"Bir dəfə kəndə qaynanamı görməyə gedirdik, yoldaşım dedi ki, bir sənəd var, yolüstü ona qol çəkdirim, verim şöbəyə gedək. Biz maşında oturduq, o düşüb lazım olan adamları çağırdı. Onlar da başladılar bir-birinin əbi-əjdadını söyməyə... Nəsə birtəhər imza atdırıb, maşına oturanda, biri qayıtdı ki, rəis, başaa dönüm, bə mən çəpəri havax çəkim? Yoldaşım ikrahla başını buladı, əsəbindən güclə bunu dedi ki, ə, o torpağınız alınsaydı, cəhənnəm olub gedərdiniz, canımız qurtarardı sizdən! Kişi hırıldaya-hırıldaya qayıtdı ki, dərdin alım, a rəis, hara gedirik, gəlif burda hamam görmüşük ey, qağa... Sonra bildim ku, bunlar iki qardaşdı, oranı zəbt eləyib ev tikiblər, indi bir qarış torpağın üstündə qırırlar bir-birini. Biri deyir, mən burdan götürmüşəm, çəpəri burdan çəkirəm, o biri deyir yox, bu bir qarış mənimdi, mən çəpəri burdan çəkirəm. Kəlbəcərlidilər. Bir qarış torpaq üstündə bir-birinə düşmən kəsilən doğmaca qardaşlar, o boyda yurdu-yuvanı necə olub ki, halalca düşmənə verib, qaçıblar?! Ha fikirləşirəm, bir yerə çıxara bilmirəm..." (Zeynəb Cəfərli)Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
12.01.2018
"Bir dəfə kəndə qaynanamı görməyə gedirdik, yoldaşım dedi ki, bir sənəd var, yolüstü ona qol çəkdirim, verim şöbəyə gedək. Biz maşında oturduq, o düşüb lazım olan adamları çağırdı. Onlar da başladılar bir-birinin əbi-əjdadını söyməyə... Nəsə birtəhər imza atdırıb, maşına oturanda, biri qayıtdı ki, rəis, başaa dönüm, bə mən çəpəri havax çəkim? Yoldaşım ikrahla başını buladı, əsəbindən güclə bunu dedi ki, ə, o torpağınız alınsaydı, cəhənnəm olub gedərdiniz, canımız qurtarardı sizdən! Kişi hırıldaya-hırıldaya qayıtdı ki, dərdin alım, a rəis, hara gedirik, gəlif burda hamam görmüşük ey, qağa... Sonra bildim ku, bunlar iki qardaşdı, oranı zəbt eləyib ev tikiblər, indi bir qarış torpağın üstündə qırırlar bir-birini. Biri deyir, mən burdan götürmüşəm, çəpəri burdan çəkirəm, o biri deyir yox, bu bir qarış mənimdi, mən çəpəri burdan çəkirəm. Kəlbəcərlidilər. Bir qarış torpaq üstündə bir-birinə düşmən kəsilən doğmaca qardaşlar, o boyda yurdu-yuvanı necə olub ki, halalca düşmənə verib, qaçıblar?! Ha fikirləşirəm, bir yerə çıxara bilmirəm..." (Zeynəb Cəfərli)
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий