Piriyev Vahid xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkir. Müalicə uğurlu nəticə vermədiyindən 19 sentyabrda Vətənə qohumları tərəfindən ağır vəziyyətdə gətirilən V.Piriyev Gürcüstan-Azərbaycan sərhəd məntəqəsində ona axtarışda olması elan edilərək həbs edilmişdir.
Polis nəzarəti altında yarıhüşsuz vəziyyətdə AR Vergilər Nazirliyinin istintaq idarəsinə gətirilərək müstəntiq Nofəl Əhmədov tərəfindən dindirilimiş, sonra isə Ədliyyə Nazirliyin penitensiar xidmətin xəstəxanasında yerləşdirilmişdir. Məlum olmuşdur ki, Türkiyədə müalicə alan vaxt Azərbaycan istintaqçıları onun barəsində AR Cinayət məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ilə (vergi ödəmədən yayınma) axtarış elan ediblər.
Bunun səbəbləri haqqında müxtəlif təxminlər vardır. Bir təxminə əsasən, Vahid Piriyev SahibTac MMC-də mühasib vəzifəsində işləmiş və mətbuatdan məlumdur ki, həmin müəssə ilə əlaqədar AR Prezidentinin əmisi Cəlal Əliyev şərikləri ilə məhkəmə çəkişməsindədir. Vahid Piriyevin də həmin işlə bağlı saxlanılması ehtimal olunur.
"Mirzə Xəzərin Səsi" qəzeti
Комментариев нет:
Отправить комментарий