Zeynəb Xanlarova, Rübabə Muradova, Qulu Əsgərov, Canəli Əkbərov dəyərli sənətkarlarla tərəf müqabil olmuşdur. Onun üçün ən unudulmaz məqamlardan biri Moskvada, Kremlin qurultaylar saarayda və Çaykovski adına zalda etdiyi çıxışlar, həmin tədbirdə səngiməyən alqışlar, təkrar-təkrar səhnəyə dəvət olunmsasıdır. Pespublikanın Əməkdar Artisti, Prezident təqaüdçüsü Rəsmiyyə Sadıqovanın sağlığında şair Əliağa Bakir ona şer həsr etmişdi. Həmin şeiri sizə təqdim edirik:
Səsi hər yanı tutub,
Qəlbi min sehrə salıb,
Bağı-cənnətdə açıbdır
Gülü Rəsmiyyəmizin.
Əslisin, Leylisin
Hərkimsə ürəkdən bəyənir,
Sədası heyran edibdir
Eli Rəsmiyyəmizin.
Bulaq üstündə, çəməndə
Oturub dinləyəsən,
Cəh-cəhi bihuç edib
Bülbülü Rəsmiyyəmizin.
Bəmidir oxşayan hər dəmdə
Zərif ruhumuzu,
Mülki-dünyaya dəyərmiş
Zili Rəsmiyyəmizin.
Səsi valeh eləyibdir,
Sənət aşiqlərini,
Olmasın ömrü boyu
Müşkül Rəsmiyyəmizin.
Xatırladaq ki, onun dəfnini tələbəlik yoldaşı, millət vəkili Zeynəb Xanlarova təşkil edib. R. Sadıqova Xırdalan şəhərində anasının yanında dəfn olunub.
cenubxeberleri.com
Комментариев нет:
Отправить комментарий