16.01.2018

İngilis dili kursuna gedənlərin danışığını beynəlxalq görüşlərdə əsl ingilislər başa düşmürlər

Birləşmiş Krallıqda (BK) mənzillənən kommunikasiya bacarıqları və mədəniyyətlər arası məşqçi Chia Suan Chong bildirir ki, ana dili ingilis dili olanlar müasir cəmiyyətdə ünsiyyət zamanı bir sıra anlaşılmazlıqla üzləşirlər. Belə ki, onlar ikinci və ya üçüncü dili ingilis dili olan şəxslər üçün anlaşıqlı tərzdə danışmırlar. Chong deyir: "İngilislərin bir çoxu ingilis dilinin dünya dilinə çevrilməsindən şaddırlar. Onlar düşünürlər ki, başqa dil öyrənməyə vaxt sərf etmək kimi ehtiyacları yoxdur. Amma... dünyanın müxtəlif yerlərindən olan və ingilis dili vasitəsilə əlaqə quran insanların toplaşdığı bir iclas otağına anidən gələn amerikalı və ya britaniyalının danışığını çox vaxt heç kim başa düşmür". Ana dili ingilis dili olmayanlar sən demə, daha məqsədli və ehtiyatlı danışırlar. İkinci və ya üçüncü dili ingilis dili olanlar üçün bu, tipik haldır. İngilislər isə adətən sürətli danışır, öz mədəniyyətlərinə xas zarafatlar, atmacalar və istinadlardan istifadə edirlər. Bundan başqa, onlar e-maillərdə "ofisdə deyiləm" əvəzinə OOO (ingiliscə: out of office) kimi abreviaturalar işə salırlar. Chongun fikrincə, ingilisdilli beynəlxalq görüşlərdə "ana dili ingilis dili olan şəxs... başqalarına uyğun danışmayan və ya digərləri ilə ayaqlaşmağı bacarmayan yeganə insan olur".

    İngilis dili kurslarında öyrədilən dil əsl ingilis dilindən fərqlidir!

Комментариев нет:

Отправить комментарий