04.07.2018

“Alov Qüllələri”ndə erməni təxribatı

Son iki gündə Azərbaycanda elektrik enerjisinin verilməsində ciddi problemlər yaranıb. rubrika.az yenicag.az-a istinadən xəbər verir ki, paytaxt Bakıda işıqların sönməsinə baxmayaraq, generator sayəsində “Alov qüllələri”ndə bu problem yaşanmır.
Bu məqamda xoşagəlməz mənzərə yaranıb. Belə ki, “Alov qüllələri” erməni bayrağının çalarlarını özündə əks etdirib. Bu isə yolverilməz haldır. Bunun təxribat olub-olmadığını aidiyyatı qurumlar müəyyənləşdirməlidir.
Nəzərə alaq ki, bu günlərdə paytaxtımıza saysız-hesabsız turist axını davam edir. Onların arasında şəkil, video çəkərkən məhz arxa fonda “Alov qüllələri”nin düşməsini istəyənlər də var.

Комментариев нет:

Отправить комментарий