Jurnalın bu sayında Gürcüstan Parlamentinin üzvü G. Kaçeçiiladzenin müsahibəsi, taninmış politoloq Markedonovun Cənubi Qafqazla bağlı araşdırması, Noam Çomskinin, Mişel Çasudovskinin dünyada baş verən qlobal hadisələrlə bağlı analizləri və sair məqalələr dərc edilib.
Jurnalda politoloq Zərdüşt Əlizadənin Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyevin Azərbaycanda prezident seçkiləri ilə bağlı araşdırmaları da yer alıb. Jurnalın əvvəlki saylarında olduğu kimi bu sayında Azərbaycanda neft hasilatının tarixinə aid görkəmli iqtisadçı alim Bəhmən Axundovun və Böyük Briyaniya tədqiqatşısı Nikolas Hildyardın araşdırmalarına da yer verilib. Jurnal ictimai-siyasi və elmi-nəzəri cəhətdən xeyli maraqlıdır.
“Yaşıl Qafqaz”ın bu sayını yaxın günlərdə köşklərdən əldə edə bilərsiz.
Arzu Abdulla, Baş redaktor
Комментариев нет:
Отправить комментарий