19.04.2020

Putindən SSRİ-nin dirçəlişi ilə bağlı şok bəyanat

Putin: MDB-də birləşmənin faydalı olduğunu anlayırlar

“SSRİ-nin dirçəldilməsi qorxusu postsovet məkanında tədricən aradan qaldırılır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Rossiya1” telekanalına verdiyi müsahibədə deyib.
“Bu barədə açıq danışmaq lazımdır: Keçmişin hansısa fobiyasının, SSRİ-nin, sovet imperiyasının dirçəlməsi ilə bağlı qorxunun aradan qalxması onu göstərir ki, səylərin birləşdirilməsinin hamının xeyrinə olduğunu anlayıblar. Birləşmənin özünə yol açacağı qaçılmazdır”- deyə Putin Avrasiya İqtisadi İttifaqının perspektivləri barədə danışarkən bildirib.        
O qeyd edib ki, postsovet məkanındakı inteqrasiya prosesinin bütün iştirakçıları bu üstünlüyü hiss edirlər. Hər yerdə ölkələr güclərini birləşdirərək rəqabət qabiliyyətlərini artırmağa çalışırlar.

Комментариев нет:

Отправить комментарий