14.11.2012

Vüsal Hicranoğlu. Dözməz ürək

Ünüm  çatmaz dərgahında üst ünə,
Bu dünyanın altı nədir, üstü nə?
Mənəvi  bir mərəz  gələ  üstünə,
Dözməz  ürək, dözməz  onda  bu dərdə.

Zəmanədə  dolan namus , dolan  ar,
Bağçalara  dola  heyva ,  dola nar.
O zaman ki ,dərd  boğaza  dolanar,
Dözməz  ürək,  dözməz  onda  bu dərdə.

And  içərəm  tanrımızın  haqqına,
Ha  çalışsan , sığışmayar haqq  qına.
Vay o gündən namərd  girə haqqına,              
Dözməz ürək ,dözməz  onda  bu  dərdə.

Комментариев нет:

Отправить комментарий