27.04.2016

Azərbaycan gömrüyündə şok hadisə

Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında Bakıda tranzitləşdirilir...
Xaçmaz Gömrük İdarəsindən “Təzadlar”a daxil olan sensasiya doğuracaq bir fakt əməkdaşlarımız tərəfindən araşdırılarkən dəhşətli faktla rastlaşdıq. Bəs bu fakt nədən ibarətdir?
Daxil olan şikayətdən məlum olurdu ki, 20 gündən artıqdır Samur Gömrük-Keçid Məntəqəsində Azərbycana daxil olan Az-99-XA-965 dövlət nömrə nişanlı yük avtomobili Azərbaycan gömrükçüləri tərəfindən saxlanılır... Yükün mənşəyinə dair sənədlərdən bəlli olur ki, sən demə, 200 min dollarlıq mal 10 ton həcmindədir və guya Dubayda istehsal olunmuş qadın ayaqqabılarıdır. Yük Gürcüstanda yüklənib və Rusiyaya tranzitləşdirilib, yəni Rusiyaya göndərilir. 
Lakin yük avtomobili “STK”da gömrük baxışından keçirilərkən məlum olub ki, əslində, 200 min dollarlıq yük olan qadın ayaqqabıları Türkiyə istehsalıdır. Amma Rusiya ilə Türkiyə arasındakı “soyuq müharibə” diqtə edir ki, bu yük Rusiyaya gedə bilməz. Yükün son təyinatı isə Çeçenistanın olduğu göstərilib.
Beləliklə, ya yük Rusiya ərazisinə keçirilməlidir, yaxud sənədləri saxta olduğundan müsadirə edilməlidir, ya da Türkiyəyə qaytarılmalıdır...
“Səfər” adlı işbaz yükün taleyini necə həll edib?
Beləliklə, məsələ 20 gün imiş ki, həlledilməz olaraq qalırmış... Nəhayət, bu gün Səfər adlı (Naxçıvandandır) monopolist problemi həll etməyi boynuna götürür. Mənbə Xaçmazda bu qalmaqallı yükün taleyini araşdıran əməkdaşımıza bildirib ki, “Səfər sağ olsun, Azərbaycan Gömrük Komitəsində rəhbərlik səviyyəsində danışdı, sonra həmin yükün dəyəri 200 min deyil, 96 min dollar həcmində dəyərləndirilərək sənədlərdə belə yazıldı... Sonra Xaçmaz Gömrük İdarəsinin Azər adlı rəisi ilə sənədləşmə qaydasına salındı... Qərara alındı ki, həmin yük təcili olaraq Bakıya aparılaraq bu gün dərhal Bakı Gömrük İdarəsinin yük həyətində gömrük yoxlamasından keçirilərək açılıb sahibinə verilsin...”.
Hazırda həmin yük maşınının Bakıya çatdığı barədə məlumat var.
*** 
Bəs baş verənlərdən Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyevin xəbəri varmı? Bu suala cavab tapmaq üçün əməkdaşımız komitənin Mətbuat Xidməti ilə əlaqə saxladı, xidmətin rəhbəri Natiq Axundovla danışıb onu məlumatlandırdı... Qarşı tərəf məsələ ilə bağlı araşdırma aparıb qısa vaxtda redaksiyamıza məlumat veriləcəyini bildirdi... Lakin bu dəqiqələrədək heç bir məlumat, yəni cavab yoxdur. 
Araşdırmamız davam edir və qarışıq suallara cavab tapmağa çalışırıq. Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.
Həmçinin məsələ ilə bağlı ölkənin Baş Prokuroru Zakir Qaralovun adına rəsmi müraciət və sorğu hazırlanır... /tezadlar.az/

Комментариев нет:

Отправить комментарий