13.11.2012

GÜNƏŞ DOĞUR

Furuğ Fərruxzad

Bax gör  necə gözlərimin içindəki kədər
Damcı - damcı  əriyir
Gör necə, üsyancı  qara kölgəm
Günəşin tutsağı olur
Bax,
Yox olur bütün varlığım
Içinə çəkir məni  bir qıvılcım
qaldırır məni  zirvələrə
məni duzağına düşürür
Bax
Mənim  göy üzüm
Saysız ulduzlarla dolur
Uzaqlardan daha  uzaqlardan  gəldin sən ,
ətirlər və ışıqlar ölkəsindən

indi oturdubsan məni  fildişləri ,buludlar ve krıstallardan oluşan bir qayıqda
Apar məni  ürəyimi oxşayan umudum
Apar şeirlərin və həyəcanların diyarına
Ulduzlarla dolu bir yola  çəkirsən  məni
oturdursan ulduzlardan daha  yüksək bir yerə
Bax
yandim  ulduzdan
atəşli ulduzlardan dolub daşdım
Gecənin gölçüklərindən  ulduzları toplayan
Saf qırmızı balıqlar kimi oldum
əskidən nə qədər uzaqdaydı  yer kürəmiz
Göyüzünün bənövşə  odalarına
Indi sənin  və mələklərin qarlı qanadlarının səsini yenidən eşidirəm
Bax sonunda mən haralara çatmışam
Samanyoluna , ölümsüzlügə , sonsuzluğa
Indi ki çatmışıq  zirvələrə
Yu məni ləpələr şarabıyla
Öpücüklərinin ipəyinə sar məni
Məni  istə  uzun sürən gecələrdə
məni bir daha yalnız buraxma
Məni ulduzlardan ayırma
Bax yolumuzda  gecənin mumu
necə  damcı-damcı əriyir
sənin sıcaq laylalarına
mənim gözlərimin qara qədəhi
yuxu şarabıyla dolur daşır
mənim şeirlərimin beşiginə bax ki
necə sən üflədikcə günəş doğuyur

Çevirən: Şəlalə Cavanşir

Комментариев нет:

Отправить комментарий