04.07.2022


“Qədim türklərdə kişilik kultu digər xalqlara nisbətən daha tez formalaşmışdı. Araşdırdığımız nümunələr Dionis kultunun Yunanıstanda yayılması ilə bağlı analoji situasiyaları xatırladır. Ekstatik mədəniyyətin qədim matriarxal kompleksi tədricən kişi patriarxal qüdrətinin hakimiyyəti altına keçir. Beləcə Kibeladan Dionisə, ana hüququnun üstünlüyündən ata hüququnun üstünlüyünə nooloji sürüşmə baş verir. Bu zaman kult strukturu, parafernaliyalar və simvolik cərgələr olduğu kimi qalır, ümumi orientasiya isə kəskin dəyişir – ginekokratiyadan androkratiyaya ötürülür. Ön Asiya və Aralıq Dənizi regionları ilə bağlı vəziyyətlərdə patriarxal impulsun daim Turandan gəldiyini görürük. Biz kontinental patriarxatın mərkəzini və qütbünü də məhz burda lokalizasiya edirik. Artıq bilirik ki, türk və monqol xalqları, o cümlədən tibetlilər Turan ideologiyasının birbaşa varisləri idilər. Sonralar İran dualistik mazdeizminin birbaşa təsirinin fundamental faktoru əlavə olunsa da, bu ideologiya qərinələr boyu köçəri döyüşkən ilkinliyini qoruyub saxlamışdı. Aralıq dənizi hövzəsində biz görürük ki, güclü və qədim matriarxat hind-avropalıların gətirdiyi patriarxat strukturu vasitəsilə inkişaf edir. Amma Turan Loqosunun araşdırılması göstərir ki, solyar-polyar patriarxatın ən əsas, dəyişməz və daimi mənbəyi Avrasiya kontinentinin Böyük Çölü olmuşdur; bu patriarxatın daşıyıcıları isə məhz altaylar idi. Türklərin və monqolların timsalında Turan Loqosu tərəddüdsüz verifikasiya edir, birmənalı şəkildə özünü doğruldur”.

Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий