13.11.2012

SEVGİLİN OLMAYIM

Ramilə Qardaşxanqızı

Gözləində itim, batım,
Mən olum hər içinə çəkdiyin nəfəsdə.
Var olum varliğında,
Yox olum yoxluğunda.
Bir tək…
Sevgilin olmayim!
Sənsizlikdən qaçım sənli anlarıma,
Sənlə yaşayım, sənlə yaşlanım.
Sənsiz ölüm də,
Səninlə olum da.
Bir tək…
Sevgilin olmayim!
Bərabər seyr edək ulduzları,
Yuxulayaq birgə.
Sübhə gözlərimizi açaq,
Sabahlar bizim olsun.
Açılan süfrəmiz,

Oynayan körpələrimiz,
İki otaqlı evimiz olsun.
Təbəssüm olum yanaqlarında.
Bir tək…
Sevgilin olmayim!
Sevgilisi olum hisslərinin,
Sevim cüt yazilan adlarımızı,
Bərabər düşən izlərimizi.
Tarix yazım sənin üçün,
Tarixin olum.
Bir tək…
Sevgilin olmayim!
İstərsən varın olum, yoxun olum,
Azın olum, çoxun olum,
Şirin-şəkər yuxun olum.
Yatım gözlərində, yat ürəyimdə.
Ən yaxın dostun olum, sirdaşın olum,
Və tən YARIN, canın olum.
Bir tək…
Sevgilin olmayim,
Sevgilərə ayrılıqdır həyan,
Sevgililərə hicrandır bəyan.
Məndən sevgi adına,
Məhəbbət naminə gen dur.
Uzaq dayan!
Qulun olum, kölən olum,
Bir tək…
Sevgilin olmayim!!!
Sevgilin olmayım!!!

Комментариев нет:

Отправить комментарий