Sentyabrın 30-da Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakulitəsinin tələbələri gənc yazarlar, Vasif Əlihüseyn, Şəhriyar Hacızadə, Fərid Hüseyn, Yetim Qacar, Tural Balabəyli, Ramil Əhməd, Sahibə Rəşid və Günel Eyvazlı, Xaçmaz rayonun regional televiziya kanalı olan RTV-kanalında yayımlanan, “Yeni səhifə” adlı ədəbiyyat verlişinin qonağı olublar. Sonda gənc yazarlar öz tələbə yoldaşları olan verlişin aparıcısı, gənc yazar Sərdar Tağıyevlə xatirə şəkili çəkdiriblər.
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
30.09.2012
Günün fotosu
Sentyabrın 30-da Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakulitəsinin tələbələri gənc yazarlar, Vasif Əlihüseyn, Şəhriyar Hacızadə, Fərid Hüseyn, Yetim Qacar, Tural Balabəyli, Ramil Əhməd, Sahibə Rəşid və Günel Eyvazlı, Xaçmaz rayonun regional televiziya kanalı olan RTV-kanalında yayımlanan, “Yeni səhifə” adlı ədəbiyyat verlişinin qonağı olublar. Sonda gənc yazarlar öz tələbə yoldaşları olan verlişin aparıcısı, gənc yazar Sərdar Tağıyevlə xatirə şəkili çəkdiriblər.
Çin olacağı müəmmalı arzu
Ötən gün Arif Hacılının Facebook səhifəsində bütöv Azərbaycanla bağlı bir məlumatı nəzərimi cəlb etdi. Arif bəy iddia edirdi ki, bu ideyanın ilk carçılarından biri o olub. Bu fikrə şərh yazanlardan biri isə daha uzağa gedərək kimin ideyası və bunun hansı yollarla baş verməsindən asılı olmayaraq, dəstəklədiyini gizlətmir. Hətta bunun ABŞ-ın dəstəyi ilə və insan qırğını hesabına reallaşmasına da müsbət yanaşdığını bildirir. Qəribə istək və qəribə məntiq!
Əvvəlcədən qeyd edim ki, Arif bəyə bir şəxsiyyət kimi hörmətim var. Mənə həmişə elə gəlib ki, o hər fikrin arxasınca getməz.
Qarışqalar
Qarışqalar...Uşaqlıq düşüncələrimin qəhrəmanları.Hə yalnış eşitmədiniz. Məhz qarışqalar. O qarışqalar ki, onlar haqqında daima düşünər,həyat macəraları haqqında olmazın hekayələr uydurardım. Bu hekayələr bəzən özümə o qədər inandırıcı gələrdi ki, insan yaranmaq yox, məhz qarışqa olaraq yaradılmaq da istəyərdim. Üzülərdim arzularımın ancaq arzu olaraq qalmasından dolayı. Təbii ki, uşaqlıq arzularımın saflığına gülə də, haqsız olduğumu düşünə bilərsiniz. Ancaq unudulmamalıdır ki, ən saf arzular, ən bakirə duyğular uşaqlıq illərində yaşanır.
Əbuhəfs Sührəvərdi
Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə səfirlik etmiş Ə.Sührəvərdi varid olduğu yerlərdə böyük təntənə ilə qarşılanırmış. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, səfirin Aqsaraya yetişdiyini eşidəndə Sultan Əlaəddin sufilər, əxilər və fütüvvə sahibləri ilə birlikdə onu qarşılamağa çıxdı. Sultan Sührəvərdi ilə görüşərkən onun əlini öpdü. Sultan Əlaəddin Şeyx Sührəvərdinin hədiyyəsi olan bəzədilmiş qızıl nallı qatırın dırnağından öpdü. Şəmsəddin Əhməd Əflakinin verdiyi məlumata görə, Şeyx Sührəvərdinin Konyada qəbulu epizodu maraqlıdır. Azərbaycan filosofu ilə Cəlaləddin Ruminin atası, o dövrün tanınmış siyasi xadimi Bəhaəddin Vələd (... - 1231) arasındakı münasibətə xüsusi diqqət yetirilir.
“Akula Tolik”in sərgüzəştləri
Mənim “Akula” ilə dostluğum ikimizin arasında baş verən mübahisədən başlamışdı. Doğrusu, həbsxana həyatında tanış olduğum və bu gündə əlaqə saxladığım insanların bəziləri ilə ilkin olaraq mübahisələrim düşüb. Necə deyərlər, əvvəlcə çəkişib, sonra bərkimişdik. “Akula” Toliklə də aramızda yaşanan mübahisəmizin sonu sözün həqiqi mənasında çoxlarının qibtə edəcəyi səmimi münasibətə çevrildi. Etiraf edim ki, bu mübahisədə günahkar mən idim. Hadisə belə olmuşdu.
Bir dəfə “Akula” mənə , “Dur əlini yu, bayaqdan sənə fikir verirəm, əlini hara gəldi sürtüsən”, deyə hökm etdi. 25- ci xataya “düşdüyüm” günün səhəri bu bədheybətin mənə belə münasibəti, əlbəttə ki, ürəyimcə olmadı.
29.09.2012
Американская армия - самый большой миф ХХ века
В конце концов, британские войска победили бы разрозненные шайки мятежных колонистов, но в 1783 году войну с Англией начала Франция. Французский флот доставил в Северную Америку значительные силы французской армии. Действиями французской армии и флота английские войска в Северной Америке были разгромлены и капитулировали.
И только тогда на политической карте тогдашнего мира появились США.
За это США очень своеобразно отблагодарили своих французских друзей. В 1803 г., воспользовавшись занятостью Франции войнами в Европе, американцы отобрали у неё Луизиану - последнюю французскую колонию в Северной Америке. На территории этой бывшей французской колонии было создано несколько североамериканских штатов.
Biz nə yazırıq?! Biz nə yazmırıq?
Oturub düşünmədim. Ayaq üstə düşündüm. Biz nədənsə çox vaxt “oturub düşündüm” ifadəsini işlədirik. Biz harda otururuq əsasən? Ayaq yolunda, dərsdə, işdə, imkan tapanda evdəki divan-kresloda. Divan-kresloda düşünmürük. Mürgüləyirik. Işdə düşünürüksə deməli işdən narazıyıq. Dərsdə düşünmək (!) bu artıq təhsil sistemində olan problemlərdən xəbər verir. Biz daha çox ayaq yolunda oturub düşünürük. Elə ona görə də, fikirlərimizin bir çoxu iy verir. Nə isə, keçim ayaq üstə düşündüyüm məsələlərə.
Biz nə yazırıq?! Müasir ədəbiyyatımızı yaxından izləyirəm. Ona görə yox ki, zövq oxşayan, dərin mənalı yazılar yazılır. Qətiyyən!
Heç sorma! Boş ver!
Boş ver!
Sorma hansı sınırdan aşdığımı
Kiminlə qaçdığımı...
Dağdanmı keçim ayaqlarla,
Göydənmi uçum uçaqlarla,
Nə fərq edər !?
İstər turistlərlə,
İstər teroristlərlə...
Heç sorma!
Boş ver!
Güllə güllənin çox fərqi yox,
Bu dünyanın hər nəyi bizim...
"Hamımız potensial Elşad Abdullayevik və Gülər Əhmədovayıq"
“Əsas səbəb bizim siyasi fəaliyyətimizlə və yaşıllar ideologiyasının Qərb imperialist maraqlarına zidd olması ilə bağlıdır”
-Mayis müəllim, bu günlərdə Avropa Yaşıllar Partiyasının baş katibi Jaqualine Kremersin başçılığı ilə bir qrup “yaşıl” Azərbaycanda səfərdə oldu. Bu səfərin əsas məqsədi nədən ibarət idi?
-Əvvəlcədən qeyd edim ki, Avropa Yaşılları mütəmadi olaraq Azərbaycanda olurlar və regionda baş verən hadisələrin araşdırılması üçün görüşlər keçirirlər. Bu görüşün də əsas məqsədi son ildə regionda və Azərbaycanda baş verən hadisələrin bir daha araşdırılması və 2003-cü il seçkiləri öncəsi Azərbaycandakı ictimai-siyasi prosesləri müzakirə etməkdən ibarət idi.
Американская армия - самый большой миф ХХ века
У идеолога нацистской Германии Альфреда Розенберга был фундаментальный труд "Миф ХХ века". Что в нём автор подразумевал под главным мифом прошлого столетия - я сказать не могу, поскольку он, в отличие от "Моей борьбы" Гитлера, на русском языке для свободной продажи ещё не издавался. Но ХХ век действительно был богат глобальными мифами.
Одним из таких мифов ХХ века стал миф о том, что в Соединённых Штатах Америки действительно существует мощная и, самое главное, боеспособная армия (сухопутные войска), которая соответствует статусу великой державы.
Одним из таких мифов ХХ века стал миф о том, что в Соединённых Штатах Америки действительно существует мощная и, самое главное, боеспособная армия (сухопутные войска), которая соответствует статусу великой державы.
Американская армия - самый большой миф ХХ века. Часть II
Как всегда, после очередной войны американцы выдали в мировую информационную сферу свою версию произошедших событий, как всегда изрядно занизив цифру своих потерь. Но если в Корее число своих потерь американцы занижали в 5-6 раз, то на Гренаде они решили не мелочиться и занизили истинное количество своих убитых примерно в сто раз, заявив о 30 погибших.
Эта типичная американская военная ложь продержалась довольно долго, потому что её не стало разоблачать тогдашнее советское руководство, исходя из принципа, провозглашённого в узком кругу тогдашним министром иностранных дел Громыко: "Не стоит злить американцев по пустякам". Следование этому принципу в эпоху Брежнева завело СССР очень далеко, прямиком в "новое мышление" Горбачёва и далее во внешнюю политику Российской Федерации 90-х гг. 20-го в.
Bizdən nələri gizlədirlər?

Yer üzünün hər sakini öz dövlətinin bayrağı altında pis-yaxşı yaşayarkən özünü müəyyən qədər mühafizə edilmiş kimi sayır. Sadə vətəndaş təxmin edə bilər ki, yüksək səviyyələrdə ondan gizlədilən informasiyalar var. Əksəriyyəti bunu normal sayır. Çünki bəzi informasiyanın hamıya bəlli olmasıyla kütləvi narazıçılıq və axır nəticədə xaos yaşanar. Amma hamı ondan gizlədilən məlumatların heç olmasa siyahısını bilmək istəyir. Bu gündən başlanan silsilə yazılarda insanlardan gizlədilən vacib məsələlərə bir qədər işıq salmaq cəhdləri edəcəyik.
Nətərisən?
Gör haçandi görüşmürük
Ay həsrətim, nətərisən?
Barişmiriq, küsüşmürük..
Söz-söhbətim, nətərisən?
Ürək sənsiz daşa dönüb,
Hicran gözdə yaşa dönüb,
Canim buzdu, qişa dönüb,
Hərarətim, neterisen?
Dərdim artib, kalan olub,
Xoş gunlərim talan olub,
Ömür-günüm yalan olub,
Həqiqətim, neterisen?
Nurlan Quliyeva. Qanun
- Elmlərin şahıyam! – dedi.
Təfəkkür:
- Oğul, böyük danışma! – söylədi. – Səni təxəyyülümdə yaradıb öz dünyamda böyütmüşəm.
- Ustad, hirslənməyin! Mən nəinki dünyanın, hətta bütün kainatın şahıyam. Axı elmlər dünyanı öyrənir.
- Belə de... Elmdə şahlığını qəbul etdik. Dünyada şahlığını sübut et!
Riyaziyyat xeyli fikrə getdi. Təxəyyül köməyinə gəldi. Sözə başladı.
- Dünyanı riyazi qanunlar idarə edir. – dedi. - Böyük partlayışdan sonra dünya zərrə-zərrə toplanaraq yarandı. İndi hissə-hissə çıxılaraq məhvə doğru gedir.
Laçın Məmişov Ənvər Börüsoya cavab verdi: "Siz busunuz!"
Qarabağ musiqinin konservatoriyasıdırsa, Şirvan Elmlər Akademiyasıdır
Həmin Qarabağın mənəm deyən xanəndələri və musiqiçiləri Aleksandr Dümanın öz "Qafqaz səfəri" kitabında adını çəkdiyi Mahmud ağadan musiqi dərsi alıb; onlara musiqinin nə olduğunu, muğamın nə əhəmiyyət kəsb etdiyini Mahmud ağa öyrədib
Qabarağ və İrəvan davasını Siz ancaq Bakıda kompüterin qarşısında, klaviaturada remboluqla edə bilərsiniz, Ənvər Börüsoy
Ənvər Börüsoy yaxşı olar ki psixoloqla məsləhətləşin. Alim Qasımovun “Qarabağ zavod deyil ki, səs istehsal etsin” deməsi Sizi belə yandırması Qarabağlı olaraq təssübkeşlik etməniz deyil. Alim Sizdən fərqli olaraq məkrli birisi deyil.
28.09.2012
LÜSİFERİN KAHİNLƏRİ -2
II hissə: Azad bənnalar mason ideyalarına mane olan vətənpərvərlik və
milliliyi məhv edərək, beynəlmiləl ideyaları yayırlar
Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz araq, qanuniləşdirilmiş
narkotiklər, insan psixikasını məhv edən və sinirlərini pozan dəli musiqi,
mənasız seriallar- bütün bunlar get-gedə həyat normasına çevrilir
Yüksək zirvəyə
çatmış masonlar xristianlıqda ağır günah sayılan homoseksualizmi alqışlayır,
onu müdriklik aktı adlandırırlar. Masonlar iddia edir ki, hər şeydə xeyir və
şər var, ona görə insan gərək yaxşını da görsün, pisi də; çirkaba da batsın,
zirvələrə də ucalsın.
“Psevdo-Freydizm”
Əgər bir insanın başqa bir insana qarşı olan mənəvi ehtiyacı sadəcə “Səninlə cinsi əlaqədə olmaq istəyirəm” etirafı ilə tam izah oluna bilsəydi, nə şeiriyyata, nə də ədəbiyyatın digər janrlarına ehtiyac da qalmazdı. Ümumiyyətlə, söz sənəti, ədəbiyyat, musiqi, rəssamlıq və digər insan ruhunun tərənnümü olan sahələr inkişaf etməzdi. Heç insanlar mağaradan da çıxmazdılar.
Çünki sevginin, cinslərarası duyğuların, insan arzularının adi kağızın hazırlanmasından tutmuş robotların yaradılmasına qədər gətirib-çıxardığına inanıram.
BÜTÜN ZAMANLARIN ƏN BÖYÜK DİKTATORU
"Stalin uzun illər boyu Rusiyanın diktatoru olub. Mən onun karyerasını nə qədər çox təhlil etdimsə, bir o qədər də onun buraxdığı dəhşətli səhvlərdən və idarə etdiyi xalqa qarşı həddindən artıq zalımlığından dəhşətə gəldim". Çörçil.
"Bu adam hərəkət etməyi bacarır. Məqsədi həmişə onun gözünün qabаğındadır". Ruzvelt.
Ramazanın “Ramses”i
Arzu Abdulla
Və ya gözəllik ustalarının “Aylı gecə”si
Sovet dönəmində belə bir lətifə vardı. İki kəndli söhbət edir. Biri o birinə deyir: “Bu şəhər Musanı da əməlli-başlı adam elədi, gül kimi işdə işləyir”. Həmsöhbəti ondan Musanın nə işlə məşğul olduğunu soruşanda belə cavab alır: “Şəhərdə “qurizşik” işləyir”.
Kəndli neyləsin, elə bilirdi ki, “qurizşik” vəzifədir. İndi paytaxtımızda hara baxırsan, əcnəbi sözləridir. Restoran, mağaza, hətta cırıq ayaqqabıların tikildiyi yerə də yaddilli ad qoyulub. Məsələn, “Perfect” təhsil mərkəzi, “Star” hamilə geyimləri, “Star Silver” bijuteriya mağazası, “Haangar” mağazası, “Şare” qadın geyimi, “Tesko” kompüter mağazası, “Moonly night” gözəllik salonu, “Elit” restoranı...
Aslan Quliyev – 55
Tənhalıq bilirsiniz nədir?
Tənhalıq - zaman qatarına oturmaqdı. Yol boyu pəncərədə öz əksini görməkdir. Soyuğunda isinməkdir.
İztirabın girabında qovrulmaq. Yolun kələ-kötöründə yorulmaq. Öz gözündə bu yolları qayçılayıb. Qısaltmaqdır.
Təbiətin böyüklüyünə həsəd aparmaq. Dənizin ləpələrinin sahil boyu toxunmasına qısqanmaqdır.
Həyatı , səhnə bilib, tamaşa bilib oynamaq. Söz, söhbətdən zireh geyib, qorunmaq.
Yalançı ümidlərdən kəfən geyinməkdi, tənhalıq. Bu ümidlər bataqlıqdır, bataqlıq.
Boşluqlara toxunmaq, tənha insanların peşəsidir. Ürəkləri ən sevimli guşəsidir.
Sevilmək dilərlər hər gecə, Allahdan. Usanmazlar, inanmaqdan.
"Tarix bilgiləri insanın ağlında deyil, tarix qaynaqlarındadır, kitablardadır"
Güntay Gəncalp (Cavanşir) 1966-cı ildə Güney Azərbaycanın Muğan bölgəsinin Limili kəndində dünyaya gəlib. İranda fars dili və ədəbiyyatı, Bakıda və Ankarada isə türk dili və ədəbiyyatı üzrə ali təhsil alıb. Bu günə qədər İranda 3, tərcümə əsərləri ilə birlikdə Bakıda 9 kitabı işıq üzü görüb. Tarix, fəlsəfə və ədəbiyyatşünaslıq mövzularında məqalələrin müəllifidir.
- Tarixi əsər yazmaq asan deyil. Bunun üçün tarixi bilgilərin olması zəruridir. Necə bilirsiniz, özünüzdə bu bilgilərin yetərli olduğuna əminsinizmi və kitabı yazmaq qərarına gələndə bu məsuliyyəti hiss etdinizmi?
NARDARANDA AMERİKANIN VƏ İSRAİLN BAYRAQLARI YANDIRLDI
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Bakının Nardaran qəsəbəsində “Müsəlmanların məsumiyyəti” adlı filmə və Fransada dərc olunan jurnalda İslam Peyğəmbərinə hörmətsizlik ehtiva edən karikaturaya etiraz olaraq qəsəbə sakinləri aksiyası keçiriblər.
Aksiyada 200-ə yaxın inanclı iştirak edib.
Aksiyada "Məhv olsun Amerika!", "Məhv olsun Fransa!", "Məhv olsun İsrail!", “Yatma oyan Azərbaycan, dinə dayaq Azərbaycan!” kimi şüarlar səsləndirilib.
Avropa Komissarlığı Hilal Məmmədovun hüquqlarının pozulmasından narahatdır
“Məmmədovun vəziyyəti haqqında aldığım məruzələr həqiqətən bizi narahat edir. Bu vəziyyətdən aydındır ki, fundamental hüquqlar belə pozula bilər. Azərbaycanla insan hüquqları haqqında dialoqlarımızda bu məsələni qaldıra bilməyimiz üçün Bakıdakı nümayəndə heyətimizə bizə məlumat verməsi tapşırılıb”, deyə Viqandın hüquq müdafiəçisi Ataxan Əbilovun adına ünvanladığı məktubda bildirilir.
Открытое письмо Ильхаму Алиеву от гражданина Азербайджана Зейналова Садияра
Президенту Азербайджанской Республики господину Ильхаму Алиеву от гражданина Азербайджана Зейналова Садияра
Уважаемый господин Президент!
С октября 2007 года я и моя семья подвержены преследованиям со стороны всем известного господина Джалала Алиева. Возникшие с ним противоречия на фоне моего отказа выполнять какие – либо незаконные поручения и оскорбительное его поведение в том числе в отношении Вас и Вашей семьи, привели к тому, что я не выдержал и предложил ему прекратить наши личные встречи. В личном плане я не считал себя чем – либо обязанным господину Джалалу Алиеву. Никаких серьезных личных просьб у меня к нему никогда не было. Деканом факультета Бакинского Государственного Университета я работал за долго до того, как господин Джалал Алиев в 1997 году предложил мне сотрудничать в бизнесе.
27.09.2012
Dağlarda tapılmış hökmdarın sirri açılır
Avrasiya.net Discovery-ə istinadən bildirir ki, arxeoloqların “Dəmir adam” adlandırdıqları bu artefaktın hündürlüyü 24 sm, çəkisi 10 kq-dır.
Heykəlcik Vaisravana tanrısını əks etdirir.
“Meteoritics and Planetary Science” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, nasistlərin 1936-1938-ci illərdə Himalay dağlarına ekspedisiyası zamanı onlar 1000-dən artıq nadir artefakt aşkarlamış və Almaniyaya aparmışdılar.
Heykəl buddist və buddizmə qədər olmuş Bon mədəniyyətinin sintezidir.
Artefakt buddizmdə “Şimal hökmdarı” adlandırılan Vaisravanadır. “Şimal” isə Tibetdə “Şambala” adlandırılır.
Sonuncu kommunist
Birinciləri deyil, sonuncuları sevin, onlardır tarixi öz yeni pilləsinə qaldıranlar
Biz bəni-adəmlərin çox qədim bir xəstəliyi var.
Beynimizdə belə bir qərar vermişik ki, guya, ağı qaradan seçdiyimizə, talvarda sallanan ağ şanıyla qara şanının dadını fərqləndirdiyimizə görə şükür sənə ay Allah, biz ağıllıyıq.
Yox, belə deyil. Bəli, biz öyrəncəliyik - lənətəgəlmiş elm, idman, fizika, siyasət, ədəbiyyat sahəsində kimin haçan birincilik əldə etdiyini bilincə sevinirik - həə, nə yaxşı, artıq qəzetlərdəki ən qəliz krassvordları axıracan həll edə bilərik!
Sabir Rüstəmxanlının yeni kitabı çıxıb
Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnı mətnləri də "Mahnılar" adlı ayrıca bölmədə verilib.
Kitaba həmçinin şairin "Orxonla görüş" və "Atəş böcəyi" poemaları daxil edilib.
26.09.2012
Lüğətimizə yeni sözlər gəldi
Yeni lüğətə görə, artıq kompüter sözü bir çoxlarının yazdığı və əvvəlki lüğətdə göstərildiyi kimi, "kompyuter" kimi deyil, "kompüter" kimi yazılmalıdır.
Подписаться на:
Сообщения (Atom)