31.03.2013

Qərbin köləsi olanlar

Günel Treu

Müasir görünmə istəyi və ya “saxta ateizm”...

Sizləri bilmirəm, amma mənimcün iki cür danışıq tərzi var: Biri ağlına gələni, biri isə ağzına gələni! Bəli, birinci formada danışmaq belə desək hər oğulun işi deyil. Bununçün bir az ağıl, bir az məntiq, bir ədəbi bilik, bir az da təbii ki, insanlıq lazımdır. İkinci formaya qalanda isə... Hə, bax bu çox asan işdi, sadəcə çənənin “şruplarını” boşaldırsan, qalanını boş çənən “idarə edəcək”, yəni boşalmış çənənin nə məntiqə, nə də ağıla ehtiyacı var, sadəcə danış!
Son zamanlar gördüklərimdən belə nəticəyə gəldim ki, ikinci formada danışığa cəmiyyət arasında daha çox meyl artır. Xüsusən, özünü bir az müasir, sıradan olmayan insan kimi göstərənlərin hamısı Allahı və dini söyür!

edith piaf - padam padam

PAXIL SEVGİLİM

MİRZƏ SAKİT

Öldürdü nazların, sən Tanrı bəsdir,
Ay canım, cilvədən nə bollaşmısan
Qədəmin yavaşdır, bir az tələsdir,
Dünəndən mənimlə sağollaşmısan

Tutduğum budağın açdı yarpağı,
Görüb gəlişimi güldü nar bağı
Şəklinlə danışdım bu axşam çağı,
Sanki əfsanə tək nağıllaşmısan

Kənardan dayanıb dərdimə baxdın
Tacın məndə qalıb, hazırdı taxtın
Var idi bir zaman divanə vaxtın,
Çox heyf zəndimə, ağıllaşmısan


Astara, Dasthor kəndi

Qafgazin 17 sheheri Quba-Qirmizi Qesebe

Дорога в город


Индийский крестьянин Дашратх Манджхи (Dashrath Manjhi) принадлежал к низшей касте и жил в бедной деревушке, где не было даже больницы. Прямой путь к цивилизации — соседнему городку — преграждала скалистая гора. Была только дорога в обход, длинная и неудобная (свыше 70 км). Как—то жена Дашратха, карабкаясь по горе, упала и получила серьезную травму. Помощь вовремя оказать не смогли, и вскоре она умерла.

Düşüneceksiniz. Bu Erbakan Ne Dedi ?



Maştağalı Qoçu Nəcəfqulu


Bu şəkilə diqqətlə baxın! Maştağalı Qoçu Nəcəfqulunun şəkilidir! Məhz onun rəhbərliyi ilə martın-30 və 31-də Bakıda başlanan qırğınların qarşısının alınması və Bakı milyonçularının, başda millət atası Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə şəhər əhalisinin silahlandırılaraq müqaviməti təşkil edilib. 5 gün ərzində minlərlə erməni daşnak və rus bolşevikləri məhz bu qoçuların əzmi ilə məhv edilib, Bakı kəndləri və köhnə Bakı küçələri müzəffər Qafqaz-İslam ordusunun şəhərə daxil olmasına qədər onların sayəsində əsl müqavimət ocağına çevrilib.

Esma Esad ile Şehit Annelerinin Buluşması - 29.03.2013

Azərbaycan yəhudiləri (qədimdən bu günə)


Kərim Şükürov

Yəhudi diasporu: yaranma tarixi və xüsusiyyəti

Yəhudilər əslən Mesopotamiyadandırlar. Təxminən e.ə. XIII əsrdə Fələstinə gəldilər. Onlar özlərini “ibri” – “keçənlər [çayı, yəni Fərat çayını]” adlandırırdılar. Fələstin dünyanın qədim sivilizasiya mərkəzlərindən biridir. Yəhudilər gələnədək burada xanaan adlı semit qəbilələri məskunlaşmışdır. İlk vaxtlar nəsli-qəbilə şəraitində yaşayan yəhudilər içərisində tədricən dövlət əmələ gəlir. İsrail-İudey dövlətində Saul (e.ə.XI), David (e.ə.1000-965) və Solomon (e.ə. 965-926) hökmranlıq edir. E.ə. 926-cı ildə İsrail-İudey dövləti cənubda İudey, şimalda İsrail dövlətlərinə parçalanır. Bu dövlətlər fərqli tarix yaşamalı olur. İsrail dövləti (e.ə.926-722) ərazisi və coğrafi şəraitinə görə əlverişli mövqeyə malik olduğundan daha çox tərəqqi edir. Burada ayrı-ayrı sülalələrdən olan çarlar hökmranlıq edirdi. Daxili çəkişmələr İsrail dövlətini (paytaxt Samariyə şəhəri idi) zəiflədir.

30.03.2013

Talış diyarı

KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

Redaksiyanın poçtundan!

Dövlət orqanlarına
Surəti: Media orqanlara

Şahin Cəbrayılov Cəmiyyətin Kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozur

Bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən alınmış insanların qanı Zaur Ömərovun boynundadır

Yazıb sizə bildirirəm ki, Azərbaycan xalqının qanını içən və qanunsuz hərəkətlərə rəvac verən sələmçi təşkilatlar biri də KredAqro Bank Olmayan Kredit Təşkilatıdır. KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir.

шедевры ДЗЮДО.flv

Anzov, Yardımlı

Berezovski müəmması davam edir- siyasi qətl ya təbii ölüm?

«Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub»

Ukrayna kəşfiyyatının zabiti isə rusiyalı oliqarxın ölmədiyini iddia edir

Martın 23-də Britaniyadakı malikanəsində dünyasını dəyişən rusiyalı iş adamı Boris Berezovskinin meyiti aşkarlanarkən onun boynunda ip olub. APA-nın xəbərinə görə, bu barədə “Sky News” müstəntiq Mark Bissellə istinadən məlumat yayıb. Həmin ipin bir parçası isə vanna otağındakı dəmirin üzərində tapılıb.
M.Bissell bu faktları şübhəli qəfil ölümləri araşdıran məhkəməyə ifadəsində deyib. Ekspertiza B.Berezovskinin ölüm səbəbi kimi asılma halını qeyd edib.

Fərdi mənzilin tikintisi vətəndaşlara neçəyə və necə başa gəlir?

El Nur Radar

Necə oldu ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu?

29 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olundu.Bu məcəllənin qəbul olunmasında obyektiv və subyektiv səbəbləri var. Bu ola bilər ki, mənim subyektiv fikrimdi, amma son dövrlər bir neçə yeni tikililərin ictimaiyyətə biliməyən səbəbdən uçması şəhərsalma və tikinti sahəsində məcəllə qəbul edilməsinə rəvac verdi.
Hesab edirəm ki, bu məcəllənin qəbul olunmasına ekskurs eləmək mütləq lazımdı.
Bu məcəllə qəbul edilənədək 1999-cu ildə qəbul edilmiş “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Uzun müddət ev tikənlər bu qanunla fəaliyyət göstərdilər.

KAMIWAZA 2013 Champion From ( TV ASAHI ) 17 - 2 - 2013

Turan İsayeva - Ayrılıq


Yagış da yağmır.
Külək də əsmir.
Getdiyin gün yadımda qalmır
Amma ürəyimin ağrısı hələ də kəsmir.
Duman da yoxdu çöldə.
Hava da öz heyində.
Havada havasızlıq var
Mən çətin yatam bu gəcə
Gözüm də görmür
Ruhum da duymur
Aldadırsan deyirlər məni
Hər küncdə, hər tində, hər küçədə.
Unudursan deyirlər məni
Hardasa, kimləsə, kimlərləsə.
Əcəl də yoxdur.
Əzrail də
Üzərimdə ölüm qoxusu var niyəsə.

Evlər belə tikilməlidir

Qanunlar kağız parçasına çevrilməməlidir 

Şəhərsalma və Tikinti Məcəlləsinin vətəndaşlara verdiyi hüquqların reallaşması üçün sadə icra mexanizmləri olmalıdır

Hər bir qanun özlüyündə bir kağız parcasıdır. Bu kağız parçasını kitab rəflərində, masaların alt gözlərində yatan adi bir vərəqə də, cəmiyyətdə ictimai münasibətləri tənzimləyən dəyərli bir sənədə də çevirmək olar. Bu isə həmin qanunu qəbul edən, qəbul etdiyi qanunların işləməsinin qarantına çevrilən dövlətdən asılıdır. Buna görə də inkişaf etmiş ölkələrdə qanunlar elə işlənilir ki, onun icra mexanizmi çox sadə olsun. Respublikamızda da indiyədək kifayət qədər mütərəqqi qanunlar qəbul olunub.

Moskvada oxuyurdum tərk etdi məni


Əli Kərim

O sərt idi səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını
Bircə dəfə söz açmazdı qəlbindəkindən
Söyləməzdi övlad üçün çox yandığını

Gizli-gizli məni süzüb gülərdi hərdən
Durub-durub güc gələrdi əyri qəlyana
Övladına bircə dəfə can söyləməkdən
Övlad üçün can verməyi asandı ona

Zəhmətsevər, ağır, enli, cod əli vardı
Tale kimi endirərdi çiynimə hərdən
Sərt üzünə bircə anlıq səhər doğardı
Bilməzdim ki, hansı nurlu düşüncələrdən


29.03.2013

Günel Treu - Yalan danış

Baş qoyum dizin üstə,
Saçlarıma sığal çək.
Mənim kimi birisi
Ömrünə gəlməyəcək.

Mənə sevgidən danış,
Yalan danış, razıyam.
Aldanıb, için-için
Sinən üstə uyuyam.

İslansın yaxan-başın
Ağlayım həzin-həzin.
Batağ günah selinə,
Bizi kimsə bilməsin.


Orxan Fikrətoğlunun ssenarisi əsasında Türkiyədə film çəkiləcək

Türk Film Yapımcıları Meslek Birliği yazıçı Orxan Fikrətoğlunun “Müjdə” ssenarisi əsasında film çəkəcək. Birliyin rəhbəri Qalib Gültekin bildirib ki, film Azərbaycanla bağlı olduğuna görə əgər istəsələr Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və ya hər hansı prodüsserlər mərkəzi bu layihəyə qatılıb, maddi dəstək də verə bilər. Filmin çəklişlərinə növbəti ildən başlanılacaq. Xatırladım ki, hazırda O.Fikrətoğlunun “Tək” adlı ssenarisi əsasında da Türkiyədə film çəkilir.

Milliliyin və dövlətçiliyin çağdaş durumu

SAFRUH
Mütləqə İnam Ocağının Ruhani Başçısı

İnsanlar nə qədər desələr ki, “hər birimiz müstəqilik, öz fikrimiz var”, bütün bu fikirlər əslində bir ümumi obyektiv axından biçim alır. Bu biçim dövlətlərə, millətlərə, çağlara, demək olar, eyni cür təsir edir. Çağımızda dünya həddindən artıq (mən bunu ayrıca vurğu ilə deyirəm: həddindən artıq!) birləşib, ümumiləşib. Bu isə sifətsizləşməyə doğru aparır. İnsanlar, millətlər, dövlətlər sifətsizləşməyə qarşı ya şüurlu, ya da qeyri-şüuri dirəniş göstərirlər. Burada sanki güclülərin dediyi baş verir. Əslində biz isə həmin «obyektiv» gedişin diktəsini müşahidə eləyirik. Təsvirini verdiyimiz bu qısa mənzərə içində türklüyün və türk dövlətçiliyinin çox ciddi çətinliklərlə üzləşdiyini görürük.

Günün fotosu


İbrahim Quliyev, Sabir Rüstəmxanlı və Aslan Quliyev

Xəlil Rza Ulutürk - ÇƏTİN YOL

Dəli könlüm, nədir yenə bu qəm, qubar?
Mən bilirəm bu cahanda bir qanun var:
Yaxşı gündə, yaman gündə
Bulaq axar, irmaq axar,
Ancaq dəniz ürəkləri sökər bəzən qasırğalar.
Zəlzələlər gurlayanda, bəzən zirvə gedər bada,
Yadındamı, sən bu yolu özün seçdin.
Qarşına sal qaya çıxdı,
Nə sivişdin, nə yan keçdin,
Bir külüngə bütöv dağı hədəf seçdin.
Dəmir yardın, zireh deşdin.
Nə Herkules, nə də Fərhad, sən adicə bir insandın.
Fəqət şərlə döyüşəndə Sən özünü yer-göy qədər güclü sandın.