06.07.2018

Rafiq Cəlilov:
-Boş vaxtlarımda əhaliyə taksi xidməti göstərirəm. Binəqədi rayonunda yerləşən "Yerazlar qəbiristanlığı"na müştəri aparmışdım, yol boyu yaxşı pul qazanmalarından, yaxınları üçün 7-10 minlik başdaşı qoymalarından, digər "yeraz" qohumlarının (sitat onlara məxsusdur) tutduqları yüksək postlardan, istənilən insanı əzmək, yox etmək iqtidarında olmalarından dövlət dilində xeyli danışdılar. Qəbiristanlıqdan qayıdanda çevirdilər kürd dilinə, təqribən belə başa düşdüm ki, biri mənə 12 manat vermək istəyir, o birisi isə 10 manatın kifayət edəcəyini bildirdi. Axırda dözməyib soruşdum ki, "siz dəqiq yerazsız?", qayıtdılar ki, "xalisindən"... Belə başa düşdüm ki, "xalis yerazlar" gizli söhbətləri kürd dilində aparırlar. P.S.: O qəbiristanlıq 1992-ci ildə salınıb və orada uyanların 95 faizindən çoxu qərbi azərbaycanlılardır, qəbiristanlığın mollası, mühafizəçisi və baş daşı sexini işlədənlər də həmin bölgədəndirlər.

Комментариев нет:

Отправить комментарий