06.07.2022

Rusiyanı tənqid etmək qadağandır


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 24 iyun 2022-ci ildə imzalanmış beynəlxalq informasiya təhlükəsizliyi haqqında Sazişə əsasən dövlətçilik üçün təhlükə sayılan hallar:
— dövlətlərin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərin həyata keçirilməsi;
— dövlətlərin daxili işlərinə qarışmaq, ictimai asayişi pozmaq, millətlərarası, irqlərarası və dinlərarası ədavəti qızışdırmaq, separatizmi və ekstremizmi, nifrət və ayrı-seçkilik yaradan irqçi və ksenofobik ideya və nəzəriyyələri təbliğ etmək, zorakılığa və qeyri-sabitliyə təhrik etmək, sabitliyi pozmaq, daxili siyasi və sosial-iqtisadi vəziyyəti, dövlət idarəçiliyini pozmaq;
— ictimai-siyasi və sosial-iqtisadi sistemə, mənəvi, əxlaqi və mədəni mühitə zərər vuran məlumatları yaymaq.

Tərəflər Suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət edəcəklər.
Tərəflər öz dövlətlərinin informasiya infrastrukturundan və resurslarından üçüncü bir tərəfə onların dövlətlərinə zərər vurmaq üçün istifadə edilməməsi üçün səy göstərəcəklər.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyət göstərəcəklər.
Tərəfər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş cinayətlərin və digər hüquqpozmaların aşkar edilməsi, xəəbərdarlıq edilməsi, qarşısının alınması və istintaq aparılması məqsədilə hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.

Комментариев нет:

Отправить комментарий