Bəxtiyar Hidayət
SABİRANƏ
(Mirşahinin projesi üçün minipoema)
Rəis adamdöyənə:
-Vur, vur ki gəliməsin bizə hərbə-zorba
Müxalifətçi:
-İnsan dözməz bu şarpa-şarpa
Hlə görün buna ATƏT nə deyər
BMT verib qiymət nə deyər
Dünyadakı cümlə millət nə deyər
Alacaqsınız gör neçə zərbə
Insan dözməz bu şarpa-şarpa
Rəis:
Vur, vur ki gəlməsin hərbə-zorba
ATƏT Qarabağı niyə vermir ey dili zəhər
BMT-nin dörd qətnaməsi hədər
ATƏT-in qiyməti var ucuz ət qədər
Al, bu da sənə ucuz ətdən şorba
Vur, vur ki gəlməsin hərbə-zorba
Müxalifətçi:
Insan dözməz bu şarpa-şarpa
Çox da hamınız kalan olursuz
Verən olursuz, alan olursuz
Əlli eşşəyə palan olursuz
Amma böləmməzsiniz iki eşşəyə arpa
Insan dözməz bu şarpa-şarpa
Rəis:
Vur, vur ki gəlməsin hərbə-zorba
Ölkəmiz çiçək olur görmürsünüz
Gözəl olur göyçək olur görmürsünüz
Qarabağın alınması gerçək olur görmürsünüz
Lazım gələrsə başlayarıq hərbə
Vur, vur ki gəlməsin hərbə-zorba
Müxalifətçi:
-Rəis, düşün bir ciddi-ciddi
Etdikləriniz feodal dövrünə aiddi
Bunlar hamısı insan haqlarına ziddi
Barı hörmət edin bayrağa, gerbə
Insan dözməz bu şarpa-şarpa
Rəis:
Vur, vur ki gəlməsin hərbə-zorba
A bala, kralların taxtlarından danışma
Dünyanın düz vaxtlarından danışma
A bala, insan haqlarından danışma
Neftimiz axarkən turba-turba
Vur, vur ki gəlməsin hərbə-zorba
Müxalifətçi:
Insan dözməz bu şarpa-şarpa
Zülmətdə yatanlar sevməz işığı
Yüz də harda işıq var üstünə şığı
Yüz də zərbə vur qurşaqdan aşağı
Bir gün haqq-ədalət olacaq bərpa
Insan dözməz bu şarpa-şarpa
Rəis:
Xalqın səsi hara getdi, sənə nə
Kim öldürdü, kim gora getdi, sənə nə
Kim ordan gəldi, bura getdi, sənə nə
Adam edərik səni də çırpa-çırpa
Vur, vur ki gəlməsin hərbə-zorba
Adamdöyən:
-Rəis, cavab vermir, öldü yəqin
Rəis:
-Ənzubillahi minəs şeytani-rəcin
Adamdöyən:
-İndi neynəyək, rəis
Rəis:
-At pəncərədən getsin
Indi bunun intihar etmədiyin
Güvəndiyi Avropa isbat etsin
Allah belələrini it-bat etsin
Bunlar bizim xalqımızdan deyil
Bunlardır başımıza qaxı
Dözümlü xalqdır xalqımız axı
Bu ki dözəmmədi zopaya
Rəhmətlik yaman güvənirdi Avropaya
Basdıranda yönünü tutarlar Qərbə
Adamdöyən pəcərədən meyidi atıb gəlir:
Buna da belə tikdik torba
Adam gərək dözə şarpa-şarpa
Rəis, hələ növbədə var beşi
Rəis (çox bərkdən):
-Sleduşiii!
Qanımı yuyur qələmim
Günahımı yumur daha
Konlümün gözün açan yar
Eşqimə göz yumur daha
Tale yazını qurtarıb
Insan üzünü qurtarıb
Dünya sözünü qurtarıb
Mənə heç nə demir daha
Bəxtiyar nə suç tutubdu
Özündən soruş, tutubdu
Qələmim oruc tutubdu
Ürəyimi yemir daha
Комментариев нет:
Отправить комментарий