26.04.2020

Niyə təkcə Çernobıldan danışırlar?

Ramil Həsənov

Dünyada çoxlu sayda atom-nüvə qəzaları baş vermişdir.
Məsələn:
1) 12 dekabr 1952 - NRX stansiyası, Kanada;
2) 10 oktyabr 1957 - WİNDSCALE, İngiltərə;
3) 3 yanvar 1961 - NPP SL-1, ABŞ;
4) 21 yanvar 1969 - NPP Lucens, İsveçrə;
5) 28 mart 1979 - THREE MİLE ISLAND NPP, ABŞ;
6) 16 iyul 1985 - KASHİWAZAKİ-KARİWA NPP, Yaponiya;
7) 11 mart 2011 - FUKUSHİMA-1 NPP, Yaponiya.
Və s. və s...
Bu baş verən hadisələrdə ciddi fəsadlar oldu. Ölümlər, yaralananlar, şüalananlar və dozadan sonralar ölənlər, şikəst olanlar oldu.
Bu hadisələrdə də radiasiya ətrafa yayıldı, çaylara töküləni də oldu, atmosferə qarışanı da, torpağa çökəni də.
Bu hadisələrdə də çoxlu dezinformasiyalar, gecikdirilmiş xəbərlər oldu. Eyni zamanda həmin ərazilərdə hal-hazırda da izolyasiya var, bəziləri isə illərlə qapalı zona elan edildi.
Maraqlıdır ki, niyə bütün dünya hələ də ancaq 26 aprel 1986-cı ildə baş verən Çernobıl qəzasından danışır, bu məsələni hər zaman gündəmdə saxlayır?
Niyə? SSRİ-də baş vermişdi ona görə? Yoxsa o stansiya Leninin adına idi?
Niyə HBO kimi kanallar digər katastrofalardan seriallar çəkmir?
Bu qeyd etdiklərim hələ rəsmi formada qəbul edildiyi kimi qəza nəticəsində baş verənlər idi. Dünyada nüvə-atom bombasını bilə-bilə qəsdən 2 sivil şəhərə atan ABŞ-ı niyə dünya gündəmdə saxlamır? Bəşəriyyət üçün bundan böyük başqa nə qədər qara ləkə və faciə var?
Çernobıl tam olaraq niyə baş verdi bilinməsə də, bilinən odur ki, bu hadisə SSRİ-ni yıxmağı hədəfləyən ən böyük barmaqla sayılası propaqandalardan birinə çevrildi. Və hələ də SSRİ olmasa belə, davam etdirilir.
Azad media, dünya KİV-i deyilən anlayış belə fəaliyyət göstərir dünyada.

Комментариев нет:

Отправить комментарий