23.09.2012

SƏN QIZZDAKI FARASATA BAX E...

Faiq Balabəyli

Mən şokdayam. Bərəkət haqqı, hələ də özümə gələ bilmirəm. Doğrudanmı bu belədir? Doğrudanmı Azərbaycan Respublikasının Milli məclisinin üzvü, deputat, Respublika Uşaq Fondunun sədri, xanım Gülər Əhmədova ABU nun rektoru, hüquq elimləri doktoru, professor Elşad Abdullayevi “qazlayıb” 2 milyon pulunu alıb? Alıbsa, lap əcəb eləyib, əlinin içindən, içini çılündən gəlib. Bu əsl şir südü əmmiş, qədim türklərin soyundan olan Tomris ananın, Bərdə hökmdarı Nüşabənin, Qaçaq Nəbiyə qaçqalığı və qoçaqlığı başa salan canı yanmamış Həcərin davamçısı olmaq deməkdir. Ölkədə Korrupsiyaya qarşı mübarizənin tozanaq aldığı bir dövrdə, Ərəb Zəngi misali bir görkəm alaraq, qatı bir korrupsionerin başına torba tikmək hər kişinin işi olmadığı bir məqamda, zənən xeylağı olaraq bu addımı atmaq “Evrovizion” qalibi olmaq qədər şərəfli və yadda qalandır. 
Mən şəxsən Gülər xanım Əhmədovanı bu uğurlu kompaniya münasibəti ilə təbrik edir, onun köməkçisi olan dahi şair, filosof Əhməd Şahidovu və Azərbaycan jurnalistikasında çox bucaqlı həndəsi fiquru andıran, xarizmatikası ilə Cəvahirləl Nehrudan fərqli olan podruqasını – jurnalist xanımı təbrik edir və xanım deputatın ətrafında sım-sıx birləşməsini tək olan Allahdan və onun administrasiya rəhbərliyindən acizanə surətdə xahiş edirəm. üzümü tutub Rəbbimə deyirəm: Ya Həzrət, qoru bunları. Bu tipli insanlar qorunmalıdır. Necə ki, çəyirtkələrin taxılı basıb yeməməsi üçün qurbağalar qorunub saxlanılır ki, basıb çəyirtkələri yesinlər, məhz onlar da bu cür qorunub saxlanmalıdırlar ki, Elşad Abdullayev kimilərin əlindən yığdıqlarını ala bilsinlər!
Elşad Abdullayev qorxusundan gedib oturub Strasburqda. Bu tərəfə gələ bilmir. Arada mətbuata açıqlama verir ki, bəs filankəs məni aldatdı, dedi qardaşundan təzə xəbər var, filan qədər ver deyim. Bəhmənkəs dedi ki, Mahir Abdullayev sağ-salamatdır, filan qədər ver, yerini göstərim. Bu yazıq da açıb pul meşokunun ağzını paylayırmış. Özüdə pul istəyənlərin heç biri baxıcı-filan olmayıb ha, hamısı dövlətin güc strukturlarında yüksək vəzifədə təmsil olunan yemyekə ulduz sahibləri. Maraqlıdır, görəsən bu insanlar fərqindədilərmi, nə boyda qəbahət və cinayət törədirlər. Bir şeylə təskinlik tapmalıdırlar ki, nə vaxtsa xalqın qəzəbi bunlarl tutanda əl atıb yerdən götürdükləri butulkalar şüşə yox, plastik butulkalar olacaq. Anus dəlikləri bir qədər rahat nəfəs alar.
Nə isə, mənim onlarla, onlara taxılacaq plasti qablarla heç işim olmaaz. Mən bu məqamda Xanım Əhmədovanın GÜLƏR çöhrəsini xatırlayıram, və təsəvvürümə gətirirəm onun Elşad Abdullayevdən 2 milyonu alıb, parlamentə seçdirəcəyini vəd edəcəyi andakı görüntünü.
Bu bir yenilməz ürək sahibi olmaq deməkdir. Sən camaatın kişisindən pulu alasan, deyəsən səni deputat etdirəcəm, sonra da sözünün üstündə durmayasan, pulunu geri istəyəndə də hədə-qorxu gələsən ki, bir də bu mövzuya qayıtsan səni “ak” elətdirərəm.
Mən, ilin-günün bu vaxtında Vətəni tərk edib, gəzməyə qürbət ölkə deyən Elşad müəllimin dediklərinin həqiqət olduğuna əmin olsam əgər, bir Azərbaycan vətəndaşı olaraq Gülər xanım Əhmədova ilə fəxr edirəm. Fəxr edərəm ki, 34 saylı Xətai ikinci seçki dairəsindən özünəməxsus yol və bacarıqla deputat seçilən Gülər xanım Əhmədova, məhz 34 saylı Xətai ikinci seçki dairəsindən deputata seçilib. Bu qadın Xətaidən deputat seçiləndən sonra rayon sakkinlərinin qarınağrısı minumum həddə çatıb. Onun işıqlı və yaraşıqlı deputata olduğu andan sonra deputatı olduğu inzibati ərazinin yol kənarındakı və bağçalardakı əncir ağacları və digər ağaclar soyqırıma məruz qalmışdır ki, nəticədə həmin yaşıllıqların yerində ticarət obyektləri tikilmişdir. Həm də məktəbə gedən kiçik yaşlı uşaqlar ağızlarının suyunu axıda-axıda həmim ağacların meyvələrini yeyib qarınağrısına tutulurdular. Gülər xanım bununla barışa bilməzdi! O, Respublika Uşaq Fondunun sədri olaraq, uşaqlarımızın bizim gələcəyimiz olduğunu hamıdan yaxşı bilir və bu istiqamətdə əlindən gələni əsirgəmir. Həm də o uşaqlar qarınağrısına tutulub özlərini evlərinin, yaxud məktəblərinin ayaqyollarına çatdıra bilmir və ağac diblərinə peşov edir, oturur və peyinlərinin iyi ilə ətrafa arzuolunmaz qoxular ifraz edirlər. məhz belə uzaqgörən bir xanım deputatın bir elm-təhsil ocağının rəhbərindən 2 milyon manat pul alması millətimizin parlaq gələcəyindən xəbər verir. Bir vaxtlar oxuyub-yazmağı bacarmayan, çarşaba bürünüb namaz qılıb, bozbaş bişirən Azərbaycan qadının bu iri miqyaslı taktikası ürəyimin dərinliklərində ona qarşı bir rəğbət toxumunun dəmyə üsulla becərilməsindən, cücərdilməsindən xəbər verir ki, bunun üçün kultivasiya zad gərəkməz. Çiçəklənən Respublikamızın iqtisadi cəhətdən regionda aparıcı dövlət olması , xanım deputatımızın bu iki milyonluq əməlliyyatından sonra bizlərə daha tam ayydın olur. Əgər bizim dövlətimiz regionda zəif dövlət olsaydı, bir nəfərdən bu qədər aldadıb pul ala bilərdilərmi? Həm də bu iş fırıldaqçılar tərəfindən yox, Respublika prakurorluğunun, DİN nin məsul şəxsləri tərəfindən, eləcə də Millət Vəkili tərəfindən edilir.
Elşad müəllim hələ xəcalət də çəkmir, deyir ki, Gülər Əhmədovanın məni aldadıb iki milyon manat almasını Baş Prakuror Zakir Qaralov da yazıb bildirmişəm. Bərəkət haqqı məni gülmək tutub, səcim Strasburqa çatmır ki, bir də soruşam: mən ölüm kimə demisən, Zakir Qaralova!? Ayıbdır, sənin onun-bunun uşağına təhsil vermək adı ilə mənimsədiyin pula görə o boyda kişi bu boya zənən deputatla üz-göz olacaq? Sən Allah get özünə iş tap, otur Strasburqda, yığdıqlarından qalanları yavaş-yavaş ye, yoxsa, millətimizin fəxri, milli məclisimzin üzvü, uşaq fondumuzun sədri sənə bir təpitmə gələr qalarsan vurnux-vurnuxa.
Mən şokdayam, bərəkət haqqı, sən qızdakı fərasətə bax e..

Комментариев нет:

Отправить комментарий