Страницы

30.04.2022

Gizlədilmiş tarix: Şeyx Şamilin gəliri Azərbaycan ellərini çapıb talamaqdan çıxırdı

Şeyx Şamil adlı avar qulduru Azərbaycan ellərinə qan uddurmaqla məşğul olmuşdur. Onun əsas gəliri Azərbaycanın şimalındakı ləzgi ellərini çapıb talamaqdan çıxırdı. İndi müqəddəs müharibə adı qoyulmuş dırnaqarası döyüş əməliyyatlarının əsasını Borçalıya talançılıq yürüşləri təşkil edirdi. Şamilin çağırışı ilə dağlardakı çeçen və avar qaçaq-quldurları bir araya gəlir, dağların düzənliyə keçdiyi yerlərdən əlverişli bildikləri bir sahədə toplaşaraq ləzgi ellərinə hücum çəkirdilər. Onlar əvvəlcə yolun üstündəki kazak postlarına basqın edirdilər, burdakı əsgərləri qırıb çatırdılar. Yolu açdıqdan sonra Şamilin dəstələri Alazan vadisinə girirdilər, burdakı elləri qorxusuz-hürküsüz tar-mar edirdilər. Onlar ləzgi və gürcü kəndlərini darmadağın edərək əllərinə keçəni daşıyıb aparırdılar. Kəndlərə od vurur, mal-qaranı qabaqlarına qatıb aparır, sonradan pula dəyişmək üçün əsir qızlar və uşaqlar götürürdülər. Dağlılar tarix boyu Tuşetiya, Kaxetiya və Car-Balakən vilayətlərinin kəndlərini çapıb talamaqla, mal-qaralarını qovub aparmaqla, adamlarını girov götürməklə dolanmışlar və ruslar onlara bu işdə mane olurdular. Şamilin başına yığdığı quldurlar özlərindən sonra dağılmış kəndlər, yanmış evlər, ahu-nalə çəkən insanlar saxlayırdılar. Şamil ordusunu gücləndirəndən sonra o bu cür çapqınçılıq yürüşlərdən osetin və kabardin ellərinə də etməyə başladı, onların da qara günləri başlandı. Şamilin dırnaqarası imaməti gücləndikcə belə qısamüddətli yürüşlər, ildırımsürətli əməliyyatlar bütün Qafqazı fəlakətlə üz-üzə qoydu.
Şamilin bandası 1852-ci ildə Gəncə yaxınlığında poçtu qarət etmişdi ki, fəaliyyətdə olduqları dövrdə ən böyük gəlirlərini – 15 min 230 rubl gümüş pulu da məhz burdan aparmışdılar.
Lakin ruslar tədricən hərtərəfli tədbirlər görməyə başladılar, Ləzgi liniyasının bütün-giriş çıxışlarını bağladılar, nəzarət qoydular. 1854-cü ildə Ləzgi torpağına talan məqsədilə soxulan 100 mühacirdən cəmi 1-i sağ geri qayıtdı- bundan sonra şamilçilər bir də Ləzgi torpağına girməyə cəsarət etmədilər. Rusların sayəsində Car-Balakən, Şirvan, Şəki və Azərbaycanın digər şimal elləri rahat nəfəs aldılar.
Belə olan halda şamilçilər öz doğma avar ellərini soymağa girişdilər.

27.04.2022

Gizlədilmiş tarix: Şamilin ordusu
kimlərdən ibarət idi

Müasirləri bildirirlər ki, Şamilin başına yığdığı müridlərində bir-birlərinə paxıllıq vardı, onlar bir-birlərinə böhtan ataraq şərləyir, əllərinə keçən qənimətdən acgözlüklə yapışır, görməmişcəsinə bölüşərkən bir-birləri ilə davaya çıxırdılar. Şamil öz qoşununda nizam-intizamı saxlamaq üçün qanunlar qoysa da, bu qanunlara baxan yox idi. Onun silahdaşları və naibləri əhaliyə zülm verərək incidirdilər. Onun indi tərifləri göylərə qaldırılmış müridləri reallıqda haqq-ədalətdən çox uzaq adamlar idilər, əllərinin altına düşən ərazilərdə əhalinin maddi vəziyyəti onları qətiyyən düşündürmürdü, yalnız öz qarınlarını və ciblərini fikirləşirdilər. Onların əsas məqsədi cihad yox, xalqın hesabına varlanmaq idi. Şamilin mirzəsi işləmiş Hacı Əlinin qeyd etdiyi kimi, rusların müdaxiləsi olmasaydı da Şamilin adamlarının xalqa qarşı zülmləri, ədalətsizlikləri və tamahkarlıqları əvvəl-axır onun yaratdığı dırnaqarası dövləti çökdürəcəkdi. Hacı Əli onun ierarxiyasında olan iyrəncliklər barədə belə yazır: “Mən Şamilin yaxınlarının və müşavirlərinin qəlbində yalnız paxıllıq gördüm, bir-birinə şər gördüm, hər nə yolla olursa olsun var-dövlət ələ keçirməkdə acgözlük gördüm. İşlərlə yaxından tanış olandan sonra əmin oldum ki, Şamilin hakimiyyəti davamlı deyil, müvəqqətidir, məhv olmağa labüddür. Çünki Şamilin silahdaşları və naibləri xalqa zülm verirdilər, haqq-ədalət və onlara tapşırılmış camaatın dolanışığı heç veclərinə də deyildi. Onlar yalnız özlərini fikirləşirdilər, xalqın hesabına varlanmağa can atırdılar və nahaqdan müsəlmanların qanını tökürdülər. Onların ədalətsizliyi, tamahkarlığı və xalqa qarşı zülmü ifrat həddə çatmışdı”.

26.04.2022

Urus omedə?!
Lerik rayonunun Lərmərud kəndində iliyinə qədər kommunist olan bir kişi yaşayırdı. Sabir kişi. 2016-cı ildə vəfat etdi. Çox xeyirxah, bir az əsəbi və qeyri-adi adam idi. 84 yaşında dünyasını dəyişdi. Şir biləkli kişi idi. Kəndə gələnlərə ilk sualı bu olardı: Urus omedə?! Yəni Rus gəlir?!
Bu həmin məşhur Sabir mamudur. Videosu var, deyir Azərbaycan neftini Rusiya çıxarıb, işıq Rusiyanın olub, dəmiryolunu bizə Rusiya çəkib, əsl pul Rusiyanın pulu idi, o vaxt ucuzçuluq idi, 40 manata Moskvaya gedərdin və s. Uzun müddət mantyor işləyib. Əsgərlikdə belə mantyor olub. Omskda, Sverdlovskda, Çelyabinskda elektrikləşmədə fəal iştirak edib. Çox əqidəli və təmiz kişi idi. Sağlığında özünə baş daşı düzəltdirmişdi. (Mahir Əliyev)
Leonid Savin Ərbəin yürüşündə:
“Şiələr ədalətə can atırlar və zülmə qarşı mübarizə aparırlar”.

 Aleksandr Duqin:

“Şiələr islam dünyasında amerikan imperializminə sinə gərəcəklər”.

24.04.2022


Nadir Qocabəyli:

20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Girenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi... Siz də itkilər daha çox olsun deyə "güllələr xolostoy olacaq" şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr "xolostoy" olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb, canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu, birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy.

Siz Amerikanın şantaj müxalifətisiniz!


Əli Kərimli yazdığı statusda Rusiya Kommunist Partiyasının Dövlət Dumasına SSRİ bayrağının bərpası ilə bağlı verdiyi təklifdən bərk narahat olub. Vətənpərvərlik qanı coşaraq, dərhal 20 Yanvarı və Xocalını xatırlayıb. Bununla da ürəyi soyumayb və RFKP-ni Putinin "cib müxalifəti" adlandırıb, İlham Əliyevi Qarabağa sülhməramlıları gətirməkdə ittiham edib, Ukrayna haqqında həmişəki cəfəngiyyatları təkrarlayıb. Nə isə, kim maraqlansa, oxuyar. Mənsə sadəcə ona yazdığım cavabı burda təkrar paylaşıram ki, birdən silər...
20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Girenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi...
Siz də itkilər daha çox olsun deyə "güllələr xolostoy olacaq" şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr "xolostoy" olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb, canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu, birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy.
İkincisi, siz özünüz bəs kimin "cib müxalifətisiniz"? Elə bilirsiniz, hər gün İlham Əliyevi ittiham etməklə izləri itirə bilirsiniz? Xeyr! Artıq insanlar ayılıb. Siz Amerikanın şantaj müxalifətisiniz. Siz Qərb dairələrinə donos ötürməklə onların ölkəmizdən aldığı xəracların faizləri ilə yaşayırsınız. Əgər arxanızda amerikanlar dayanmasa, İlham Əliyevin adını belə çəkə bilməzsiniz. Sizin bu "cəsarətiniz" icazəlidir, tapşırıqladır. Sizin ilk baxışda guya xalqın maraqlarını müdafiə edən müxalifliyiniz "cib müxalifəti" adlandırdıqlarınızın fəaliyyətindən daha saxta və daha ziyanlıdır. Onlar heç olmasa yerli hökümətə işləyir, onunla əməkdaşlıq edir, onu qoruyurlar. Sizsə xaricilərə arxalanaraq, höküməti şantaj edir, faiz alırsınız. Bu yolda təcrübəsiz, günahsız, avam adamları güdaza verir, tutdurur, bunun üzərində şou düzəldirsiniz...

Nadir Qocabəyli
Mütəmadi oturaq antirus təbliğatı aparan liberoidləri bir daha Rusiya Səhiyyə və Fövqəladə nazirlikləri adından xəbərdarlıq edirik ki, belə fəaliyyət gələcəkdə sizin arxa oturacağınız üçün ağır fəsadlar yaradacaq.


İndidən vazelin tədarükü görün!

18.04.2022


Dəccalın ordusuna qarşı Apokalipsis döyüşünə hazır ol!

Avrasiya Hərəkatına üzv ol – qalib gəl!

Qələbə bizimlədir!

Avrasiya Hərəkatı Azərbaycan təşkilatına üzv olmaq istəyənlər
bura müraciət etsinlər:

Facebook:
Avrasiya Hərəkatı

Ok.ru:
Avrasiya Hərəkatı

17.04.2022

"Qurdlar vadisi"ndəki bozqurdlar NATO-nun əmrində

Nəzakət Məmmədova

Qladio adı Azərbaycan oxucusuna "Kurtlar vadisi" filmindən sonra tanış gəlməyə başladı. Filmdəki bir çox hadisələr bəlkə də bir xəyal ürünü olsa da, Qladio gerçəyi böyük bir həqiqətdir. Suriyadakı Rusiya təyyarəsi vurulduqdan sonra məsuliyyəti öz üzərinə "Boz qurd" təşkilatı götürdü. Rusiya hesab edir ki, "Boz qurd"un yaranması Üçüncü Reyxin SS təşkilatı ilə bağlıdır, sonradan isə ABŞ kəşfiyyat orqanları ilə əlaqədə çalışmağa davam edib. Rusiya tərəfi hesab edir ki, Türkiyə Milli İstihbarat Təşkilatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə Soyuq müharibə dövründə çox yaxın əlaqədə fəaliyyət göstərib. "Boz qurd" təşkilatı isə Qladionun gizli bir qolu olub. Heç təsadüfi deyil ki, Ərdoğan təyyarənin vurulması ilə bağlı bəyan etmişdi ki, Türkiyə ordusunda ona tabe olmayan güclər var. O FETO-nu bu məsələdə ittiham etmişdi. İstər FETO, istərsə Rusiyanın iddia etdiyi kimi bozqurdlar olsun, Moskva bunu ABŞ və NATO kəşfiyyatının iki ölkənin arasını vurmaq üçün xüsusi əməliyyatı hesab edir.
Hesab edilir ki, Boz qurdlar Qladionun Türkiyə uzantısıdır. Rusiya mənbələri Alparslan Türkeşin ABŞ-ın təlimatı əsasında "Boz qurd" təşkilatı yaratdığını iddia edirlər. 1960-cı ilin may ayındakı dövlət çevrilişinin Boz qurdlar tərəfindən həyata keçirildiyi də iddialar arasındadır. Qladionun Türkiyədə 1960-cı il 27 martdan başlayaraq sonradan həyata keçirdiyi üç dövlət çevrilişi onların uğurlu əməliyyatları hesab olunur. Menderesin həbsinin və edam olunması əmrinin Qladio tərəfindən verildiyi iddia olunur.
Ərdoğanın bu təşkilatı sevmədiyi məlumdur. Türkiyə dövlət başçısının öz çıxışlarında tez-tez Menderesi sayğı ilə xatırlaması onun millətçi təşkilatlara, ABŞ-a, NATO-ya olan qəzəbi ilə vəhdət təşkil edir. Ağ Evin Menderesin asılmasına sakit yanaşması şübhə doğurur və güman edilir ki, Vaşinqton çevrilişin Türkiyənin NATO üzvlüyünə xələl gətirməyəcəyini əvvəldən razılaşdırmışdı. Üstəlik, Menderesin SSRİ-yə səfəri ərəfəsində edam edilməsi bunu təsdiq edir.
ABŞ Türkiyədə 1960-cı il çevrilişini əvvəlcədən bilirdi, Vaşinqtonun Ankaradakı səfirliyinə hələ 1957-ci ildə bu barədə məlumatların ötürüldüyü qeyd edilir. Mendereslə birgə 449 yüksək mövqeli siyasi xadim də həbs edildi və edam edildi. Qladio həmin dövrdə və ondan sonra bütün dünyada öz fəaliyyətini genişləndirmişdi. Bu təşkilat 40 ildən artıqdır ki, NATO tərəfindən yaradılıb və Türkiyədən başqa digər NATO üzvü olan və olmayan ölkələrin ərazisində gizli şəbəkə formasında fəaliyyət göstərir.
Qladio tam məxfi şəkildə fəaliyyət göstərib və onun haqda məlumatlar yalnız 90-cı illərdə gün işığına çıxıb. Buna əsas səbəb 1972-ci ildə İtaliyada törədilmiş terror aktı olmuşdu, hansı ki cəmiyyət onun solçu "Qırmızı briqada" tərəfindən törədildiyinə inandırılmışdı. Əslində isə gənc italiyalı hakim işdə çoxlu müəmmalı halların olduğundan şübhələnib 1984-cü ildə hadisə ilə bağlı təkrar araşdırma aparmağa başladıqdan sonra onun kommunistlər tərəfindən deyil, ultrasağ "Yeni qayda" təşkilatı tərəfindən planlaşdırılıb həyata keçməsini sübut etmişdi. Gənc hakim Kasson müəyyən etmişdi ki, işdə ekspert kimi iştirak edən Morin "Yeni qayda" faşist təşkilatının gizli üzvüdür və qəsdən yalançı ekspertiza rəyi verərək teraktda istifadə olunmuş partlayıcı maddənin "Qırmızı briqada"nın əvvəllər bu kimi hallarda istifadə etdiyi maddə ilə eyni olmasını yalandan əsaslandırıb. Vicdanlı hakim Kasson sübut edə bildi ki, Peteanodakı partlayışdakı maddə həmin dövrün ən güclü partlayıcısı olan C-4 olub və yalnız NATO arsenalında mövcud ola bilərdi. 1972-ci ildə Triyest yaxınlığındakı saxlancda həmin maddələrin eynisinin tapılması bu işin uzantısının NATO və onun Qladio adlanan təşkilatına qədər gedib çıxmasını göstərirdi. Burda "Yeni qayda"nın Müdafiə nazirliyinin SID adlı İtaliya hərbi kəşfiyyatının məxfi strukturu ilə gizli işbirliyi də ortaya çıxdı. 90-cı illərdə gənc hakim İtaliya baş naziri Andreottidən icazə alaraq İtaliya məxfi hərbi xidməti olan SİSMİ-nin arxivlərində işləməyə başladı və həqiqətən də Qladionun mövcudluğunu, onun NATO ilə əlaqlərini aşkara çıxardı. Baş nazir Andreotti 1990-cı ilin avqustunda parlamentdə Qladionun mövcudluğunu etiraf etdi, lakin onun fəaliyyətinin 1972-ci ildə başa çatdığını bəyan etdi. Daha sonralar isə Qladionun fəaliyyət göstərdiyini qeyd etmişdi. Bu məsələyə ictimaiyyətin diqqətindən sonra başlanan araşdırmalardan İkinci dünya müharibəsindən sonra məlum oldu ki, İtaliyada meydana çıxan təşkilat sonradan beynəlxalq gizli şəbəkəyə çevrilib və ən azından 14 Avropa ölkəsində hətta onların rəsmi hakimiyyətlərindən belə gizli şəkildə fəaliyyət göstərib.
Qladionin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və İngiltərənin MI-6 təşkilatının nəzarəti altında işlədiyi ehtimal olunur. Qladionun mövcudluğu barədə məlumatlar ortaya çıxan kimi Avropa Birliyi üzv ölkələrin onu araşdırması barədə qətnamə qəbul etsə də, əksər ölkələr bundan imtina etdi.
Təşkilatın bir çox məqsədləri var ki, onların sırasında yad bayraq altında - solçu hərəkatlar adından terror aktları, qarışıqlıq yaratmaq və s. Avropa əhalisi arasında qorxu, təşviş yaratmaqla onların təhlükəsizlikləri naminə öz demokratik hüquq və azadlıqlarından könüllü imtina etməyə məcbur etmək, eyni zamanda solçu cərəyanlara nifrət yaratmaq da Qladionun məqsədlərindəndir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin silahla təchiz etdiyi Qladionun kilsələrdə, qəbirstanlıqlarda və s. yerlərdə öz silah-sursatını gizlətdiyi məlum oldu. İtaliyanın o vaxtkı baş naziri Andreotti Qladionun ölkə daxilində terrorla məşğul olduğunu təkzib etsə də, 2000-ci illərdə parlament komissiyası araşdırması bunun əksini sübut etdi. Onun təhqiqatıının nəticəsində deyilirdi: bu partlayışlar, əməliyyatlar amerikan kəşfiyyat strukturları ilə bağlı olan İtaliyanın dövlət orqanlarının dəstəyi ilə həyata keçirilib.
ABŞ-ın İraqa hücumu ilə başlayan Körfəz müharibəsi İtaliyadakı Qladio qalmaqalını bir müddət arxa plana atdı. Lakin elə həmin dövrdə Yunanıstan baş naziri Papandreu da ölkəsində Qladionun mövcudluğu barədə bəyanat verdi. Artıq bütün Avropa üzərində Qladio kabusu dolaşmağa başladı. Almaniya əhalisi keçmiş SS üzvünün ölkədəki Qladio şəbəkəsinin üzvü olmasından şoka düşdü. Belçikanın xüsusi parlament komissiyasının araşdırması bu ölkədə də Qladionun fəaliyyətini təsdiqlədi. 1990-cı ilin oktyabrında elə həmin Brüsseldə Qlgadionun Avropanın müxtəlif ölkələrindəki şəbəkələrinin generalları ilə gizli toplantısının keçirildiyi məlum oldu. Toplantıya Belçikanın SGR məxfi hərbi xidmətinin rəhbəri general Raymond van Kalsterin başçılıq etdiyi məlum oldu. Baxmayaraq ki Fransanın o dövrkü prezidenti Mitteran Qladionun çoxdan buraxıldığını iddia edirdi, Belçika toplantısında onun təmsilçisinin də iştirak etdiyi bildirildi. Almaniya Parlamenti araşdırdı ki, Avropadakı gizli orduların koordinasiyası NATO-nun Kastadakı məxfi qərargahından idarə olunub. Oraya giriş qapısı bank seyfinə oxşayır və dövriyyədə olan sənədlər "ancaq amerikalılar üçün" qrifi ilə çap olunur. İfşa olunan faktlardan məlum oldu ki, Qladio ordularına məsul olan NATO-nun gizli planlaşdlrma komitəsi var və o sağ ekstremist qrupları təqibdən qoruyub. Komitə ABŞ, Fransa, İngiltərə tərəfindən idarə olunub, onun iclaslarında Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri iştirak ediblər. Belçika, Hollandiya, Fransa, İspaniya, Türkiyə və başqa ölkələrin gizli ordusunun olduğu məlum oldu.

correct.az

16.04.2022

Söyün rusu nəyi var söyün!


Oktay Rəhimov

Sosializm vaxtında ortalama aşağı maaş 150 manat idi. Sumqayıtda və Bakıda planlı işçilər zavodlarda 450 manat maaş alırdılar. Sovet vaxtı kimsə evdə oturub həftədə bir dəfə kolxoza işə gedibsə - hələ aşağısı 80 manat alırdı. Sovet Azərbaycanındakı 150 manat kapitalist Azərbaycanındakı bəlkə də 3000 manatdan da yuxarıdır. Siz bilmirsinizsə, heç olmasa yaşlı yaxın qohumlarınızdan soruşun, deyərlər.   
Niyə 150 manat indiki 3 mindən qeyrətli idi? Yazım baxın.
1.Pulsuz səhiyyə və təhsil. İndi bilirsiz hər il nə qədər insan pulu olmadığına görə xəstəliyə tibbi müdaxilə etdirə bilmir və vaxtsız ölür? Bilirsiz belə nə qədər insanımız var? On minlərlə. Əməliyyat xərcləri 500-20 000 manat, dava-dərmanlar baha, həkim qəbulu və müayinələr od qiymətinə. 500-600 manat alan camaat necə sağlam yaşaya bilər? Sovet vaxtı bunlar pulsuz idi.  İndi ilbəil dövlət ali məktəblərində pulsuz təhsilə ayrılan yerlər azalır. Nə qədər tələbələr təhsil ödənişi verə bilmir və təhsilə əlvida deyir. Ali məktəblərdə təhsil haqqı 2 500 manatdan yuxarıdır. İndi 500-600 manat alan ailə başçısı uşağı necə oxuda bilər?
2.Pulsuz mənzil və torpaqlar. Qağa, indi milətin “kvartirant” evdə doğulur və valideyinlərini də elə kvartirant evdən yola salır. İndi 500-600 manat maaşla 70 000 manatdan yuxarı evlər ala bilərsiz? Sovet hökuməti pulsuz verirdi. Rayon və kənd yerlərində pulsuz torpaq və evin tikilməsinə köməklik onunurdu. Novxanı, Mərdəkan, Şüvəlan və digər yerlərdə pulsuz 6 sot torpaq verirdi. İndi həmin yerlərdə torpağın sotu ortalama 10 000 manatdır.
3.Pulsuz uşaq baxçaları, pioner evləri, pioner düşərgələri. İndi bunlar qaldı nağıllarda.
4.Pulsuz sanatoriyalar. İndi camaatın Biləcəridən o tərəfə çıxa bilmir.
5.Pulsuz tələbə və işçi yataqxanaları. İndi tələbənin 5-6 il il oxuduğu müddətdə kirayə pulunu Sovet dövləti vətəndaşın cibində saxlayırdı. İndi evi olmayan gedir kirayədə qalır və işləyir, amma Sovet dövründə gedib ümumi və ya ailəvi yataqxanada qalırdı, bu pullar da qalırdı vətəndaşın cibinə.
6.Həftədə 40 saat olmaqla ildə bir dəfə hamı üçün məzuniyyət və çox yerlərdə 13-14 maaş olmaqla dövlət müəssisələrində (hansısa boynuyoğun istismarçı bəy-burjuyun əlinin altıda yox!) daim olmaqla iş. O vaxt adi fəhlədən müəssisə rəhbərinə qədər yüksəlmə şansı var idi. İndi 10-12 saat işləyirsən, ancaq bəy-burjuy və banklar üçün - hələ o da çatsa.
7.Ucuz kommunal xidmətlər. İndi normal kasıbyanə evə ortalama 100-20 manat kommunal xidmətlər gədir.
8.Şəhər nəqliyyatında yaşlılar və məktəblilər pulsuz gedişhaqqı, şəhərlərarası istəlinən növ nəqliyyat yarımbilet. Daimi deyilən kartlar var idi. Ona azca pul ödəyirdin və ay ərzində nə qədər istəyirdin şəhər nəqliyyatından pulsuz istifadə edirdin. 
9.Ucuz və keyfiyyətli istehlak malları. 10 manatla girirdin bazara, ürəyin istədiyini müəyyən miqdarda alıb gedirdin. İndi 100 manatla girirsən bazara, yox olub gedir. 
10.Haramçılıq edənlərə (dövlət malını oğurlayanlara, rüşvət alanlara, vəzifələrindən sui-istifadə edərək haram sərvət yığanlara) qarşı kəskin mübarizənin aparılması. 
11.Hər yanda yaxşılığın, mərhəmətin, insanlığın, qocalara hörmətin, uşaqlara diqqətin tərənnüm olunması.
12.Milli mədəniyyətimizin, elmimizin, milliliyimizin daha da yaxşılığa doğru inkişaf etdirilməsi. Siz elə Sovet Azərbaycanı vaxtı çəkilmiş filmlərə, tamaşalara, tele-radio verlişlərinə baxın. Bütün o vaxtın filmlərindən azəri dadı gəlir, azəri millisi görsənir, tarixi-siyasi filmlərdə dini epizodlar var. Bəs indi kapitalizm Azərbaycanında? Pulumuz da var, elmi-texniki tərəqqi də o dövrə nisbətən çox inkişaf edib və ən əsası da mütəqilik (Sovet dövrü məgər qul idik? Quldan da betər indi kapitalizm quruluşundayıq).  
13.İşçi və ziyalı sinfinin sözü ilk eşidilirdi, halal zəhmətə qiymət verilirdi, hər kəsə bərabər hüquqlu iş şəraiti yaradıb, hər kəsi də əmiyinə, qabiliyyətinə görə qiymətləndirirdilər.
Bu siyahını uzatmaq olar.
İndi siz Sovet hökumətinin xalqına 60-70 il ərzində verdiyini bu günkü qiymətlərlə hesablayın və bölün 60-70 il ərzindəki aylara, sonra da o dövr və indiki dövrdəki real ortalama maaşları fərqləndirin.
Yazırsız ki, camaatı tarlalarda işlədirdilər. Əlbəttə bir dövlət ki insanlığa bu qədər yüksək qiymət verirdisə, biz də o məhsulları məhv olmağa qoymamalıydıq, çünki o məhsullar pula çevrilib bizim yaxşı yaşamağımıza xərclənirdi. O vaxt sabahkı günə ümidlə, inamla, ilhamla, yaşayırdıq, amma indi sabahkı günə ümid yoxdu, çünki bilirsən ki, sabah bu gündəkindən pis olacaq.
Kapitalizmdə camaatınız kasıbçılıqdan qan qusur. Varlılar getdikcə kasıbların daha da kasıblaşması hesabına daha da varlanırlar. İndi kapitalizmdir. Adından məlum olduğu kimi pulun varsa bəy kimi yaşa, yoxdursa it kimi gəbər öl. Yaxşı yaşamaq üçün digərinin əlindəkini al daha da varlan, cəhənnəm olsun o əlindən aldığın. Budur kapitalizm.
Pribaltikanı və digər Avropa ölkələrini göstərirsiz. Avropanın barmaqla sayılan ölkələrin çıxmaqla qalanları “çumo” günündədirlər. Ölkədə yaşam tərzini ölçəndə o ölkənin vətəndaşlarının bir-birinə olan yaşayış nisbətini ölçmək lazımdır. Əlbəttə də deyək Norveç bizdən yaxşıdır, biz də Mozambikdən yaxşıyıq. Bu o deməkdir ki, bizdə vəziyyət yaxşıdır?
Qardaş türk xalqı neçə əsrlərin imperiyası olub, neçə on illlərdir kapitalizm quruluşudur, 20 ən böyük ölkədən biridir. Nə olsun ki? Qardaş türk xalqının yaşam tərzinə baxın. Biz onlardan şükürlüyük. Bizdə yenə Sovetin verdiyi evimiz var, çətinliyə düşəndə satıb yeyirik.
Adam düz olar, düz yazar. Tüpürələr belə kapitalizm quruluşuna ki, kasıbçılıqdan qan qusasan.
Təsəvvür elə ki, evdə uşağın xəstədir, uşağı aparırsan həkimə, deyir 10 000 manat lazımdı əməliyyat eləməyə və uşağını gətirirsən evə. Axşam qəsdən evə gec gəlirsən ki, bəlkə xəstə uşağı yata onun məsum baxışlarını görməyəsən. Amma uşaq yatmır və girən kimi baxır sifətinə ki, bəlkə atam pul gətirib, sabah həkimə getsin. İndi anlaya bilirsiz nə deməkdi bu? Sovet vaxtı belə şey var idi? Belə ailələr və ya buna bənzərlər bilirsiz nə qədərdir?!
Ona görə də tüpürələr belə kapitalist quruluşuna! İnsanlar ölüsünə qəbir evini gedib sələmə borca pul götürüb alır. Sovet vaxtı belə şeylər var idi?!
Boynuyoğun kapitalist məmurları qanmaq istəmirlər axı; 500 manat maaş alan və kirayədə qalan ailə başçısı 5 nəfərlik ailəni necə dolandırsın, necə kommunal xərcləri ödəsin, necə xeyir-şəri yola versin, necə xəstəsini müalicə və ya əməliyyat elətdirsin?
Kapitalizm quruluşu cındır istismarçı bəy-burjuyların, onların müdafiə edən boynuyoğun kapitalist məmurlarının və işçi sinfinin düşməni olan quruluşdur. Sosializm isə işçi və ziyalı sinfinin hökuməti bəy-burjuyun düşməni olan bir quruluşdur. İndi Norveç və İsveç az da olsa sosialyönlü qanunlar qəbul edirlər, halbuki onların indi xalqına verdiyinin 100 qatını SSRİ 50 il bundan qabaq vermişdi.
P.S.: Koreya höküməti yuxarıda yazılanları xalqına verir və bütün əhalinin ümumi yaşayış səviyyəsinə görə ABŞ-dan və çox ölkədən də yaxşı səviyyədədir.
P.P.S.: Yalançı təbliğata aldanmayın.
«Нравится, не нравится  — терпи, моя красавица».


De ki: “Kininizlə gəbərin”. Ali İmran surəsi, 119-cu ayə

10.04.2022

Natalya Makeeva: Ukrayna liberlizm və aqressiv qərbçilik kokteylində qarışmış nasizmlə viruslanıb


Rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktor müavini Natalya Makeevanın sözlərinə görə, Ukrayna ərazisi elə bir virusa yoluxmuşdur ki, bu virus Covid-19-dan təhlükəlidir: “Belə bir mənzərə yaranır: Ukraynada rus, macar və ya yunan yaşayır. Amma ona deyirlər: sən Ukraynada yaşayırsan, demək ukrainsən, demək sən ukrain dilində danışmalısan və ukrain dəyərlərini bölüşməlisən. Bax Bandera ilə Şuxeviç elə budur! Bu sənin xoşuna gəlir, ya gəlmir – sənin öz problemindir, bizə dəxli yoxdur! Dövlət bu yolu tutanda qaçılmaz şəkildə nasizmin bu və ya digər formasına gəlib çıxır. Bunun kəskin formaları da olur ki, razı olmayanları fiziki cəhətdən məhv etməyə başlayırlar”.
Politoloq bildirmişdir ki, Ukraynada 2014-cü ildən başlayaraq rus əhalisi insan yerinə qoyulmur: “Bilirsinizmi, istənilən müharibə heç də kitablarda və dərsliklərdə yazılan kimi deyildir. Hər müharibədə dəhşətli şeylər baş verə bilər. Snayperlər qocalar və uşaqlar da daxil dinc əhaliyə atəş açmaqla əylənəndə, artilleriya bilərəkdən yaşayış massivinə atəş açaraq “drayv” tutanda, antiterror əməliyyatı keçirmək adı ilə Rusiyaya simpatiyası olan dinc sakinləri qırmaq planlaşdırılanda - əsl dəhşət başlayır. Bax nasizmin ifrat forması da elə budur”.
Makeevanın fikrincə, Ukraynadan fərqli olaraq Rusiya əks fikir sərgiləyənlərə hörmətlə yanaşır: “Rusiyanın nəzarətində olan Melitopolda heç kəs Ukraynaya simpatiyası olanları sıxma-boğmaya salmır. Yeri gəlmişkən heç Moskvada da ABŞ-a simpatiyası olanlara təzyiq edilmir. Bunun sadə səbəbi var. Rusiya olan yerdə nizam-intizam, mehribanlıq, mərifətli yanaşma, qanun, stabillik, xalqların və etnosların öz rəngarəngliyinə, dillərinə və yaşam tərzlərinə hüquqları olur”.

09.04.2022

Akşin Sultanov:

"ABŞ-ın illər ərzində İraqı, Əfqanıstanı, Suriyanı işğal etməsi haqda bir söz belə deməyən adamların indi səs-küy etməsi qeyri-səmimidir. Daha dəqiq desək, onlar prinsipcə işğala qarşı deyillər. Baxır kim kimi işğal edir. ABŞ öz sərhədlərindən minlərlə, on minlərlə kilometr kənarda, uzaqda istədiyi ölkəyə uydurma bəhanə ilə hərbi müdaxilə edirsə, bu, onlar üçün normal bir hadisədir. Onlar – rusofob millətçilər və faşistlər. Bir də onların təsiri altında olanlar, onların təbliğatını həzm edən cahillər...
ABŞ bütün tarixi boyu beynəlxalq hüququ kobudcasına tapdalayıb. Elə Ukrayna ilə bağlı hadisələrdə də ABŞ beynəlxalq hüququ həmişə tapdalayıb. Bunu söz etməyən müsavatçı güruh Rusiyanın beynəlxalq sistemi pozmasından filandan səs-küy edir..."

"Azərlotoreya" xalqı talamaqda davam edir


Şəxsən rastlaşdığım dəhşətli mənzərələrdən biri...
"Azərlotoreya"nın əhaliyə kütləvi hücumu davam edir. Hər bir dayanacaq, hər bir metro çıxışı və ümumiyyətlə əhalinin sıxlığı olan ictimai yerlərdə "Azərlotoreya" açıq və nümayşkarcasına faktiki soyğunçuluq həyata keçirir.
Düşündürən isə odur ki, bu soyğunçuluğa reaksiya verməyə borclu olan dövlət qurumları, hüquq-mühafizə orqanı niyə əhalinin talanmasına göz yumur axı?
Bir ara səngimiş bu fırıldaqçılığa "Azərlotoreya" iki-üç şirnikləndirici uduş verməklə yeni nəfəs verib. Uşaq, böyük, qoca, cavan, qadın, kişi açıq şəkildə soyulur. İnsanlar bütün əmək haqlarını, pensiyalarını son qəpiyinə kimi uduzub ac yalavac qalır, ailələrdə sosial gərginlik yaşanır, məişət tarazlığı pozulur, ailələr dağılma səviyyəsinə çatdırılır. Məgər insanları, ailələri və qısası əhalini qorumaq dövlətimizin əsas vəzifəsi, borcu deyilmi?! Bəs onda dövlətimiz bu talançılığa niyə reaksiya vermir?

P.S. Hərçənd ki, insanlarımız özləri də günahkardır, necə deyərlər havayı pendir ancaq tələdə olar-bunu məgər bilməyən var?!

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas

“Əsgərlikdə çeçenlərə kim corab yumayıb ki? Mən yumuşam…” – Jirinovskidən seçmələr


Bəziləri onu məsxərəyə qoyub gülür, ona nifrət edir, bəziləri isə ona heyran qalırdı. Onun haqda çoxlu şaiyələr gəzdi, anekdotlar yarandı.
Aşağıdakı ifadələr Jirinovskinin ayrı-ayrı vaxtlarda söylədiyi çıxışlarından götürülmüş nümunələrdi. Bu fikirlər onun ziddiyətli şəxsiyətini xarakterizə etmək baxımından maraq doğurur.

*Mən arzu edirəm rus əsgərləri öz ayaqlarını Hind okeanının ilıq sularında yusunlar. Həm də qoy orda istirahət bazaları, gənclər düşərgələri, sanatoriyalar, dispanserlər olsun!
*Əsgərlikdə çeçenlərə kim corab yumayıb ki?! Şəxsən mən yumuşam.
*Səddam Hüseyn mənə bir dinar da vermədi. Versəydi, alardım.
*Məndən soruşurlar, “Mercedes-Maybach”ı hardan almısan? Hardan alacam? Almaniyadan!
*Mənim əllərim bu saat tərtəmizdir, ancaq prezident olsam, onlar mütləq qana batacaq.
*Qadının işi budur: evdə oturmalı, ağlamalı, corab toxumalı və yemək bişirməlidir!
*Ey qadınlar, bütün kişilər sizə nifrət edir, çünki siz həmişə kişinin inkişafına mane olursunuz! Kişiyə lazım olanda isə yoxa çıxırsınız. Ancaq kişilər sizi pulu ilə, vəzifəsi ilə alır. Kişi həm də sizin tənhalıq qorxunuza, uşaqla tək qalmaq qorxunuza şərik çıxır.
*Ana oğluna hər şeyi öyrədə bilməz, çünki onun özü heç vaxt oğlan olmayıb!
*Uşaqlarımızın ingilis dili öyrənməsi lazım deyil! Yaxşısı budur qoy onlar gedib avtomat Kalaşnikovu öyrənsinlər. Bax, onda bütün dünya rusca danışmağa başlayacaq.
*Xalq nə qədər savadlı olsa, inqilablar bir o qədər tez olar.
*Dünya siyasətində ən alçaq və ən məkrli şey Britaniyadır!
*Amerika Xirosimanı və Naqasakini bombalayır – hamı susur. Amerika yüz əlli ölkəni işğal edib – hamı susur. 
*Bir vaxtlar almanlar bizə içi bolşeviklərlə dolu möhürlənmiş vaqonlar göndərmişdilər. İndi də biz Avropaya möhürlənmiş, içi çeçenlərlə dolu vaqonlar göndərməliyik.
*Gecə bizim alimlər Yerin qravitasiya sahəsini bir balaca dəyişsə, ABŞ su altında qalacaq!
“Biz bu dəfə 10 milyon rusu Amerikaya göndərəcəyik və Amerikada öz prezidentimizi seçəcəyik. Və sənə, ey Corc Buş, Butırka türməsində yaxşıca bir kamera ayıracayıq!
*Mən bilmirəm bu baş katib Mixail Qorbaçovu başqa hansı sözlərlə ifadə edə bilərik? Görəsən, rus dilində “satqın”, “xəyanətkar”, “əclaf” sözlərindən başqa hansı təhqiramiz sözlər var ona deməyə?!
* “Yeltsin Mərkəzi”nin binasının pəncərələrinə dəmir barmaqlıqlar bərkidilməlidir ki, Yeltsinin Rusiya rəhbəri olduğu müddətdə tutduğu əməllərinə görə heç olmasa, simvolik olaraq nəyə layiq olduğu görsənsin!
*Biz Qorbaçov və Yeltsin dövrünün bütün daxili və xarici siyasətini mühakimə etmək qərarı verdik! Lakin qanunverici orqan bu işdə bizə mane olur.
*Bəli, Yeltsin artıq yoxdur. O, niyə öldü, bilirsinizmi? Utandığından, vicdan əzabından! Bəs Yeqor Qaydar? O da xəcalətindən ölüb getdi! Bəs bu Çubays niyə ölmür, bilirsinizmi? Çünki həyasızdı, vicdanı yoxdu!

Liberast yığınına müraciət


Gülağa Aslanlı mənə mövqeyimə görə "Ayıbdır!" dediyi kimi, Əli Kərimli də İlham Əliyevin Putinə məktub yazmasını, "ayıb" və "şərin yanında olmaq" adlandırıb...
Bu adamlar öz düşüncələrinə və mövqelərinə o dərəcədə həyasızcasına əmindirlər ki, onlar kimi olmayanları, düşünməyənləri, danışmayanları yekə-yekə məzəmmət edirlər. Ə, məndeyənlər, ayıb sizədir ki, 20 Yanvar təxribatının olması üçün hər şey etdiniz və tülkü kimi qaçıb gizləndiniz. Ayıb sizədir ki, hazır olmaya-olmaya Amerikanın fitvasıyla hakimiyyəti qamarladınız. Ayıb sizədir ki, əyyaş bir avaranı prezident edib ətrafında, arxasında min oyundan çıxdınız. Sonra yenə dabanınıza tüpürüb aradan çıxdınız. Biz əlimizdə silah Surətin yaraqlılarını küçədə gözləyərkən Əbülfəzin Kələkiyə qaçdığı xəbərini aldıq. Ayıb sənədir ki, Əli Kərimli, 30 ildir amerikanların aldığı xəracın faizi ilə yaşayırsan. Ayıb sənədir ki, faizini artırmaq üçün ən böyük Şər Yuvasına durmadan donos ötürürsən. Ayıb sənədir ki, avam, səriştəsiz, təcrübəsiz adamları həbsə atdıraraq, bunun üzərində toz-duman qaldırır, siyasət yapırsan... 
Yaxın, böyük, güclü qonşu ilə münasibətləri qorumaq üçün səylər göstərmək, görüşlər keçirmək, məktub yazmaq niyə ayıb olsun ki? Xalqını bəladan, ölkəni dağılmaqdan qorumaq üçün diplomatik addımlar atmağın harası ayıbdır, ay üfunət torbaları?! Axı nə vaxt adam olacaq, kişi kimi hərəkət edəcəksiniz? Bu üfunətli ritorikadan nə vaxt əl çəkəcəksiniz...
Bəlkə, İlham Əliyev də Zelenskinin yolunu gedib, Amerikadan, İngiltərədən "malades" qazanmaq üçün ölkəni oda atmalıdır?! Yoxsa meydanı sizə verməlidir ki, maladesi siz qazanasınız?!
Rəhbər xalqa xidmət etməli, ilk növbədə onun mənafe və maraqlarını qorumalıdır. Dəfələrlə yazmışam ki, Çingiz xan kimi böyük, məğlubedilməz fateh, sərkərdə, hökmdar, imperator heç vaxt özündən güclü düşmənlə açıq döyüşə girməyi məsləhət görməyib. Şirvanşah İbrahim Teymurləngin Şamaxı ətrafında qurduğu düşərgəyə gedərkən hər ənamdan 7 ədəd, ancaq 6 kölə aparmış və 7-cinin özü olduğunu demişdi. Bununla da Şirvanı Teymurun əsgərlərinin tapdağından, vəhşiliyindən qorumuşdu. O bu hərəkəti ilə təkcə xalqının təhlükəsizliyini deyil, həm də namusunu qorumuşdu. Amma sizin ağılsız bəyiniz Ter-Petrosyana əl uzatmamışdı ki, mən düşmənlə görüşmürəm. Nəticəsi nə oldu? O qədər torpaq itirildi, nə qədər cavan şəhid oldu, nə qədər insan əsir düşdü, nə qədər ev dağıldı, ailə məhv oldu, nə qədər insanın namusu ləkələndi! Amma sizin bundan tükünüz tərpənmədi. Zərrə qədər utanmadınız. Əslində xəcalətdən yerə girməli olduğunuz halda bu gün də utanıb-qızarmadan hökküldəyir, avam kütlənin başını piyləyirsiniz. 
Çox həyasız adamlarısınız. Təcrübəsiz, səriştəsiz insanları da öyrədib, yönləndirib həqiqəti deyən abırlı adamları susdurmağa çalışırsınız. O vaxt, 20 Yanvardan qabaq insanları doğru yola dəvət edən Zərdüşt Əlizadəni satqın elan etdiniz, daha sonra hakimiyyətlə konsensus təklifi ilə şıxış edən Aydın Məmmədova xəyanətkar damğası yapışdırmağa çalışdınız və kişinin başını yediniz. İndinin özündə də bəziləri Zərdüştün atasını Əbülfəz Əliyevin üzünə durmaqda, agent olmaqda suçlayırlar. 
Agent olmağa qalanda ən böyük agentlər elə sizlərsiniz! Əbülfəz kimi piyada, araqdan içib rabitəsiz sözlər danışan bir adam agent olmadan prezident ola bilməzdi. Elə sənin özün, Əli Kərimli! Necə oldu ki, komsomol təşkilat katibliyindən AXC-yə tullandın? Guya bu işlərin elə-belə olmadığını biz bilmirik? O komsomol təşkilat katibi 1-ci kursda oxuyanda mənə də təklif olunmuşdu. Ancaq imtina etdim. Qəbul etsəydim, məni də sənin kimi, İqbal kimi, digərləri kimi  "verbovka" edib özlərinə işlədəcək, lazımi məqamda istədikləri kimi istifadə edəcəkdilər. Ancaq qəbul etmədim deyə gördülər ki, ambisiyalı və karyerist deyiləm.
Bir də ki Mübariz Əlizadə agent olsaydı, Əbülfəzi açıq ittiham etməzdi. Agentlər heç vaxt özlərini ifşa etmir, gizli işləyirlər. Elə sənin kimi, daim arxasınca danışdığın, iş çevirdiyin, yazı yazdırdığın liderin Əbülfəz kimi...
Mübariz Əlizadə məhkəmədə Əbülfəzi açıq şəkildə millətçilikdə, dövlət əleyhinə fəaliyyətdə günahlandırıb. O vətəndaşı olduğu Sovet dövlətinə inanırdı və hesab edirdi ki, Əbülfəzin tutduğu yol dövlətə xəyanətdir. Necə olur ki bu gün sənin İlham Əliyevi yerli-yersiz tənqid etməyin, şərin yanında olmaqda ittiham etməyin üzə durmaq, cəsusluq sayılmır, ancaq Əlizadənin Əbülfəzi ittiham etməsi agentlik olur?
Hərdən özünə sual ver ki, niyə sənə xarici pasport vermirlər? Mən deyim. Xidmət etdiyin şəbəkə ilə görüşüb, məxfi tapşırıqlar ala bilməməyin üçün. Səni tam nəzarətdə saxlaya bilmək üçün. Ölkə əleyhinə işlər görüb Azərbaycanı Ukraynanın gününə sala bilməməyin üçün...

Nadir Qocabəyli

07.04.2022

“Şahbaz Quliyev aktyor, fırıldaqçıdır... O məni ermənilərə satdı” - Dilqəmdən şok sözlər

"Şahbaz Quliyev aktyor, fırıldaqçıdır. Bundan istifadə edib dövləti biabır edir, Cənab Prezidentin gödüyü işlərə kölgə salır".
olke.az xəbər verir ki, altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana yoldaşı Şahbaz Quliyevin mətbuatda yayılan görüntüsünə münasibət bildirərkən deyib. O bildirib ki, erməni mətbuatı da Ş.Quliyevin biabırçılıqlarından yazır: "Siz ondan soruşun ki, hansı hərbi hissədə xidmət etmisən ki, qazilik tələb edirsən? Onun hərbi bileti də yoxdur. Şahbaz Quliyev deyir ki, mənim ailəm dağıldı. Guya ailəsi Kəlbəcərə görə dağılıb. Bu adamın üçüncü evliliyidir. Əvvəl Goranboydan birini almışdı, sonra Rusiyadan bir qadın tutub gətirdi, indi də başqa bir qadın tapıb. Ona sual verin ki, səni Qarabağa kim göndərib? Dövlət, prokuror? Heç kim. Onu mən aparmışam".
D.Əsgərov deyib ki, Ş.Quliyevin rayonda üçotaqlı evi var: "Onun Şəmkirin Qapanlı kəndində üçotaqlı boş evi var. Evi qohumlarına verib. İndi yalandan deyir ki, mən işıqsız, qazsız qalmışam. O Müşfiqabadda axırıncı binanın ikinci, ya da üçüncü blokunda qalır. Orda da işıq kartladır. Karta pul vurursan, işıq verirlər. Ona hansı əsasa görə ikinci qrup əlillik verilib? O nə iş görüb? 200 manat alır. Adını heyvandarlığa yazdırıb, ona inək, qoyun veriblər".
D.Əsgərov deyib ki, Ş.Quliyev mətbuatı aldadır: "Gələn gündən demişdim ki, o adam həbs edilməlidir. Onun haqqında araşdırma aparılmalıdır. Şahbaz yararsız bir adamdır. O məni ermənilər necə satdı, məhkəmdə üzümə durdu. O gün etiraz edəndə necə çığırırdısa, vicdanıma and olsun, məhkəmədə də mənim üzərimə elə çığırırdı", - o söyləyib.

Eldar Mahmudov həmişə məndən borc pul alıb - Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.
Turkustan.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub. "Mən obyektimi satışa çıxartmışdım. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Mən də obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi", - zərəçəkmiş vurğulayıb.
M.Mahmudov zərərçəkmiş Aslan Qəhrəmanovdan 120 min manat almasına aydınlıq gətirib. O deyib ki, A.Qəhrəmanovu 2009-cu ildən tanıyır: "O vaxtı bir məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istədilər. Nazirlikdə məndən bir “Gallendevagen" və 250 min manat tələb etdilər, əks halda həbs edəcəkdilər. Aslanla kirvə idik, ondan 120 min manat borc istədim. Aslan da sağ olsun, dedi ki, obyektim var, onu sat, pulu götür. Həmin obyekti 250 min manata istədilər. Aslan isə 450 min manata satırdı. Mənə bildirdi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq.Onu da vurğulayım ki, mən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyümüşəm. O həmişə məndən borc pul alıb. Nizami küçəsində obyektlərim olub, adımı dələduz qoymaq lazım deyil".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. O sentyabrın 18-ində Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

06.04.2022

Алиш Забид оглы Мамедов – южанин с русской душой и северным характером


Депутат Ил Тумэна рассказал о том, как оказался в Якутии, как из мастера вырос до директора, о традициях трех народов и многом другом

Депутат Госсобрания (Ил Тумэн), генеральный директор ОАО "Якутцемент" в поселке Мохсоголлох Алиш Забид оглы Мамедов признался, что гордится своей страной, Россией, и ее самым большим регионом — Якутией. Он считает, что настоящее счастье для человека найти свое место в этой жизни, создать семью и приносить пользу людям. О том, как он оказался в Якутии в далеком 1979 году, как из мастера завода он за 10 лет вырос до директора, как за него голосовали работники предприятия и как семья помогает добиваться целей, читайте в нашем интервью.

— Сколько лет Вы живете в Якутии?
— Уже 37 лет. После окончания Азербайджанского инженерно-строительного института в 1979 году все выпускники получили всесоюзное распределение. Каждый выпускник мог выбрать место будущей работы. Я был старостой группы и учился хорошо, потому в списке выбирающих был в первой пятерке. Помню, были города: Калуга, Ростов-на-Дону, Актюбинск, Харьков, была возможность остаться на родине в Баку в проектном институте, но мне не хотелось сидеть над чертежами, хотел трудиться, как говорится в "поле". Никто не хотел ехать в Якутию, а я пошел к декану и сказал, что хочу работать на цементном заводе в небольшом поселке Мохсоголлох. Приехал и устроился мастером ремонтно-строительного цеха. Вообще, я считаю, мне очень повезло в жизни. Ведь во многом, каким станет человек, определяют семья, окружение в юности и коллектив, в котором будешь работать. Я рос в многодетной дружной и трудолюбивой семье, родители нас с малых лет приучили к ответственности и труду. В институте меня окружали умные, целеустремленные и верные друзья. И, наконец, завод и его люди – энтузиасты и профессионалы!

— И как Вас тут встретили?
— Очень хорошо. Конечно, был языковой барьер, потому что я окончил институт на родном языке, но благодаря тому, что во время студенчества ездил по стране и работал в студотрядах, немного говорил. По приезду в республику мне надо было отслужить в армии, думал, куда ехать служить. А один мужчина на заводе мне посоветовал поехать в поселок Тикси, там была военная часть. Пошел в военкомат, сложно было туда попасть, но меня как строителя взяли в стройбат. Меня пугали тем, что там очень холодно и сильная пурга. Служил полтора года – за это время построили социальные объекты, в том числе детский сад. Потом вернулся, но на завод меня не взяли — не было места, тогда я устроился прорабом в нефте-газоразведку в Нижнем Бестяхе. А потом меня директор завода увидел и сказал: "Что там конюшню ходишь строишь? Пора на завод вернуться". И я вернулся на завод большим начальником — начальником отдела капитального строительства. Потом стал замдиректора по капстроительству, а в 1989 году на общем собрании коллектива меня выбрали директором.

— Вы приехали в Якутию с женой?
— Многие думают, что на Кавказе все родители сватают детей в раннем возрасте, это бывает, но в редких случаях. Я приехал в Якутию 21-летним юношей, еще не успел жениться. Вначале мне выделили койко-место в общежитии, в одной комнате жили трое парней. Разве можно в такие условия приводить жену? Я решил для себя, что семью буду создавать, когда сам крепко на ноги встану, обустрою свой "угол". Хотя моя мама ругала меня и каждый раз, когда приезжал на родину, спрашивала: "Когда женишься, вот уже младший брат женился?". Нас было всего семеро братьев. Я ей говорил: "Меня не ждите, пусть женятся". Так что, мой случай современный — я влюбился и женился.

— И когда этот случай настал?
— В 28 лет. Поехал на родину, а там случайно встретил свою знакомую девушку, которую не видел много лет. Получается, судьба нас свела, ведь раньше я и представить не мог, что она станет моей женой. Мою супругу зовут – Севиндж, по-азербайджански – это "радость".

— Не побоялась приехать с Вами в Якутию?
— Нет, куда муж – туда и жена. У меня очень замечательная супруга. Она окончила институт и по образованию учитель английского языка, но всю жизнь проработала воспитателем в детском саду в Мохсоголлохе. Подарила мне и воспитала хороших двух сыновей, я ведь всегда на работе и в разъездах, а она с ними рядом. Мы уже 31 год вместе. Старшему сыну Эльвину 30 лет, а Анару исполнилось 28. Без надежного тыла – моей семьи – мне было бы трудно добиваться своих целей, ведь они моя опора и поддержка во всем.

— Как удается сохранять дружную семью?
— Я всегда жену называю другом №1, она непросто красавица, но и очень умная и мудрая женщина. Семья — это совместная жизнь, и два человека играют главную роль. Один человек не должен дома диктовать свои правила: "Как я сказал, так и будет!". Это неправильно, ведь семья сохраняется, когда есть взаимопонимание и уважение. У нас взаимность есть и очень большая. А еще я думаю, надо быть уступчивым в отношениях.

— А какие традиции в Вашей семье?
— У нас в доме соблюдаются традиции трех народов: азербайджанские, русские и якутские. Например, если говорить о традициях моих предков, то это уважение к старшим, у нас принято, когда в дом заходит старший по возрасту, то надо обязательно вставать. Из русских — это гостеприимство, встречать гостей с хлебом и солью мне очень нравится, правда, на нашем столе в доме главное блюдо – это плов. А еще соблюдаю якутские традиции, особенно, когда еду на охоту, обязательно провожу обряд духу природы Байанаю, чтобы все прошло хорошо и послал добычу. И правда он помогает. Я, как любой якут (смеется), очень люблю Ысыах. Обязательно бываю на этом празднике, получаю алгыс, смотрю соревнования боотуров и конные скачки.

— Вы любите охоту?
— Охотником и рыбаком я стал именно в Якутии. Здесь же живут особенные люди – северяне – крепкие и сильные, охота у них в крови. И я перенял эту традицию и дух. Нравится мне охотиться, но больше всего люблю рыбалку, особенно зимнюю. Помню, на самую первую мою рыбалку мужики разбудили меня рано-рано утром и говорят: "Пора идти рыбачить", а я думаю: "Ну зачем так рано? Можно же выспаться, приехать в 10 утра". Но нет, надо вставать в 5 утра, на рассвет успеть, потому что рыба клюет утром рано, перед восходом солнца. Сейчас-то я знаю, что это так, и мужики были правы. Из своего улова я готовлю сам. Особенно, когда дети были маленькие, с утра пораньше порыбачишь, и на завтрак окушков пожаришь, красота! Кстати, на заводе традиционно каждую весну проводим турнир по рыболовству. Выезжаем на Лену человек 300, все берут с собой жен, мужей и детей, такой коллективно-семейный праздник получается.

— Значит Вам нравится еще и готовить?
— Когда время есть, да. Я люблю готовить рыбу. Рыбные и мясные блюда — это однозначно. А остальное — это не мужское дело. Первые блюда всегда готовит супруга, поэтому я туда не лезу.

— В преддверии Нового года, расскажите, какое блюдо является обязательным на Вашем праздничном столе?
— Их несколько, но обязательно плов — это азербайджанская традиция. Мы готовим зимний плов, в котором есть каштаны, урюк, хурма и слива. Это все тушится с мясом, как приправа, а рис отваривается отдельно. Также я готовлю рыбу жареную. Обязательно на нашем столе есть строганина и замороженная печень. Почему-то все на Новый год стараются приготовить много блюд, а на самом деле, нужно готовить столько, сколько съешь сам и твои гости.

— А Новый год Вы как встречаете — дома или куда-то уезжаете?
— Практически всегда Новый год отмечаем дома в Мохсоголлохе в кругу семьи. Накануне праздника я всегда поздравляю коллектив, дарю подарки. Потом новогодние каникулы приходятся на самое холодное время года, в морозы может всякое случиться, и директор должен быть всегда на месте. На сей раз хочу полететь в Москву и поздравить внука Тимура с трехлетием, он родился как раз за несколько дней до праздника. Традиционно на 8 марта и 9 мая я всегда праздную со своими работниками нашего "Якутцемента". День Победы считаю самым хорошим праздником, который очень сильно сплачивает народ и никого не оставляет равнодушным.

— Если бы повернуть время вспять, чтобы Вы изменили в своей жизни?
— Ничего. Я нисколько не жалею, что приехал сюда, и даже если бы вновь пришлось делать выбор, куда ехать работать, все равно выбрал бы Якутию. Именно здесь я стал тем, кем сейчас являюсь. У меня есть любимый и сплоченный коллектив, который 27 лет назад доверился мне, проголосовали за меня и выбрали директором завода. Благодаря им я решил баллотироваться на место депутата. Здесь прошли и проходят лучшие годы моей жизни. Думаю, что все лучшее еще впереди!

— Спасибо за интересную беседу! /yakutiamedia.ru/

04.04.2022

Avrasiya Hərəkatı kitabları satışda!

Avrasiya Hərəkatı Azərbaycan kitabları
28 May metrosundakı kitab dükanlarında satışda
Cəmi 4 manata!


1. “Marker” kitab dükanı – Dəmiryolu vağzalının qabağı, Səməd Vurğun parkının tini.
2. “Xəzinə” kitab dükanı – Dəmiryolu vağzalının qabağı, Səməd Vurğun parkının tini.
3. “Tvoya kniqa” kitab dükanı, Dəmiryolu vağzalının qabağı.
Aqil Əhmədov:
Pantürkistlər artıq İmranxana İvanxan deyirlər.

Zaur Hüseynli:
Yenə qıjı mətbuat işə düşdü.

Oktay Asalanov:
Mən bilirdim belə olacaq. İmran xan Rusiya ilə müttəfiq olandan sonra elə də olmalı idi.

İlqar Əliyev:
Bizim jurnalistlər kim rusa qarşı vuruşursa onu türk oğlu türk çıxarırlar, amma kim sionistlərə, ABŞ-a düşmənçilik edirsə onu avtomatik türk düşməni qayırırlar. Vaxt gələr bütün bu sionistləri paza otuzdurarlar.

Yaşar Məhəmmədov:
Bir ananın üç oğlu - Azərbaycan Pakistan Türkiyə deyirdilər. Bu media ki var bizdə, bir gün bunlara öz ata-anasını da söydürəcək.

Hacı Nofəl:
Onlar hamsı Baydenin törəməlidir. Bilirlər artıq ABŞ və Qərbin planları ifşa olundu. Çin onların toruna düşmədi. Artıq Rusiya, Çin, Türkiyə, Pakistan, Hindistan, İran, Əfqanıstan və digər ölkələrin birliyi olan Avrasiya Birliyi reallaşmaq üzrədir.

03.04.2022

1989-1992-cı illərdə də belə oldu: xalqı qırğına verdilər, özləri qaçıb gizləndilər

Nadir Qocabəyli

Deputat Rasim Musabəyov deyib ki, Azərbaycan postsovet məkanında ən müasir hava hücumundan və raketdən müdafiə sisteminə malikdir. Bu sistem Rusiyanın özündən alınmış ən son S-300PMU2 Favoritdən, çoxlu sayda Buk-MB, Tor-M2E-dən, həmçinin İsrailin SPYDERSR-indən (məşhur Dəmir Günbəz) və Barak-8-dən ibarətdir. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın hava və raket hücumundan müdafiəsi enerji infrastrukturu obyektlərini etibarlı şəkildə qoruyub...
Səhərdən bir neçə qərbpərəst politoloqun fikrini oxumuşam. Birmənalı deyirəm, bunlar hamısı təxribat xarakterli çıxışlardır. Guya ki, Rusiya bizə heç nə edə bilməz, biz etibarlı şəkildə qorunuruq və s. Rasim Musabəyov, Aslan İsmayılov kimi adamlar bulanıq suda balıq tutmağa çalışanlardır. Onlar Azərbaycanı Rusiya ilə qarşıdurmaya sövq etmək, ölkədəkı vəziyyəti qarışdırmaq, bundan öz xeyirlərinə faydalanmaq istəyirlər. 1989-1992-cı illərdə də belə oldu. Rusları provokasiyaya çəkib, 20 Yanvarı və Xocalını törətdilər, özləri qaçıb gizləndilər, qırğınlar olandan sonra üzə çıxıb tumanlarını başlarına keçirdilər və qəhbəşüvənlik saldılar.
Ay Rasim, enerji strukturlarına düşməyən bomba havadamı qalacaq? Heç bir yerə düşməyəcəkmi? Yoxsa bunun əhəmiyyəti yoxdur? Əsas odur ki, obyektlərə bir şey olmasın?..
Vallah, mənim hərbi savadım yoxdur, amma bu heç də o demək deyil ki, ağlım da yoxdur. O ağıl mənə deyir ki, bomba atmaq istəyən Rusiya onu atmağa yer tapacaq. Bizsə Rusiya boyda nəhəngə cavab vermək gücündə deyilik. Bu gücümüz olsa belə, müharibə arzuolunan deyil. Heç o boyda ABŞ Rusiya ilə açıq döyüşə girmir. 
Rasimin hərbi savadının da mənimkindən yüksək olduğunu düşünmürəm. Bu iki cümləni də yəqin ki internetdən kopyalayıb...

02.04.2022

Ukrayna müharibəsi kürdlərin işinə yaramağa başladı - SENSASİON GƏLİŞMƏ

Avropa üçün yeni “kürd neft-qaz dəhlizi” yaradılır?

Xəbər verildiyi kimi, martın 13-də İran ordusu İraq kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərində bir neçə hədəfi, o cümlədən ABŞ-ın Ərbildəki konsulluğunun binasını raket atəşinə tutub. Vurulan əsas hədəflərdən biri villa olub.
İran ordusu bəyan edib ki, bu binada İsrail kəşfiyyatının yerli bürosu fəaliyyət göstərib və əsas hədəf də bu büro olub. Bu barədə ötən ay yazmışdıq. İranlıların iddiasına görə, raket zərbələri “büroda” toplantı keçirildiyi zaman həyata keçirilib və bir neçə yüksək rütbəli kəşfiyyatçı öldürülüb. Ancaq həmin vaxt kürd muxtariyyəti iddianı təkzib etdi və hədəfə alınan binanın bir iş adamına məxsus olduğunu bildirdi.
Ancaq bu günlərdə “Reuters” Agentliyi İraq və Türkiyədən olan rəsmilərə istinadən martın 13-də İranın Ərbili raket atəşinə tutmasının arxasında enerji məsələsinin dayandığı barədə xəbər yayıb. Agentlik xəbərdə mənbələrə istinadən iddia edir ki, ABŞ və İsrail İraqın kürd muxtariyyəti ərazisindən Avropaya qaz xətti layihəsi üzərində işləyir. Raket zərbələri də bu layihəyə mane olmaq və ya onu əngəlləmək məqsədilə həyata keçirilib.
Əvvəldən də qeyd olunduğu kimi, İran qüvvələrinin atdığı raketlər İraq kürd muxtariyyətində enerji, əsasən də maye qaz ticarəti ilə məşğul olan kürd əsilli iş adamı Bərzəncinin villasına düşüb. İraq təhlükəsizlik xidmətinin əməkdaşı “Reuters”ə bildirib ki, raket zərbələri endirilən villada İsrail və ABŞ-ın enerji üzrə rəsmiləri kürd qazının Avropaya nəqli layihəsi ilə bağlı toplantı keçirib. Ancaq daha əvvəl kürd rəsmiləri bu iddianı təkzib ediblər.
İrandan isə adının çəkilməsini istəməyən diplomatik mənbə “Reuters”-in əməkdaşına bildirib ki, zərbələr çoxməqsədli olub. Əsas məqsəd isə Suriyada "Sepah" zabitlərinin İsrail tərəfindən öldürülməsinə cavab olub.
Maraqlıdır ki, martın 28-də İraq kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani Dubayda keçirilən enerji konfransında bildirib ki, kürd muxtariyyəti Avropada neft çatışmazlığının ən azı bir hissəsini təmin edəcək imkanlara sahibdir. Eyni zamanda o yaxın zamanda kürd muxtariyyətinin Türkiyəyə və Avropaya qaz tədarükü ixracına başlayacağını bildirib. Ancaq maraqlıdır ki, İraq kürd muxtariyyəti administrasiyasındakı neft ixrac kəmərinin əsas payçılarından biri “Rosneft”dir...
İranın Ərbili vurması ilə bağlı Məsrur Bərzani deyib ki, İraq kürd muxtariyyəti ərazisində neft və qaz istehsalı sektorunun inkişafı enerji nəhəngi kimi İranın maraqlarına cavab vermir. O qeyd edib ki, Ərbilə raket zərbələrinin arxasında da məhz bu maraqların toqquşması dayanır.
Bununla da faktiki olaraq kürd rəsmiləri Ərbilə zərbələrin ABŞ və İsrailin enerji layihəsinə cavab olduğunu etiraf ediblər. Halbuki daha əvvəl bunu etiraf etmirdilər. Başqa sözlə, belə anlaşılır ki, indi kürd, yəni İraq qazının və neftinin Avropa bazarına çıxması mövzusu regional gərginliyə səbəb olur. “Reuters” yerli rəsmi qurumların dili ilə kürd qazının Avropa bazarına çıxarılması layihəsinin olduğunu və İranın buna mane olmağa çalışdığını etiraf edir.
Yeri gəlmişkən, bu günlərdə Yəmən husiləri Səudiyyə Ərəbistanı ərazisində “ARAMCO” şirkətinin neft terminallarını bombalayıb. Səudiyyə rəsmiləri bu bombalamanın krallığın dünya enerji bazarında təxribat yaratmağa hesabladığını bəyan ediblər. Husi təmsilçiləri isə artıq dünya enerji nəqlinin böyük bir qisminin onların nəzarətində (Qırmızı dəniz vasitəsilə) olduğunu bildiriblər.
Belə görünür ki, Qərbin (ABŞ və İsrailin) Avropa bazarına Yaxın Şərqin neft və qazını çıxarması layihəsinə ciddi müqavimət var. Bu işin rəsmi icraçısı İran olsa da, aydındır ki əsas məsələ Rusiyanın maraqlarıdır.
Bu arada Suriyada münaqişənin alovlanmasının bir səbəbinin də 2010-cu ildə Qətər və İraq qazının Suriya ərazisindən Aralıq dənizinə çıxarılması layihəsinin olması ilə bağlı iddialar var. Yəni başqa sözlə mövzu həm də qlobal enerji bazarındakı rəqabətlə əlaqəlidir.
Kürdlərlə bağlı daha bir maraqlı xəbər ondan ibarətdir ki, ABŞ Quru Qoşunlarının 2023-cü il büdcəsində İraq və Suriyadakı kürd qüvvələrinin təlim və təchiz proqramına 542 milyon dollar ayrılması nəzərdə tutulub. Qeyd edək ki, builki büdcədə isə İraq və Suriya kürdlərinə 500 milyon dollar yardım nəzərdə tutulub, bunun 177 milyonu Suriya kürdlərinə veriləcək. Bundan başqa, Vaşinqton 13 mart raket hücumundan sonra İraq və Ərbilə Hava Hücumundan Müdafiə sistemləri (HHM) verəcəyini bəyan edib.
Yardımların həcmi göstərir ki, yaxın illərdə kürd məsələsi yenidən aktuallaşacaq. Bu dəfə kürdlər Avropanın enerji təminatında iştirak edən qüvvə kimi çıxış edəcəklər. Başqa sözlə, Yaxın Şərq uğurunda rəqabət yenidən qızışacaq. /musavat/

Ukraynanın nasist dəstələri Avropanı xaos və terrorizmə qərq edəcəklər


İnterpolun Ukrayna şöbəsinin adının çəkilməsini istəməyən zabiti kovpakchat teleqram kanalına açıqlamasında bildirmişdir ki, ölkədəki nasist qruplar Avropa İttifaqı ərazisinə keçməkdədirlər və burda böyük fəsadlar törədəcəklər.
Zabitin sözlərinə görə Ukraynanın Avropa boyunca bütün sərhədlərini tam qapamaq mümkün deyil, ona görə də cinayətkar ünsürlər rahat şəkildə müxtəlif istiqamətlərdən sərhədi adlamaqdadırlar: “Onlar özləri ilə çoxlu sayda atıcı silah, PTRK və PZRK qurğuları və böyük partiyalarla partlayıcı maddələr keçirirlər. Avropadakı kriminal qrupların və terrorçu təşkilatların onlardan müxtəlif silah-sursat sifariş verməsi haqda çoxlu həyəcanlı məlumatlar daxil olmaqdadır. Avropadakı cinayətkar qruplaşmalar Ukraynadakı həmkarlarından almağa çalışdıqları silahların içərisində əsas üstünlüyü Sovet istehsalı olan “İqla” və ABŞ istehsalı olan “Stinger” silahlarına verirlər. Avropanın kriminal və radikal təşkilatları “Stinger” təyyarəvuran kompeksləri üçün ukraynalı həmkarlarına 30 min yevro pul ödəyirlər. Zelenskinin əmri ilə məhbusların həbsxanalardan buraxılması və onlara silah-sursat paylanması vəziyyəti tam gərginləşdirib. Avropaya silah satışı trafiki işə salınıb. Hal-hazırda nə Avropa tərəfi, nə də Ukrayna tərəfi prosesi nəzarətdə saxlamaq iqtidarında deyil. Avropanı xaos, kriminal hərc-mərclik və terrorizmlə müşayiət olunacaq böyük fəlakət gözləyir”.

Avrasiya Hərəkatı kitabları satışda!

Avrasiya Hərəkatı Azərbaycan kitabları
28 May metrosundakı kitab dükanlarında satışda
Cəmi 4 manata!


1. “Marker” kitab dükanı – Dəmiryolu vağzalının qabağı, Səməd Vurğun parkının tini.
2. “Xəzinə” kitab dükanı – Dəmiryolu vağzalının qabağı, Səməd Vurğun parkının tini.
3. “Tvoya kniqa” kitab dükanı, Dəmiryolu vağzalının qabağı.