Günel Treu Müasir görünmə istəyi və ya “saxta ateizm”... Sizləri bilmirəm, amma mənimcün iki cür danışıq tərzi var: Biri ağlına gələni, biri isə ağzına gələni! Bəli, birinci formada danışmaq belə desək hər oğulun işi deyil. Bununçün bir az ağıl, bir az məntiq, bir ədəbi bilik, bir az da təbii ki, insanlıq lazımdır. İkinci formaya qalanda isə... Hə, bax bu çox asan işdi, sadəcə çənənin “şruplarını” boşaldırsan, qalanını boş çənən “idarə edəcək”, yəni boşalmış çənənin nə məntiqə, nə də ağıla ehtiyacı var, sadəcə danış! Son zamanlar gördüklərimdən belə nəticəyə gəldim ki, ikinci formada danışığa cəmiyyət arasında daha çox meyl artır. Xüsusən, özünü bir az müasir, sıradan olmayan insan kimi göstərənlərin hamısı Allahı və dini söyür!
MİRZƏ SAKİT Öldürdü nazların, sən Tanrı bəsdir, Ay canım, cilvədən nə bollaşmısan Qədəmin yavaşdır, bir az tələsdir, Dünəndən mənimlə sağollaşmısan Tutduğum budağın açdı yarpağı, Görüb gəlişimi güldü nar bağı Şəklinlə danışdım bu axşam çağı, Sanki əfsanə tək nağıllaşmısan Kənardan dayanıb dərdimə baxdın Tacın məndə qalıb, hazırdı taxtın Var idi bir zaman divanə vaxtın, Çox heyf zəndimə, ağıllaşmısan
Индийский крестьянин Дашратх Манджхи (Dashrath Manjhi) принадлежал к низшей касте и жил в бедной деревушке, где не было даже больницы. Прямой путь к цивилизации — соседнему городку — преграждала скалистая гора. Была только дорога в обход, длинная и неудобная (свыше 70 км). Как—то жена Дашратха, карабкаясь по горе, упала и получила серьезную травму. Помощь вовремя оказать не смогли, и вскоре она умерла.
Bu şəkilə diqqətlə baxın! Maştağalı Qoçu Nəcəfqulunun şəkilidir! Məhz onun rəhbərliyi ilə martın-30 və 31-də Bakıda başlanan qırğınların qarşısının alınması və Bakı milyonçularının, başda millət atası Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə şəhər əhalisinin silahlandırılaraq müqaviməti təşkil edilib. 5 gün ərzində minlərlə erməni daşnak və rus bolşevikləri məhz bu qoçuların əzmi ilə məhv edilib, Bakı kəndləri və köhnə Bakı küçələri müzəffər Qafqaz-İslam ordusunun şəhərə daxil olmasına qədər onların sayəsində əsl müqavimət ocağına çevrilib.
Kərim Şükürov Yəhudi diasporu: yaranma tarixi və xüsusiyyəti Yəhudilər əslən Mesopotamiyadandırlar. Təxminən e.ə. XIII əsrdə Fələstinə gəldilər. Onlar özlərini “ibri” – “keçənlər [çayı, yəni Fərat çayını]” adlandırırdılar. Fələstin dünyanın qədim sivilizasiya mərkəzlərindən biridir. Yəhudilər gələnədək burada xanaan adlı semit qəbilələri məskunlaşmışdır. İlk vaxtlar nəsli-qəbilə şəraitində yaşayan yəhudilər içərisində tədricən dövlət əmələ gəlir. İsrail-İudey dövlətində Saul (e.ə.XI), David (e.ə.1000-965) və Solomon (e.ə. 965-926) hökmranlıq edir. E.ə. 926-cı ildə İsrail-İudey dövləti cənubda İudey, şimalda İsrail dövlətlərinə parçalanır. Bu dövlətlər fərqli tarix yaşamalı olur. İsrail dövləti (e.ə.926-722) ərazisi və coğrafi şəraitinə görə əlverişli mövqeyə malik olduğundan daha çox tərəqqi edir. Burada ayrı-ayrı sülalələrdən olan çarlar hökmranlıq edirdi. Daxili çəkişmələr İsrail dövlətini (paytaxt Samariyə şəhəri idi) zəiflədir.
Dövlət orqanlarına Surəti: Media orqanlara Şahin Cəbrayılov Cəmiyyətin Kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozur Bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən alınmış insanların qanı Zaur Ömərovun boynundadır Yazıb sizə bildirirəm ki, Azərbaycan xalqının qanını içən və qanunsuz hərəkətlərə rəvac verən sələmçi təşkilatlar biri də KredAqro Bank Olmayan Kredit Təşkilatıdır. KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir.
«Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub» Ukrayna kəşfiyyatının zabiti isə rusiyalı oliqarxın ölmədiyini iddia edir Martın 23-də Britaniyadakı malikanəsində dünyasını dəyişən rusiyalı iş adamı Boris Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub. APA-nın xəbərinə görə, bu barədə “Sky News” müstəntiq Mark Bissellə istinadən məlumat yayıb. Həmin ipin bir parçası isə vanna otağındakı dəmirin üzərində tapılıb. M.Bissell bu faktları şübhəli qəfil ölümləri araşdıran məhkəməyə ifadəsində deyib. Ekspertiza B.Berezovskinin ölüm səbəbi kimi asılma halını qeyd edib.
El Nur Radar Necə oldu ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu? 29 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu.Bu məcəllənin qəbul olunmasında obyektiv və subyektiv səbəbləri var. Bu ola bilər ki, mənim subyektiv fikrimdi, amma son dövrlər bir neçə yeni tikililərin ictimaiyyətə biliməyən səbəbdən uçması şəhərsalma və tikinti sahəsində məcəllə qəbul edilməsinə rəvac verdi. Hesab edirəm ki, bu məcəllənin qəbul olunmasına ekskurs eləmək mütləq lazımdı. Bu məcəllə qəbul edilənədək 1999-cu ildə qəbul edilmiş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Uzun müddət ev tikənlər bu qanunla fəaliyyət göstərdilər.
Yagış da yağmır. Külək də əsmir. Getdiyin gün yadımda qalmır Amma ürəyimin ağrısı hələ də kəsmir. Duman da yoxdu çöldə. Hava da öz heyində. Havada havasızlıq var Mən çətin yatam bu gəcə Gözüm də görmür Ruhum da duymur Aldadırsan deyirlər məni Hər küncdə, hər tində, hər küçədə. Unudursan deyirlər məni Hardasa, kimləsə, kimlərləsə. Əcəl də yoxdur. Əzrail də Üzərimdə ölüm qoxusu var niyəsə.
Qanunlar kağız parçasına çevrilməməlidir Şəhərsalma və Tikinti Məcəlləsinin vətəndaşlara verdiyi hüquqların reallaşması üçün sadə icra mexanizmləri olmalıdır Hər bir qanun özlüyündə bir kağız parcasıdır. Bu kağız parçasını kitab rəflərində, masaların alt gözlərində yatan adi bir vərəqə də, cəmiyyətdə ictimai münasibətləri tənzimləyən dəyərli bir sənədə də çevirmək olar. Bu isə həmin qanunu qəbul edən, qəbul etdiyi qanunların işləməsinin qarantına çevrilən dövlətdən asılıdır. Buna görə də inkişaf etmiş ölkələrdə qanunlar elə işlənilir ki, onun icra mexanizmi çox sadə olsun. Respublikamızda da indiyədək kifayət qədər mütərəqqi qanunlar qəbul olunub.
Əli Kərim O sərt idi səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını Bircə dəfə söz açmazdı qəlbindəkindən Söyləməzdi övlad üçün çox yandığını Gizli-gizli məni süzüb gülərdi hərdən Durub-durub güc gələrdi əyri qəlyana Övladına bircə dəfə can söyləməkdən Övlad üçün can verməyi asandı ona Zəhmətsevər, ağır, enli, cod əli vardı Tale kimi endirərdi çiynimə hərdən Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən
Baş qoyum dizin üstə, Saçlarıma sığal çək. Mənim kimi birisi Ömrünə gəlməyəcək. Mənə sevgidən danış, Yalan danış, razıyam. Aldanıb, için-için Sinən üstə uyuyam. İslansın yaxan-başın Ağlayım həzin-həzin. Batağ günah selinə, Bizi kimsə bilməsin.
Türk Film Yapımcıları Meslek Birliği yazıçı Orxan Fikrətoğlunun “Müjdə” ssenarisi əsasında film çəkəcək. Birliyin rəhbəri Qalib Gültekin bildirib ki, film Azərbaycanla bağlı olduğuna görə əgər istəsələr Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və ya hər hansı prodüsserlər mərkəzi bu layihəyə qatılıb, maddi dəstək də verə bilər. Filmin çəklişlərinə növbəti ildən başlanılacaq. Xatırladım ki, hazırda O.Fikrətoğlunun “Tək” adlı ssenarisi əsasında da Türkiyədə film çəkilir.
SAFRUH Mütləqə İnam Ocağının Ruhani Başçısı İnsanlar nə qədər desələr ki, “hər birimiz müstəqilik, öz fikrimiz var”, bütün bu fikirlər əslində bir ümumi obyektiv axından biçim alır. Bu biçim dövlətlərə, millətlərə, çağlara, demək olar, eyni cür təsir edir. Çağımızda dünya həddindən artıq (mən bunu ayrıca vurğu ilə deyirəm: həddindən artıq!) birləşib, ümumiləşib. Bu isə sifətsizləşməyə doğru aparır. İnsanlar, millətlər, dövlətlər sifətsizləşməyə qarşı ya şüurlu, ya da qeyri-şüuri dirəniş göstərirlər. Burada sanki güclülərin dediyi baş verir. Əslində biz isə həmin «obyektiv» gedişin diktəsini müşahidə eləyirik. Təsvirini verdiyimiz bu qısa mənzərə içində türklüyün və türk dövlətçiliyinin çox ciddi çətinliklərlə üzləşdiyini görürük.
Dəli könlüm, nədir yenə bu qəm, qubar? Mən bilirəm bu cahanda bir qanun var: Yaxşı gündə, yaman gündə Bulaq axar, irmaq axar, Ancaq dəniz ürəkləri sökər bəzən qasırğalar. Zəlzələlər gurlayanda, bəzən zirvə gedər bada, Yadındamı, sən bu yolu özün seçdin. Qarşına sal qaya çıxdı, Nə sivişdin, nə yan keçdin, Bir külüngə bütöv dağı hədəf seçdin. Dəmir yardın, zireh deşdin. Nə Herkules, nə də Fərhad, sən adicə bir insandın. Fəqət şərlə döyüşəndə Sən özünü yer-göy qədər güclü sandın.