25.07.2022

Putin "dünya tarixində yeni dövr" başladığını elan etdi: Yüksək tərəqqi dinamikasını yalnız həqiqi suveren dövlətlər təmin edə bilər

Rusiya Prezidenti Vladimir Putin dünya tarixində yeni mərhələ başladığını bildirərək, birqütblü sistemin dünyanın inkişafını ləngitdiyini qeyd edib.
Putinin fikrincə, “qızıl milyardın total hökmranlığı modeli ədalətsizdir, o, xalqları “birinci və ikinci növlərə” böldüyü üçün “mahiyyətcə irqçi və neokolonialdır”. Rusiya prezidenti hesab edir ki, bu modelin əsasında duran “liberal və qlobalist ideologiya” “totalitarizm xüsusiyyətləri daşıyır” və azad tarixi quruculuğa mane olur.
“Qızıl milyard elitası” “dünyadakı digər inkişaf mərkəzlərinin öz inkişaf variantlarını təqdim edə biləcəyindən çox qorxur”, - Putin bildirib.
“Qərb və sözdə millətlərüstü elitalar mövcud nizamı nə qədər qorumağa çalışsalar da, qarşıdan yeni dövr gəlir, dünya tarixində yeni mərhələ başlayır və yüksək tərəqqi dinamikasını yalnız həqiqi suveren dövlətlər təmin edə bilər”, - Rusiya lideri hesab edir.
“Suverenlik milli inkişafın və bu səbəbdən hər bir insanın azadlığıdır” - Putin izah edib. O insanın “vasitəyə yox, ali məqsədə” çevrildiyi, “həyat keyfiyyətinin yüksək olduğu, ənənəvi dəyərlərin, yüksək humanist idealların qorunduğu” suveren dövlətlərin başqalarına nümunə olacağına inanır.
Rusiya Federasiyasının prezidenti bildirib ki, hazırda “inqilabi transformasiyalar” baş verir və bu dəyişikliklər “ahəngdar, daha ədalətli, təhlükəsiz dünya nizamı” qurulmasına yönəlib.

Комментариев нет:

Отправить комментарий