdırılıb. 2010-cu ilin fevralında bu qurğu uçuş halında olan iki raketi məhv etdi, lakin sonrakı sınaqlar keçirilmədi.
2011-ci ildə isə Müdafiə Nazirliyi layihəni bahalı olduğu üçün qəbul etmədi. 2012-ci ilin fevralında hərbi lazeri daşıyan təyyarə saxlanılması və baxış üçün AMARG bazasına göndərildi, hansı ki, "qəbiristanlıq" kimi tanınır.

Комментариев нет:

Отправить комментарий