Страницы

30.09.2014

Əhmədinejad: İran xalqına qurban!

İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad cümə günü gecə televiziya vasitəsi ilə xalqa etdiyi son müraciətində bütün var-gücünü onların xidmətinə sərf edəcəyi ilə bağlı verdiyi vədi bəyan edərək deyib: Əziz xalqa elan edirəm ki, xalqın mənafeyinə qarşı heç bir sənədi imzalamamışam və heç kim mənim xalqa və xalqın bütövlüyünə qarşı imzaladığım sənədin olduğunu deyə bilməz.
"Sabahdan və prezidentliyin təsdiqləmə mərasimindən sonra siz nə edəcəksiniz?" sualına cavab verən Əhmədinejad deyib: Məhkəmə hakimiyyətinin sədrinə bir məktub yazmışam və bildirmişəm ki, mənim həyatımda dəyişikliklər baş verib. Məktubu verəcək, prezidentin təsdiqlənməsi mərasimindən sonra iftara yaxın olduğuna görə öz mənzilimə gedəcəyəm. Biz ev əşyalarını prezidentlik qurtarmamışdan bir gün öncə hökumət mənzilindən şəxsi mənzilimizə aparmışıq. Bu gecə prezident aparatında dövlət mənzilində olacağımız son gecədir və sabah Tehranın cənubunda Narməkdə öz mənzilimizə gedəcəyik.

29.09.2014

Александр Дугин: Евразийский Союз и Евразийский Диалог

Создание Евразийскогo  Союза провозглашено одним из важнейших приоритетов российской внешней политики как стратегия третьего срока Президента Путина. Следует присмотреться к этому проекту внимательно и определить его значения как для глобальной архитектуры мира, так и для основных региональных держав, напрямую граничащих с Россией и странами СНГ.
Итак, что понимают в Москве под Евразийским Союзом?
В своей программной статье, провозгласившей ориентацию на Евразийский Союз, Президент Путин не дает всех ответов на острые вопросы, но намечает общие подходы. Во-первых, из статьи явствует, что Евразийский Союз не является синонимом Евразийского Экономического Содружества (ЕврАзЭС), в рамках которого речь идет исключительно об экономическом партнерстве и создании Таможенного союза. ЕврАзЭС (Россия, Казахстан, Беларусь, Таджикистан, Киргизия) и Таможенный союз (Россия, Казахстан, Беларусь) уже существуют и действуют. 

Vyetnam müharibəsinin hərbi aspektdən təhlili

Hüseyn Ələkbərli

1960-cı illlərin ortalarında ABŞ və SSRİ arasında hərbi-siyasi vəziyyət daha da kəskinləşirdi. Varşava Müqaviləsi Təşkilatı ölkələri və NATO blokunun yeni silahlarla təchiz olunması, Berlin və Karib böhranlarından sonrakı vəziyyət, habelə Avropada ortamənzilli qanadlı raketlərin yerləşdirilməsi rəsmi Moskva ilə Vaşınqton arasında razılığın əldə olunmasına mane olur, hər iki fövqəldövlətin atom və hidrogen bombalarını sınaqdan keçirməsi isə bəşəriyyətin gələcəyini sual altına qoyurdu. İstər ABŞ-ın, istərsə də SSRİ-nin nüvə başlıqlarını bir-birinə çatdıra biləcək ballistik rakketlərə sahib olması genişmiqyaslı nüvə müharibəsi təhlükəsi yaradırdı. Əlbəttə, trotil ekvivalenti onlarla meqaton olan nüvə zərbələri, nəinki, bu iki dövləti, hətta planeti tamamilə məhv etməyə qadir idi. Bu səbəbdən də fövqəldövlətlər nüvə müharibəsini arxa  plana salıb əsas diqqəti lokal münaqişələrə yönəltmişdilər. Vyetnam müharibəsi də bunlardan biri olmalı idi.

24.09.2014

Bakının mərkəzində erməni agenturası

Eynulla Fətullayev

Mənzil-qərargahı ABŞ-da yerləşən və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən bir neçə iri beynəlxalq təşkilatın ölkəmizdə kütləvi iğtişaşların təşkilini maliyyələşdirməsi artıq ifşa olunub.
Milli Demokratiya İnstitutu ilə bağlı tarixçə bu baxımdan ibrət dərsi alınmalı olan əhvalatdır. İREX-in fəaliyyətində isə hətta aşkar erməni izləri də tapılmışdı.
Amma sən demə, təkcə bunlar da deyilmiş. Azərbaycanda “World Vision İnternational” təşkilatının çətiri altında daha bir şaxələnmiş ermənipərəst şəbəkə fəaliyyət göstərirmiş. Özü də bu təşkilat Bakının düz mərkəzində - Nizami (“Torqovı”) küçəsi, 92 ünvanında məskən salıbmış...
1950-ci ildə ABŞ-da yaradılan “World Vision İnternational” yevangelist xristian kilsəsinin dini və qeyri-kommersiya təşkilatıdır. Bu qurum zahirən humanitar yardım göstərmək məsələləri ilə məşğuldur.

Saməddin Sami - DODAQLARINDA

Xatirəm yaşayar qəlbində ölməz,
Mənim tək sevənin həyata gəlməz,
Unutdum demisən, bu ola bilməz.
Sən necə unuda bilərsən məni!?

Bir dərdin olanda dönüb sən oldum,
Sevincdə yaşadıq, qəmdə tən oldum.
Sevməyi öyrədən sənə mən oldum.
Sən necə unuda bilərsən məni!?

Yalanmı səninlə bu yaşananlar,
Üzməzmi qəlbini xatirələr, yar,
O görüş yerində min nişanə var.
Sən necə unuda bilərsən məni?


23.09.2014

TOY BİZNESİNİN KÖLGƏSİ: Qazananlar kim, itirənlər kim?

Son günlər ölkədə təmtəraqlı yas mərasimlərinə qadağa qoyulması ictimaiyyətin əsas müzkirə mövzularından birinə çevrilib. Düzdür, rəsmi şəkildə hər hansı qərarın verildiyi açıqlanmayıb. Ancaq bir çox rayon və şəhərlərdə icra hakimiyyətlərinin yas mərasimlərində yemək verilməsinin qarşısını aldığına dair hər gün yeni xəbərlər gəlir. İcra başçılarının bunu özbaşına edə bilməyəcəyini nəzərə alsaq, qərarın “yuxarıdan” verildiyinə şübhə qalmaz. Deputatların da bununla bağlı açıqlamaları hakimiyyətin bu sahəyə “əl gəzdirmək” niyyətinin ciddiliyindən xəbər verir.
Bəziləri bunu insan hüquq və azadlıqlarına müdaxilə kimi izah etsə də, son illər yas mərasimlərindəki ifrat təmtəraq dövlətin bu sahədə müəyyən tənzimləmə aparmasını zərurətə çevirmişdi. Azərbaycanda yas mərasimlərinin sadələşdirilməsi yönündə atılan addımlar yalnız bu sahədən böyük gəlir götürən bəzi iş adamlarının narazlğına səbəb ola bilər. Əksəriyyət çoxdandır bu çür islahatlar aparılmasını tələb edirdi. Məsələ ondadır ki, “cadır biznesmenləri” Bakıda yas məclisinin bir iştirakçısı üçün minimum 8-10 manat pul tələb edirlər. Menyudan asılı olaraq, bu rəqəm bir nəfər üçün 30-40 manata qədər yüksəlirdi.

Asif Ata Ocağında Şərqilik Bayramı keçirilib

Mütləqə İnam Ocağının Ruhsal Mərkəzində “Şərqilik” Bayramı keçirilib. Bu haqda Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib. Ocağın Ruhsal Başçısı Safruh İnam Evinin həyətində qalanmış tonqal yörəsində bayramın mahiyyətini ifadə edən söz deyib, gələnləri kutlayıb. Bayramda Ocaqçılar, İnamçılar, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ocaqçılar və qonaqlar bayramın ruhuna uyğun söz deyiblər. 
Asif Ata Ocağının il ərzində keçirilən 4 bayramı var: “İnsanilik”, “Xəlqilik”, “Şərqilik”, “Bəşərilik”. 
Şərqilik – Ocağın üçüncü bayramıdır. Kutsal “Şərqilik” Bayramının mahiyyətində Şərqin əzəli, əbədi ilahilik məqamları vurğulanır, Şərqilik bir dəyər kimi insanlara sunulur, bayram səviyyəsində kutlanır. Bunun özülündə duran amac ondan ibarətldir ki, insanın, yurdun var olması sonda Şərqin var olmasıyla sonuclanır. 
Şərq insaniliyin beşiyidir: bədiiyyatda, ondan daha artıq səviyyədə dində, ruhaniyyatda, fəlsəfədə...

Nahid Şəmşir - Vida

Onun çox nadir təsadüf olunan ifadəli gözləri vardı, iş­vəli parıltısından xeyirxahlıq, müdriklik, gizlənmiş kədər oxu­nurdu. Sanki baxışları deyirdi: "Bu dünya o qədər də yaxşı deyil, əzizim. Ancaq biz birlikdə bacararıq!".
-Həyatda nə istəyirsən?- soruşdum.
-Sevgi, - dedi. O tutuldu, mızıldadı ki, düzü, mən bu məsələ üzərində heç düşünmürdüm. Onda mən onu xilas etdim ki, özüm bu sual barədə əvvəllər çox fikirləşmişdim.
-Həyatımda hər şey yalnız məndən asılıdır, ona görə nəyisə istəmək yox, etmək lazımdır. İstədiyimi də edirəm. Amma sevgi... mənim ixtiyarımda deyil. Bu, həyatda, bəlkə də yeganə şeydir ki, gərək gözləyəsən,- o, göz qapaqlarını endirib fikrə getdi. Görünür ona vaxt lazımdı ki, mənim sözlərimi ikimizin də dilinə gətirsin. Ola bilsin, o, mənim anlamadığım şey barədə düşünürdü. Nəhayət, yavaş-yavaş başını qaldırıb mənə baxdı, sanki eyham vuraraq ki fikrim hədəfə çatıb və davam edə bilərəm. Ancaq mən heç nə əlavə etmədim.
Biz uzun müddət susduq, bir-birimizə baxdıq, bu zaman ürəyim qorxudan sıxılırdı. Lap tezliklə öz sevimli insanımı, o da məni itirəcək. Mən təsəvvürümə gətirirdim ki, həmin bu dəqiqələr necə xatirələrə çevriləcək, sonralar onlar necə ən soyuq gecələri qaranlıq otaqda mənim gizli ocağım, şamım olacaq.

AKİF ABBASOV - SİQARETİN GÜCÜ

Yerində çox qurdalanan Ceyhun yata bilməyəcəyini başa düşüb ayağa qalxdı və eyvana çıxdı. Gecənin bir aləmi idi. Əlini cibinə atdı. Siqareti  qurtarmışdı. Evdə həmişə ehtiyatı olardı. Bu gün qonaqları gəldiyindən olan-qalan siqaretini də ortaya qoymuş, onlar da siqaretin başına daş salmışdılar.
Bəs nə etsin? Dükan-bazar da bağlı. Birdən-birə bərk darıxdı. Siqaretdən ötrü belə qəribsəməmişdi. Aşağı düşüb həyət-bacanı gəzməyə başladı. Olur da bəzən, qutudan siqaret çıxaranda görürsən  biri yerə düşür. Onu yerdən götürməyi özünə  sığışdırmırsan. Həm də yerə düşüb axı. Silməli deyil, yuyulmalı deyil ki təmizə çıxa.  İndi Ceyhun elə vəziyyətdə idi ki, yerdə siqaret tapsaydı, həvəslə onu götürər, ləzzətlə çəkərdi. Lakin buna ümid bağlaya bilməzdi. Odur ki, yarımçıq çəkilərək atılmış siqaret axtarırdı. Fəqət yaxşı siqaretin bir pis xasiyyəti var ki, yarımçıq yerə atsan da, filtrə çatana kimi öz-özünə yanır, ondan sonra öz ömrünü başa vurur.
Bəs indi nə etsin? Kazımı evindən çağırtdırıb dükanı açdırsın?
Bayaqdan ona göz qoyan Mirzəbala başa düşdü ki, Ceyhunun siqareti qurtarıb, az qalır dəli olsun. Siqaretin dəminin gəlməyi pis şeydir. Heç olmasa gərək bir-iki qullab vurasan.

BABƏK AKİFOĞLU - Novruz sülhün gəlişidir

LAYLA

Ana  layla çalır həzin bir səslə,
Körpə qulaq asır böyük həvəslə.
Laylani dinləyir, yuxuya gedir,
Ananın laylası bax burda bitir.

Sakitcə əyilib öpür üzündən,
Uşaq yatsa da, qalmır sözündən:
“Yuxun şirin olsun” söyləyib gedir.
Sonra sükut edir, xəyala dalır,
Ananın ürəyi otaqda qalır.

Körpə bu sükutu duymur dərindən.
Tökülüb yuxusu kirpiklərindən.
Artıq sükuta bürünüb yatır,
Elə bil müqəddəs arzuya çatır. 


Советский Союз не нападал на Польшу

Муса Дадашев

Исполняется очередная годовщина вступления советских войск на территорию Восточной Польши (Западная Украина и Западная Белоруссия). 17 сентября 1939 года согласно секретными протоколам к пакту о ненападении 23 августа 1939 года и естественно в очередной раз либеральная часть нашей российской общественности подняла очередной вой, стон по поводу "агрессии против Польши" или же "соучастии Гитлеру" и т.д.
И что мне кажется. Я думаю что эти либералы кроме своей традиционной ненависти к родной стране демонстрирует и элементарную безграмотность. 
Во-первых, Советский Союз не нападал на Польшу в традиционном понимании этого слова. Более того, польское правительство, главнокомандующий польской армией Рыдз Смиглы (бежавший в Румынию) бежали из страны бросив на произвол судьбы польских солдат и офицеров. Ни одна из союзниц Польши не прислала в этой связи даже дипломатический протест не говоря уже о более серьезных последствиях т.е. объявления войны (те же страны союзницы Польши- Великобритания и Франция 3 сентября объявили войну Германии). 

Saməddin Sami - Adəm oğlu, ehtiyatli gəz...

Adəm oğlu, ehtiyatlı gəz dolan!
Yoxsa başın daşdan dəyər daşa haa.
Dost dediyin vurar səni arxadan,
Yada gizlin zəhər qatar aşa haa.

Qoçaq igid düşməz elin dilindən,
Mərd kişinin mərd törənər belindən.
Kömək umma ölsən namərd elindən,
Sonra qaxınc eyləyəcək başa haa.

Varlısansa kasıblara söz atma,
Qürrələnib üz-gözünü bozartma,
Sən dəvə-qoz söhbətini unutma,
Hər vaxt zərin verməyəcək qoşa haa.


Azərbaycanda MTN-dən şok İŞİD əməliyyatı- 26 nəfər həbs edildi

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər həbs olunub.
MTN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Azərbaycan vətəndaşı -Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində tutulublar.

Ebola kələkbazlığı və ya Amerika şirkətlərinin qazanc yeri

Bir müddət əvvəl kimyəvi silah hazırlayan iraqlı alimin və onun həmyerlisi, evinə qaçan nüvə fizikinin Kiyevdə öldürülməsi maraqlı nüanslar yaratmışdı. Bu barədə axtarış aparsam da, bir şey əldə edə bilmədim. Buna görə də məntiqli gələn öz ehtimallarım üzərində işlədim.
Tədricən məsələ aydınlaşmağa başladı, bununla belə sualların sayı da artdı. Keçək əsas məsələyə.
Kiyevə gələnə qədər qəhrəmanlarımız Qvineyada Amerika obyektində işləyiblər. Ümumilikdə orada 5 nəfər iraqlı olub: kimyaçı və nüvəçidən əlavə, bioloji silahla əlaqədar 3 mütəxəssis.
Filmlərdə olduğu kimi obyekt Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə dolu olub, lakin onlar ABŞ-da yerləşən transmilli farmasept korporasiyası tərəfindən himayə edilirmiş.
Onlar İraq biokimyagərlərini virus xəstəliyinin vaksinasiyası üzərində işlər apardıqlarına inandırıblarmış, lakin bu xeyirli işdə Səddam silhallılarının nə köməyi ola biləcəyini heç kimi öyrənməyə çalışmayıb.

22.09.2014

Biz matrisdə yaşayırıq

 Hələ bir neçə min il bundan öncə Platon təklif etmişdi: ola bilsin ki, bizim gördüyümüz şeylər real deyil. Kompüterlərin icadı ilə bu ideya yeni həyat əldə etdi, xüsusilə də son illərdə “İnception”, “Matrix” trilogiyası, “Dark City” filmləri işıq üzü görəndən sonra. Bunlardan əvvəl isə bizim “dizayn”ın virtuallığı barədə fikirlər ədəbiyyatda öz əksini tapmışdı. Bəlkə bizim dünya, həqiqətən də, kompüter vasitəsilə modelləşdirilib?
 HƏYAT SİMULYATORU. Kompüterlər böyük həcmdə verilənləri emal edə bilirlər və bəzi daha intensiv və produktiv qərarlar modelləşdirilmə tələb edir. Simulyasiya deyəndə çoxlu sayda süni və dəyişən intellektlərin təhlil və nəticələrin öyrənilməsi nəzərdə tutulur. Bəzi simulyasiyalar sadəcə oyunvaridirlər. Bəzilərisə situasiyaları real həyatdan götürür, məsələn: xəstəliklərin yayılması. Bəzi oyunlar tarixi simulyator xarakteri daşıyırlar (məsələn: “Sid Meyers Civilization”) və ya cəmiyyətin real həyatının uzun illər ərzində artımını imitasiya edirlər.

Интересные факты о России

Россия- уникальная страна с обширной территорией, которую населяют миллионы людей. Представляем вашему вниманию некоторые интересные факты для ознакомления перед поездкой в Россию.
ГЕОГРАФИЧЕСКИЕ ФАКТЫ. Россия - единственная в мире страна, омываемая 12 морями.
Озеро Байкал в Сибири- самое глубокое озеро на Земле. Чтобы заполнить бассейн озера Байкал водами всемирно известных рек (Волга, Дон, Днепр и Енисей, Урал и Обь, Ганг и Ориноко, Амазонка и Темза, Сена и Одер) необходим 1 год.
Ладожское озеро- самое большое в Европе. Его площадь достигает 400 кв.м.
Хибинские горы- самые высокие горы, расположенные за полярным кругом России.
Уральские горы, которые разделяют Россию на Европейскую и Азиатскую части- самые древние горы в мире.
Около 600 кв.км. на Алтае покрыты более 800 ледниками.
Знаменитый российский горнолыжный курорт Домбай известен своими горными маршрутами протяженностью около 20 км.

KVN-çi Anarı mən öldürmüşəm

Həmid Herisçi

“Bakılı şən və hazırcavablar” klubunun sabiq sədrləri, yadda saxlayın, tutduqları yüksək vəzifədən elə-belə, öz xoşuna ayrıla bilməzlər. Belə nadir, həlledici anlarda yazılmamış yasanın ayrıca, xüsusi maddəsi işə düşür dərhal. Sabiq sədr, peşəkar bir qatilə zəng vuraraq sakit səslə öz qətlini sifariş verir.
Adını, soyadını diktə edir hərf-hərf, heca-heca. Dəqiq ünvanını, iş rejimini izah edir. Gələcək görüş yerini bəribaşdan göstərir. Kostyumunun, eynəyinin, qalstukunun dəqiq brendini qatilinə öncədən nişan verir. Təkcə elə bu cür xırdalıqlarla kifayətlənmir – ­görüş yerindəki bahalı restoranın uzun menyusu ilə də tanış edir öz qatilini:
– Yaxşı Kiyev kotletləri olur bu restoranda. Dadsan, barmaqlarını yalarsan. Aşpazların hamısı Filippindən gətirilib. Salatların çeşidi tükənməzdi burda... Məsləhətdi, vallah... Necə? Üzr istəyirəm, cümlənizin axırını yaxşı eşidəmmədim.
Klubun ilk sabiq prezidenti “şən və hazırcavab” Anar Məmmədxanov, vaxt vədəsi gələrkən, bəziləri kimi sağa-sola burcutmadı. Kübar insandı axı...

Qərbin iyrənc anti-İslam planı: Faktlar və Etiraflar

Tokvill “Amerikada demokratiya” kitabında yazır ki, qərblilər müsəlmanlarla eyni olmadığını düşünür və onları qırırlar

İslam dünyası Qərb tərəfindən xarabazara çevrilir. İraq və Əfqanıstandan sonra Liviya, Suriya, Misir Qərb müstəmləkəsinin qurbanına çevrildilər. İşğal altında olan müsəlman dövlətlərində vəziyyət o dərəcədə facivəidir ki, Avropa və Amerika mediası da blokun soyqırım siyasətini pisləmək məcburiyyətində qalıb. Müttəfiqlərin hücumlarına qarşı müqavimət hərəkatı müsəlmanlara terrorçu libası geyindirib. Qərbdə terrorçu deyəndə ağıla gələn ilk kimlik müsəlmanlardır. Orada “müsəlman” sözü artıq “terror” sözünün sinonimi kimi qəbul edilib. Halbuki İslam daxilində yaradıldığı iddia edilən terror təşkilatları Qərb tərəfindən dinin özünə qarşı yaradılıb. Bu heç kəsə sirr deyil. Almaniyanın tanınmış siyasətçisi Yurgen Todenofer isə “Düşmənimiz İslam” (“Feindbild Islam”) adlı kitabında Qərbin müsəlmanlara qarşı açıq düşmənliyindən bəhs edir. Todenofer yazır ki, Qərb müsəlmanları İslamı bilmədiyi üçün ittihamsız qırır: “Müsəlmanlar 50 ildən çoxdur ki, Qərb mediası və ölkələri tərəfindən ortaya atılmış şayiələrə görə utanırlar. Məsələ ancaq utanmaq olsaydı, yaşamaq olardı. Lakin hər gün Əfqanıstan və İraqda minlərlə, yüzlərlə müsəlman Qərb müstəmləkəsinin qurbanına çevrilir”.

20.09.2014

Ад под названием Европа

В бортовом журнале Колумб часто отмечает поразительную красоту островов и их обитателей- дружелюбных, счастливых, мирных. И уже через два дня после первого контакта в журнале появляется зловещая запись: "50 солдат достаточно для того, чтобы покорить их всех и заставить делать все, что мы хотим". "Местные жители разрешают нам ходить, где мы хотим и отдают нам, все, что мы у них просим". Больше всего европейцев удивляла непостижимая для них щедрость этого народа. И это неудивительно. Колумб и его товарищи приплыли на эти острова из настоящего ада, каким была в то время Европа. Они и были самыми настоящими исчадиями (и во многом отбросами) европейского ада, над которым вставала кровавая заря первоначального капиталистического накопления. Надо коротко рассказать об этом месте.

19.09.2014

Pornofilm izləyənlər bu yazını mütləq oxusun!

Almaniyanın Təkamül Antropologiya Max Planck Cəmiyyəti İnstitutu və Şarite Psixiatriya Kllinikasının birgə hazırladıqları hesabat pornoqrafiya izləməyin beyinin boz maddəsinə zərər vurmasına işarə edir. Tədqiqata əsasən, porno izləyən kişilərin beyni adi insanların beynindən tamamilə fərqldir. 
Bugun.az saytının FaktXəbər-ə istinadən məlumatına görə, tədqiqat işləri orta hesabla həftədə dörd dəfə porno izləyən 21-41 yaşlı kişilərin beyin Maqnit Rezonans Tomoqrafiyası (MRİ) üzərindən aparılıb. Nəticədə məlum olub ki, həftədə bir neçə saat pornoqrafiya izləyənlərdə beynin motivasiya və izləmə sistemini nəzarətdə saxlayan yer kiçilib. 
Üzərində araşdırılma aparılanların heç biri porno izləməyə, yaxud cinsi yaxınlığa adət etməmiş şəxslər olub.
Qeyd edək ki, beyinin izləmə sistemi bütün məməlilərdə xüsusi məlumat sistemi kimi bədəni onun ehtiyaclı olduğu şeylərin aradan qalxması barədə xəbərdar edirlər.
Aclıq, cinsi istək, musiqiyə qulaq asmaq və s. kimi bədən ehtiyacları aradan qalxdıqdan sonra beyin hormon ifraz edərək, insanda ləzzət yaradır.

ELNUR ASLANOVUN BİZNES İMPERİYASI

Türkiyədəki məlum hadisələrdən sonra “Hizmət” hərəkatının lideri Fətullah Gülənin Azərbaycandakı şəbəkəsi ilə bağlı çoxsaylı faktlar, iddialar ortaya çıxdı. “Gülən şəbəkəsinə” bağlı şəxslərin Azərbaycanda yüksək vəzifələr tutduğu sirr olmasa da, onların nə qədər ciddi bir GÜCƏ çevrildəklərini, hakimiyyətin bütün qollarında təmsilçilərini yerləşdirdiklərini ictimaiyyət bu hadisələrdən sonra öyrənildi. Rəsmi Bakı bu şəbəkənin malik olduğu gücü zəiflətmək üçün müəyyən addımlar atsa da (bəzi şəxsləri vəzifədən götürdü, şəbəkənin əsas kadr bazası olan türk litseylərini dövlətin nəzarətinə keçirdi və sair- red.), “Gülənçilər” hələ də böyük imkanlara malikdir. Xüsusən, onların Azərbaycanda böyük iqtisadi dayaqlarının olduğu, iri biznes strukturları qurduqları bildirilir. Bu haqda zaman-zaman mətbuatda da məlumat verilib. “Yeni Çağ” qəzeti də son sayında “Gülən şəbəkəsi”nin Azərbaycandakı fəaliyyətinə həsr olunmuş yazısında “Hizmət” hərakatının Bakıdakı önəmli şəxslərindən biri kimi tanınan Prezident Adminstrasiyasının sabiq şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində çalışan Elnur Aslanovun iri biznes strukturlarına malik olduğunu iddia edib.

Naxçıvandan gələn sınanmış model

Kamil Vəli Nərimanoğlu

"Günahlılar günahsıza daş atar,/ Qaç yerindən, sənə dəyər ay Allah..." Hatəmə nənənin dilindən

Azərbaycan dünyanın ən qəribə məmləkətlərindən biridir. Bu məmləkətdə hər şey təbiətdə olduğu kimi dəyişkəndir, hər şey axır, hər şey dəyişir. Fəqət bu axan, dəyişən məmləkət heç bir şəkil ala bilmir ki, bilmir. Dünən balqabağa oxşayırdı, bu gün badımcana, sabah da Allah bilir, fisincana oxşayacaq. Bu xislət məmləkətin bütün zümrələrinə və zərrələrinə elə nüfuz edib ki, bu xaosun bir gün bitəcəyinə ümid-filan qalmayıb.
Məsələn, götürək əl-müxalifəti və əl müxalifətini. Ərəbcə “əl” müəyyənlik artiklidir. Ingiliscə də belədir. Əşya aləmi ya müəyyəndir, ya qeyri-müəyyəndir.
Azərbaycanda əl-müxalifət, yəni bəlli bir etirazçı, xilaf çıxan, qarşı olan insanlar, qruplar varmı? Var. Keçən 20 ilin olayları və insanları buna sübutdur. Onların içində şəhid olan var, həbs olunan var, mühacirətə məhkum olan var. Var ki, var. Xaricə çıxış üçün pasport verilməyən, böhtan yağdırılan, hər cür təhlükə və şantajla üz-üzə qoyulan, ayı üsulu ilə iqamətgahı partladılan müdafiəsiz hüquqi güvənliyi olmayan müxalifət var.

Уроки, политическое и метафизическое значение Исламской революции 1979 года в Иране

Муса Дадашев

Исламская революция в Иране имеет огромное значение для Ирана для 5-ти тысячилетней иранской истории потому что благодаря Исламской революции, Иран приобрел совершенно иной формат - из государства прозападно ориентированного, государства лишенное де-факто политической субъектности, государства где правили упитанные, не верящие ни в какие идеалы западники, Иран стал государством и страной-маяком, где именно она определяет реальные политические векторы исламской политики и революционного Ислама как феномена, не Ислама катарских эмиров и саудовских королей, сытых и благополучных шейхов которые ни в кочергу, ни в свечку не верят, которые озабочены строительством какого-нибудь очередного небоскреба, а реального Ислама который нам заповедал наш великий пророк Мухаммад (с) и сохраненное в его неискаженном виде его пречистом семейством - Ахли-Бейтом (а) и 12 имамами (а) из рода великого пророка Ислама (с). В этом смысле Исламская революция в Иране это несомненно продолжение традиций Кербелы, продолжение традиций имама Хусейна (а) и Хазрата Абульфазла Аббаса (а) и других из 72 шахидов Кербелы. Имам Хомейни говорил: "Наша кровь не ценнее крови имама Хусейна (а)".

Qasım Səfərov - İman bəslədik

Biz əzəl gündən zülm taxtında sultan bəslədik,
Çün əməldə yox, bu dildə zikri-Rəhman bəslədik.

Bir can idi, bir də Azərbaycan idi, ərməğan,
Canı verdik, Azəribaycanı bican bəslədik.

Bir dəyərli sandıq ikən, açmadıq zinətlənək,
Bər-bəzəkli parçada, sandıqda Quran bəslədik.

Şeytanı tutduq ki, daş zindanda məhbus eyləyək,
Qəlbimiz daşlaşdı, daş zindanda şeytan bəslədik.

Meydanı tərk eylədik, şeytan bizə ərk eylədi,
Zülmünü bərk eylədi, şeytanə meydan bəslədik.

17.09.2014

В американских школах будут преподавать сатанизм

Нью-Йоркская секта сатанистов решила заняться распространением литературы сатанистского толка в общественных школах городка Ориндж Каунти (Флорида). Как сообщает UPI, такое решение приверженцы храма Сатаны приняли после того, как группа атеистов и представители евангельской христианской церкви раздали ученикам этих учебных заведений собственные брошюры.
В своем заявлении сатанисты подчеркнули, что они просто не могут сидеть сложа руки, пока среди учеников школ распространяются христианские религиозные брошюры. «Мы считаем своим долгом убедиться в том, что школьники имеют доступ к литературе различного религиозного характера. Мы не можем оставаться в стороне, пока один религиозный голос доминирует и ведет свою пропаганду среди молодежи», — подчеркнул сооснователь храма Люсьен Гривз.
Гривз также уточнил, что среди материалов, которые планируется распространять среди школьников, — «Большая сатанистская книга занятий для детей». По его словам, книга, в частности, содержит информацию о том, как защитить себя от телесных наказаний в школе.

15.09.2014

Vəfalı itlər çörək verənə hürmürlər

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -7

Vüsal Hətəmov: Niyə siz qərbpərəstlər bir dəfə bu radikal, qeyri-ənənəvi təriqətlərin təhlükəsindən danışmadınız mediada? Onların arxasında Qərb durur deyə?
Vüqar Məmmədov: Azərbaycan xalqının 3 milyonu Rusiyada yaşayır. Onlar qəpiksiz gedib, iş, imkan sahibi olurlar. Hansı Avropa ölkəsinə gedib biznes qurmaq olar? Hec birində. Xalqımızın yaxşı yaşayışını, gələcəyini, təhsilini, saglamlığını yaxşı görmək istəyiriksə Avrasiya Birliyinə qoşulmağımız vacib və qaşılmazdır. Avropa ilə dostluq edib, təhsilimizi, sağlamlığımızı, mənəviyyatımızı itirdik bu 20 ildə!

13.09.2014

Bakıda da İŞİD var, ehtiyatlı olun!

ONLARI MİLLƏT VƏKİLİ QƏNİRƏ PAŞAYEVANIN EVİNDƏ GÖRDÜM. Deputatla müsahibə üçün getdiyimiz yerdə Kərkükdən Bakıya pənah gətirən soydaşlarımızı görüb onlarla söhbətləşməmək və bunları yazmamaq ən azı vicdansızlıq olardı. Onları ata-baba yurdundan İŞİD didərgin salıb. Yol yorğunluğu, vətən həsrəti, qucaqlarında bir yaşındakı körpənin tez-tez ağlamağı... 
Soydaşımızın təhlükəsizliyi üçün onu şərti olaraq Nicat adlandıracağıq. Nicat əslən Kərkükdəndir. Bir neçə il əvvəl Türkiyədə bakılı bir xanımla tanış olub. Sevginin gücü ilə bakılı qızla evlənib. Qız da Kərkükə, Nicatın yanına köçüb. Bir il sonra “Bakı-Kərkük” cütlüyünün balaca oğlan uşağı dünyaya gəlib. Uşağın dünyaya gəlməsinə sevincləri elə də çox çəkməyib. Çünki bölgədə İŞİD adlı yeni kabus dolaşmağa başlayıb... Nicatın ailəsi bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Bir neçə metr onlardan aralıda bomba partlayıb, məsciddən çıxanda gülləbarana tuş gəlib...
Nicat uşağının təhlükəsiz yerdə olmasından nə qədər məmnun olsa da, Kərkükdən doymaq bilmədiyi hər halından bəlli idi. Deyir, uşaq olmasa, yenə də orda birtəhər qalmaq olardı:

Aliq Nağıoğlu - ÖLÜM YOXDUR

     Ölüm yoxdu, rus aktyoru, kinorejissoru Andrey Tarkovski deyirdi, ağrı var. O, haqlıdır, ölüm yoxdur. O şeydən ki, biz qorxuruq, çox da dəhşətli deyil. Ölüm-qurtuluşdu, xatircəmlikdi. Son həddi. Başqa vəziyyətə keçiddi. Ola bisin ki, həmin o başqa vəziyyət, elə bizim həyatdan daha yaxşıdır. Həm də hər kəsin ora tələsməməsi, tıxaca düşməməsi üçün bu ağrı düşünülüb. Cəhənnəm və cənnət icad edilib. Həyatdan köçməyə tələsmə-cəhənnəmə düşərsən. 
      Həyatın ləzzətini hər kəs sonadək dadmalıdır. Başına daş düşsə-yaxşı ölümdür. Əgər gülləni gicgahına sıxsalar? Bəs yataqda illərlə valideynlərinin gözləri önündə çürüsən? Əzab, işgəncədə gömülmək necə? Ölüm vahiməli deyi. Ağrı qorxuludur. Əzabdan, əziyyətdən sonra həyata qayıtdığına görə yox, ağrısı kəsdiyinə adam sevinir. Tunelin sonunda işığı, kənardan öz meyitini görəndə ölümə də sevinir insan. Belə çıxır ki, həyat zorakı, məcburi sınaqdır? İstəsən də, istəməsən də səni ora atırlar, Tale deyilən dəhlizdə o baş-bu başa qovurlar. Bu, heç müxtəlif dalanlara dirənən labirint də deyil. Əvvəlindən sonunadək marşrut bilinir. O, əllərinin içindəki xətlərdə yazılıb, doğulan anda ulduzların düzülüşündə yeni qurban qabaqcadan müəyyən olub. 

12.09.2014

Meyid qatov!

Hüsamə bin Sərxan

Qəribə dünyada yaşayırıq. Elə bir dünyada ki, bu dünyada itin-pişiyin yeri var, fəqət müsəlmanın yeri yoxdu. Göydən enən Vladimirin, yerin altından çıxan Dəccalın törəmələri müsəlmanın başını salıblar məngənə arasına. Artıq müsəlmanın başından əsər-əlamət qalmayıb, abi. Deyirəm belə baxanda azəri-türkü (mən qarışıq) düz yoldadı. Müsəlman olub başqalarına başını əzdirincə, yaxşısı budu müsəlman olmayasan. Hərçəndi bu yol da Cəlilabad YKT (Yezidi Kürd Təşkilatı)-nın çəkdiyi asfalt yollar kimi əndirəbadidi. Əndirəbadi demişkən, o gün Cəlilabad Əmək və Əhalinin Sosial müdafiəsi Mərkəzinin əməkdaşlarından biri bəyan edib ki, bizim rayonda heç kimə Ünvanlı Sosial Yardım düşmür. “Heç kim” kateqoriyası kimlərə şamil edilir deyə bilmərəm, amma “yardımçının” məntiqinə əsaslansaq ilk növbədə rayonumuzdakı Mərkəzin fəaliyyətinə xitam verilməlidir. O mənada ki, yardıma ehtiyacı olan yoxdursa, insanların sosial durumu yüksək səviyyədədirsə bu tip qurum ləğv edilməli, işçiləri ixtisara salınmalıdır.

Amerikançılıq nədir -3

III yazı: Yəhudilərin əlində olan KİV, təbliğat orqanlarının məqsədi gəncləri mənən cırlaşdırmağa yönəldən dünyagörüşü formalaşdırmaqdır

Məktəblərdə seksual rəngarənglikdən danışmaq, tarix dərsliklərinə qeylərin mədəniyyətindən bəhs edən fəsil daxil etmək tələb kimi qarşıya qoyulur

 K.Orben yazırdı: “Valideynlərin ilk problemi uşaqlara mədəni cəmiyyətdə özlərini necə aparmağı öyrətməkdir; ikinci problem isə belə cəmiyyəti tapmaqdır”. Artıq uşaq yaşlarından insanın şüuruna maddilik, primitivlik, eqoizm, qeyri-normallıq daxil olur. Amerikan cizgi filmi zorakılığı, qəddarlığı, varlığın qeyri-reallığını, seksual patologiyanı, qüsurları, çatışmamazlıqları və s. təbliğ edir. Disney cizgi filmindən kiçik bir süjet: pişik siçanı tutur... onu bir dollara satır, sonra pulu hamıdan gizlədir və xəyalında başqa pişiklərlə dəniz kənarında necə əylənəcəyini canlandırır. Körpəlikdən uşağın şüuruna yeridilən davranış modeli: tutmaq, satmaq, hamıdan gizlətmək, seksə və əyləncəyə xərcləmək. Digər müasir süjet, əvvəllər bizdə deyildiyi kimi “ən körpə uşaqlar üçün” nəzərdə tutulub: super qəhrəman qız klubda striptiz göstərir, işdən əlavə vaxtda isə “gizli xəfiyyə 69” funksiyasını yerinə yetirir və cinayətkarlıqla mübarizə aparır (“Striperella” cizgi filmi). “Xəfiyyə 69”-un sinəsi özünəməxsus yalan detektorudur, ayaqları ilə o düşmənin boğazından tutub onu boğur. Cizgi filmini pornomodel Pamela Anderson səsləndirir. O demişdir: “Mən Striperella ilə fəxr edirəm, o güclü, ağıllı, seksual və eyni zamanda -həqiqətin dözlərinə dik baxıb desək- bir az da fahişədir”.
 Əksər hallarda Amerikan cizgi filmləri bədheybətlərə, kosmosdan gələnlərə həsr olunur, zorakılıq, ölüm səhnələri, filmin əsas süjetini təşkil edir. Çoxsaylı cizgi filmləri öz kosmosdan gələn döyüşçüləri, super qəhrəmanları ilə körpənin anadangəlmə xeyirxahlıq hissini dağıdır. Cizgi filmləri və kompüter oyunları uşağın şüuruna zorakılıq, qəhrəmanı yamsılamağı yeridir- bu qəhrəman soyuqqanlıqla öz düşmənini öldürür, onu doğrayır, odda yandırır, suda boğur. Oyun alıminə zorakılığı və öldürməni daxil etməklə amerikalı uşaq yaşa dolduqca zorakılığa, narkotikaya öyrəşən kimi alışır, getdikcə yeni-yeni zorakılıq dozası qəbul etməyə ehtiyac duyur. Gənclik yaşlarında bu cür uşaq artıq normal filmə baxa, yaxşı kitab oxuya bilmir- bunlar onu darıxdır. Hələ uşaq yaşlarından adamları qeyri-real dünyada, real aləmdən təcrid olunmuş həyatda yaşamağa öyrədirlər- əksər cizgi filmlərinin və kompüter oyunlarının əsasını bu təşkil edir. Əgər əvvəllər, Amerika bizi işğal etməmişdən qabaq populyar olan nağıllardakılar da qeyri-real personajlar olsa da, onlar real personajlarla qarşılıqlı fəaliyyətdə olurdular. İndi isə hər şey əksinədir: uydurulmuş komik şəkillər, uydurulmuş personajlar, uydurulmuş silahlar və s. Həyat uşaq üçün oyun və əyələncə kimi görünür, burada əsas ünsürlər pul və hakimiyyət uğrunda mübarizədir.
 Ən pisi odur ki, cizgi filmlərində həm də pozğunluq təbliğ olunur. 2005-ci ildə telekompaniyalar məlumat vermişdi ki, məşhur cizgi filmi olan “Simpson”ların əsas personajlarından biri qeyri-ənənəvi meyli olduğunu etiraf etmişdir. Yəni cizgi filminin personajı homoseksualist olmuşdur. Cizgi filmləri personajlarının cinsi əlamətləri açıq görünür. Bu filmlərdə seksin hipertofik təbliği uşaqda təhrif olunmuş xəstə cinsi dünyagörüş formalaşdırır. 
 Barbi kuklasına xüsusi ilə diqqət yetirmək lazımdır. Əgər cizgi filmlərini yəhudilərin əlində olan televiziya bizə sırıyırsa, Barbi kuklasını valideynlər özləri uşaqlarına alırlar- onlar 1959-cu ildə ABŞ-da yaradılan, görünüşünə görə günahsız görünən bu kuklanın təhlükəsini hiss etmirlər. Barbu kuklasının yaranma tarixinə nəzər salaq. Rəsmi xəbərlərə görə Barbinin yaradıcısı amerikalı qadın Rut Xandler (yenə yəhudi barmağı!) olmuşdur. Ancaq hər şey heç də bu qədər sadə deyildir. Kukla professoru M.Q.Lord yazır: “Barbinin birbaşa sələfi yaşlı kişilər üçün oyuncaq olan Lilli kuklasıdır. Lilli ilk dəfə 1952-ci il iyunun 24-də yarandı və dərhal da kişilərin diqqətini cəlb etdi- o seksi və pulu çox sevirdi və tez-tez pullu kişiləri dəyişirdi. Onu oyuncaq mağazalırda yox, siqaret köşklərində satırdılar. Lillinin alıcıları əsasən seksual baxımdan qayğılı olan burgerlər, şəhər tipləri idilər. Lilli pozğun qız kimi şöhrət qazanmışdı. Rut Xandler ilk dəfə Lillini İsveçrədə məzuniyyətdə olarkən görmüşdü. Rut həyatının bu anını belə xatırlayır: “Mən küçə ilə gedəndə mağazaya baxdım, burda gözümə sifəti və bədəni yaşlı qadına oxşayan qəribə kukla sataşdı”. Amerika psixoloqlarının özləri də dəfələrlə etiraf etmişlər ki, Barbi kuklası bütövlükdə cəmiyyətə, eyni zamanda ayrıca şəxsiyyətə ziyanlı olan davranış stereotipini qızlarda inkişaf etdirir. Qızların psixologiyası dəyişir, onlarda uşaqlara xas olmayan xasiyyət, soyuqqanlıq və erkən seksuallıq yaranır. Barbini soyunduran qız öz həyat məsləkini formalaşdırır- kiminsə əllərində inadkar, höcət kukla olmaq istəyir. 
 Əvvəllər qızlar kukla ilə “qız-ana” oyununu oynayırdılar. Kuklanın bədəni uşaq bədəni kimi idi, qız üçün o yaxın və başa düşülən idi. Bu kuklalar qızlara ana sevgisi öyrədirdi. İndi bu oyun dəbdə deyil, Barbi kuklası isə onları ana roluna hazırlamır. Valideynlər bir şeyi anlamalıdırlar: Barbini əzizləmək, sevə-sevə bəsləmək olmaz, onu yalnız bəzəmək olar. Uşaq vaxtından qızlara gözəllik idealı təlqin edirlər və qız bir az böyüyən kimi öz ideallaşdırdığı gözələ oxşamağa can atıq. Olduqca arıq, səliqəli, hipertrofiyal saçı (həddən artıq çox), ayaqları, cinsi əlamətləri ilə Barbi- sanki müasir manekençi qadınların parodiyasıdır, gülməli təqlididir.
*** 
 1998-ci ildə Çikaqo universitetinin keçirdiyi tədqiqat 18 yaş və ondan yuxarı olan 2 832 amerikalını əhatə etmişdir. Məlum olmuşdur ki, 1972-ci illə müqayisədə ailəli və uşağı olan amerikalıların sayı 45 faizdən 26 faizə enmişdir, evli olmayanların sayı isə 16 faizdən 32 faizə qalxmışdır. Həmin il uşaqların 18,2 faizi yalnız bir valideyn ilə yaşayırdı, yalnız 51 faiz uşaq hər iki valideyn ilə birgə yaşamışdır. Müqayisə üçün deyək ki, 1972-ci ildə uşaqların 73 faizi tam ailədə tərbiyə alırdılar. Ailə statusunda olan bu dəyişiklik ailə institutunun özündə olan böhran haqqında danışmağa imkan verir. Bütün bunlar cəmiyyətdə mənəvi dəyərlərin öz üstünlüyünü itirməsini göstərir.
 Gənclərin pozulmasına daha çox fikir verilir. Həyat təcrübəsinin olmaması, etiraz və mübarizə arzusu gəncləri daha tez tələyə salır- yeni postadam növü yaratmaq fikrində olanlar üçün gənclər olduqca asan qənimətdir. Məhz bu məqsədlə hippi hərəkatı, müxtəlif növ fan-klublar, sektalar, idman komandaları və s. yaradılır. Gənclərin enerjisi, onun daxili etirazı lazım olan istiqamətə- ictimai etirazdan uzaqlara istiqamətləndirilir. Gənclərin öz çılğınlaıqlarını, enerjilərini rok-konsertlərdə nümayiş etdirməsi daha məqsədəuyğun bilinir. Onlar üçün buraxılan jurnallarda Hollivud ulduzları haqqında şayiələr, aktyorların nə aldıqları, kimin kimlə yatması, rok qruplar, hansısa səfehin törətdiyi işlər, filmlər haqqında qısa yazılar verilir. Hər şey səthi, primitiv... 280 000 tirajla çıxan Cool jurnalını oxuyanda elə təəssürat yaranır ki, gənclər əsasən seks barədə düşünürlər, rok musiqisinə qulaq asırlar, döyüş və dəhşət filmlərinə baxırlar. Jurnalların əksəriyyəti belədir, bundan primitiv olanlar da var. Başqa, daha aktual mövzulardan bəhs edən, mənəvi zənginliklə bağlı yazılar verən gənclər jurnalı demək olar ki yoxdur. Gənclər haqqında filmlər, gənclər kanalları, bir sözlə gənclərə aid olan hər şey olduqca primitivdir. Gənclərin mədəniyyət mövzuları və gənclərin maraqları arasındakı uyğunsuzluq çox aydın görünür. Yəhudilərin əlində olan KİV, təbliğat orqanlarının məqsədi gəncləri mənən cırlaşdırmağa yönələn dünyagörüşü formalaşdırmaqdır. Ağıllı, normal olan heç nəyi gənclərə yaxın buraxmamağa işləyən senzura fəaliyyət göstərir. 
 Məktəblərdə seksual rəngarənglikdən danışmaq, tarix dərsliklərinə qeylərin mədəniyyətindən bəhs edən fəsil daxil etmək, cəmiyyətin inkişafında qeylərin və lesbiyankaların tarixi xidmətlərini göstərmək tələb kimi qarşıya qoyulur. Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger ştatın senatorları tərəfindən irəli sürülmüş qanunu təsdiq etməyə məcbur oldu. Qanun layihəsinin təşəbbüskarlarından biri Demokratik partiyadan olan senator Ş.Kuel özü açıq lesbiyankadır. O demişdir: “1995-ci ildən biz məktəblərdə qey, lezbiyanka, biseksual və transseksual uşaqlar üçün yaxşı şərait yaradılması üzərində işləyirik”. İşlər o istiqamətdə qurulur ki, hamı qeyri-ənənəvi oreantasiyaya malik olmağa can atsın. Məktəb proqaramlarına eyni cinsdən olanların münasibəti haqqında dərslər salmaq barədə qərarlar qəbul edilir. Başqa sözlə desək, məktəbi homoseksual ideologiyanın mənbəyinə, ocağına çevirirlər. “Qeylərin tarixi xidmətləri”, o cümlədən, “seksual müxtəlifliyin” vacibliyini bilməklə yaxşı qiymət almaq olar...
 Bəli, bütün bunlar Amerika gerçəkliyinin çox cüzi bir hissəsidir, həm də Amerikada qəbul olunmuş həyat tərzidir. ABŞ bu “dəyərləri” normal hesab etməklə yanaşı onun bütün dünyada qəbul edilməsinə istiqamətlənmiş siyasət yeridir.

İbrahim Sel                             (Ardı var)

10.09.2014

Kamal Yaşar - Türkiyə haqqında qeydlər

Türk insanı qətiyyən o seriallarda göstərilən insan deyil

Boşqabın ortasına bir sümük qoyub ətrafına də 52 cür göyərti qoyurlar, sən də sanırsan ki, bu nədirsə fövqəladə bir şeydir, ancaq yeyincə elə türklərin sözü olmasın oyuna gəldiyini görürsən

Bizdə addımbaşı qarşılaşdığın gözəl xanımları Türkiyədə gündüz çıraqla da gəzsən tapmaq mümkün deyil

Əvvəlcədən xatırlatmaq istəyirəm ki, qeydlərim ancaq iki həftə müddətində olduğum şəhərlərdəki (İstanbul, Ankara) türk cəmiyyətindən- insanından, onun yaşamından, baxışlarından və toplumsal dəyərlərindən qaynaqlanır. Ancaq nəzərə alsaq ki, bu şəhərlərin biri Türkiyənin ən turistik, digəri isə rəsmi bir şəhəri və paytaxtıdır, o zaman vəziyyət bir az da ciddiləşir və qeydlərin də yükü həm müəllif, həm də oxucuya görə bir az daha artmış olur.
Birbaşa mövzuya keçməzdən əvvəl sizə bir hekayət danışacam. Hansı ki, bu hekayət həm də yazı boyu sizə işıq tutacaq. Daha doğrusu, bunu yaşlı bir türk dayı danışdı. Onunla gəzdiyimiz məscidlərin birində tanış olduq. Bir az söhbətləşdik və mövzu xalqların etnik milli xüsusiyyətlərinə, psixoloji alışqanlıqlarına, yaşamlarına və bunların fonunda siyasətə, inanca gəlincə ağsaqqal mənə belə bir hekayət danışdı. Deyir, deməli, o zamanlar türklər çinlilərə tez-tez hücum edirmiş. O yazıqlar da naçar qalıb Çin səddini tikirlər.

Ey seyyidimiz, ey mövlamız, dua elə bizlər üçün!

Qasımbala Səfərov

Allahın adı ilə!
Cənabını xəstəxanada, xəstə yatağında gördükdə həqiqətən gözlərim doldu. Sosial şəbəkədə bir nəfər "heç bilməzdim onu xəstəxana yatağında görmək bu qədər halımı korlayacaq" yazdı. Həqiqətən də belədir. Biz cənab Seyyid Əli Xameneini daim ayaq üstə görmüşük, inşəAllah bundan sonra da onu ayaq üstə görəcəyik.
Əlbəttə, "ayaq üstə" ibarəsində məqsəd qiyam halındadır, o daim zalım və şər qüvvələr əleyhinə qiyam halındadır. Fəqət buna görə də olsa Allah onu bu ümmətə çox görməz. 
Cənab Xamenei barəsində ötənlərdə maraqlı bir məlumata rast gəlmişdim. Prezident və Tehranın imam cüməsi olduğu və cümə günü moizə əsnasında suyi-qəsdə məruz qalan və partlayış səbəbiylə sağ qolunun qüdrətini itirən seyyidə təklif ediblər və əlinin təbii halına dönməsinin çox qısa müddət ərzində mümkünlüyünü deyiblər. Amma cavab bu olub ki, ölkədə bütün xəstələr sağalsın, sonda bu əl. 

09.09.2014

Demək, yaşayıram mən

Elnur Rəsuloğlu (Əliyev)

Əgər bir gözələ könlümü verib
Sevirəmsə, demək, yaşayıram mən.
Ürəyimin mənə dediyi yerə
Gedirəmsə, demək, yaşayıram mən.

Bəsdir yaşadığım mütilər kimi!
İtirsəm, itirrəm, söylə nəyimi?
Axı mən insanam! İstədiyimi
Edirəmsə, demək, yaşayıram mən.

Çox ağac əkmişəm dostluq bağında.
Dostluq etməmişəm pul marağında.
Dostun köməyinə dar ayağında
Yetirəmsə, demək, yaşayıram mən.

Aliyə Əsədova - Unutmuşam yay mehini

BİLİRƏM Kİ

Unutmuşam yay mehini,
bilirəm ki orda yenə sən varsan.
İstəyirəm hər yerdən siləm
izlərini,
unuduram sən olan şəhərin
adını,
silirəm yollardakı
izlərini,
istəyirəm siləm
sən olan küçələri.
Sevmədim 
köhnələrdə dolaşmağı,
xatirələrdə ilişməyi,
istəyirəm unudam
istəyirəm unutduram
sən adlı illəri,
istəyirəm unudam
sən adında günləri
Bilirəm ki 
orda yenə sən varsan,

ONUN NAĞIL DÜNYASI

Kamal Azər

26 fevral 1992 ci il... Soyuq sanki  insanın iliyinə qədər işlədiyi  bir havada 10 yaşlı bir uşaq ağlaya-ağlaya atasını axtarırdı. Həyatı yalnız qulaq asdığı nağıllarda başa düşən bu uşaq yaxşını-pisi,  xeyiri-şəri, bildiyi bütün mübət və mənfi obrazları xəyalında canlandırdığı nağıl qəhramanlarına bənzədərdi. Ətrafdakı bütün insanların xeyirxah, xeyir işlərlə məşğul olduğunu sanan uşaq, şərin yalnız nağıldakı küpəgirən qarılar və ya hər dəfəsində  nağıldakı qəhrəman tərəfindən öldürülən divlər olduğunu başa düşürdü. Amma onun qurduğu bütün bu xülyaların bir gün yalan olduğunu başa düşəcəyi heç vaxt ağlına belə gəlməzdi. Hardan biləydi ki, məsum fikirlərin yer aldığı ağlında ermənilər onun tanıdığı mənfi obrazların ən öndə gedəni olacaq və insanların iki yerə - yaxşı və pis təbəqələrə ayrılacaq...
Anası tərəfindən paltar şkafında gizlədilən Orxan həmin gün qapının arasından anasının necə vəhşiliklə qətlə yetirildiyinin şahidi oldu. Daha doğrusu insansızlığın, acımasılığın, heyvani instiklərin ermənilərdə necə formalaşdığını, həyatın yalnız xeyirxah insanlardan ibarət olmadığını dərk etməyə başlayırdı. 

08.09.2014

Dövlətə qarşı fətullahçıların xəyanət çəmbəri – III Yazı

Elnur Aslanov və Ceyhun Osmanlı diqqət mərkəzində olduğundan Camaatın yeni gənclər sektoru üzrə imamı İxtiyar Hüseynlidir

Əslində tipik şərqli xüsusiyyətidir- “Məndən ötdü, qonşuma dəydi”. Birinci yazı Gülən Şəbəkəsinin Azərbaycan fəaliyyətindən bəhs etsə də, daha çox, ARDNŞ rəhbərliyinin işbirliyindən bəhs etdiyindən, dövlətin içinə yerləşdirilmiş digər hücrələr səssizliyini qorudular. Lakin ikinci yazıda dövlət içində qurulan şəbəkənin digər qanadlarının maraqlarına toxunulduğu üçün ənənəvi camaat oyunlarına start verildi: hücumlar, təhdidlər, gözdənsalmağa cəhdlər və s.
Öncəliklə, qeyd etmək istərdim ki, biz bu mövzuda bu gün yazmırıq. Bəlkə sosial şəbəkələrdə aktivlik nümayiş etdirən lisey uşaqları yaş səbəbilə bilməyə bilir, ancaq “Abi”lərindən soruşsalar, onlar da təsdiqləyər ki, bəndeyi-fəqir heç kimin yazmadığı vaxtlarda bu təhlükəyə diqqət çəkirdi.

06.09.2014

Kompüter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...

Hamımızın bildiyinə görə, müasir dövrdə bir çox insanlar ofislərdə oturaq həyat sürərək özlərinə bir çox xəstəlilər qazanırlar.
Ofis işi adətən monitor qarşısında oturmaqdır ki, bu da əzələ hərəkətsizliyi və səhv qamətdən daha böyük problemlər yarada bilir. Bundan əlavə görmə qabiliyyəti pisləşir və daimi baş ağrıları müşahidə olunur. Sizə kompüter qarşısında düzgün oturma qaydalarını təqdim edirik:

1. Belinizə (kürək) fikir verin. Adətən standart ofis kresloları rahat olaraq sizə narhatçılıq yaratmır, lakin oturduğunuz müddət uzun olduğundan heç bir rahat kreslo belə sizə kömək etmir. Özünüz üçün bir qayda olaraq, hər 10 dəqiqədən bir oturduğunuz pozaya fikir verib qamətinizi düzəldin. Bir müddətdən sonra bu artıq bir adət halına çevriləcək ki, bu da bel sümüyü üçün çox lazımlıdır.

ГКЧП - попытка спасения страны от краха и катастрофы

Муса Дадашев

Наступила очередная - 23-я годовщина ГКЧП, которое многие назовут августовским путчем 1991 года, другие же попыткой сохранения и спасения страны. С моей точки зрения, конечно этот ГКЧП с юридической точки зрения выглядел не совсем законно, думаю это понятно, но и весь процесс происходивший после ГКЧП не вписывался в рамки закона (взять хотя бы Беловежские соглашения 1991 года или же расстрел Верховного Совета в 1993 году), но в плане благородства так называемые путчисты был выше своих либеральных противников, члены ГКЧП боялись и не хотели проливать кровь своего народа. Этим и объясняется их странные с логической точки зрения действия. К примеру, не была разогнана толпа перед Верховным Советом, сам Верховный Совет не был расстрелян из танков, из ПТУРов и т.д. Либералы же не погнушились пролить кровь, по неофициальным, но с моей точки зрения наиболее правдоподобной информации, порядка 2000 человек.

Əli İbrahimov - Şirin xəyallardan gerçəyə

DÖN GƏL

Getmisən, həm üzüm, həm künlüm solub,
Baharda ilk açan çiçəyə dön gəl.
Getmisən, təbim də sənsiz yorulub,
Göyləri dağıdan şimşəyə dön gəl.

Gəl, qəmi-kədəri axıtmaq üçün,
İçimdə həsrəti dağıtmaq üçün,
Ruhuma, canıma can qatmaq üçün,
Eşqlə dolub-daşan ürəyə dön gəl.

Şeir və nəğməmi könlünə qazıb,
Adımın yanına adını yazıb,
Köhnə şəkilləri bağrına basıb,
Ən yeni arzuya, istəyə dön gəl.