19.04.2016

Qız ərə gedir...

Fidan Fəradi

Ata ana qızını böyük sevgisiylə böyüdür. Ona bir şey olacaq deyə ürəyi dayanacaq az qala. Üstündə yarpaq kimi titrəyir. Ayağına tikan batsa ürəyi qanayar ana atanın. Yeməyib yedirdir, geyməyib geydirir, özü xəstə olduğu halda əlindəki 3-5 manata qızının adi öskürəyi üçün dərman alıb özünü unudur.
Müəyyən vaxt gəlir, ata ana ürəyi istəməsə də qızını ərə verir. Mən əminəm ki heç bir valideyn ürəyi tam rahat deyil qızını ərə verəndə. Ciyər parasına onun kimi baxmayacaqlarından əmindir. Özləri geyib onu geyindirməyəcəklər, özləri gizlicə yeyib onu yedirdməyəcəklər. Hətta bəzən ona əl də qaldıracaqlar. Ayaqına tikan batsa ürəyin yanan qızının başına qapaz vuracaqlar hətta.
Qız hər şeyini tərk edib ər evinə gedir. Anasından, atasından, bacısından, qardaşından, hər addımında, hər sm-də xatirələri olan ata evini tərk edir, ər evinə köçür. Öz dünyasından ayrılır. Sözün həqiqi mənasında dünyasını dəyişir qız ərə gedəndə. Arzularından vaz keçir ərinin arzuları kimi arzulamağa başlayır, özündən vaz keçir, özünü unudur, ər evi onu hansı qəlibə salmaq istəyirsə, o cür olmağa çalışır. Bəkarətindən vaz keçir ərinin cinsi istismar maşınına çevrilir. Qız ərə gedəndə hər şeyini itirir. 
Bütün bunun qarşılığında ata evindən ayırıb gətirdikləri qızı ər evində qeydiyyata da salmırlar. Qeydiyata düşməsin deyə evləndikdən sonra şəxsiyyət vəsiqəsini də dəyişmirlər, evli qadın "subay" yazılı şəxsiyyət vəsiqəsi ilə yaşayır. 
Sonra da deyirlər gəlin evə yapışmır. Ər evinə ayaq basdığı gündən ögey münasibət görür, özünü qonaq kimi hiss etdirirlər gəlinə. Zaman keçdikcə özünü artıq lazımsız adam kimi hiss edir qız ər evində. Ata evinə can atır. Çünki hər dəfə ona ər evində qonaq olduğunu hiss elətdirir əri və ailəsi. Üstəlik də qeydiyyat üçün dər dəfə ərinin və ər ailəsinin davaları.. 
Sizin üçün hər şeyindən vaz keçən bir insanı qeydiyyata salmaq bu qədərmi çətindir? Olmazdımı ki, gəlinə o evin bir insanı olmasını hiss etdirərdiz? O zaman gəlin də evə yapışardı, canı atası evində qalmazdı... 
Gəlinin ər evinə yapışmamasının digər səbəblərindən biri də, ərin öz arvadına sahib çıxa bilməməsidir. Arvada sahib çıxmaq o demək deyil ki, arvad küçədəqalandır. Arvada sahib çıxmaq o deməkdir ki, kişinin arvadının başına kimsə qapaz vura bilməsin. Əgər bir kişinin arvadını qaynana, baldız döyürsə, başına qapaz vurusa, o kişi getsin əyninə yubka geyinsin. İndiki müasir dövrdə oğlanlar evlənir, amma arvadını elə bil öz anası üçün ev əşyası kimi alıblar. Gəlinin bütün idarəsini verir anasının əlinə. Qaynana baldız da bu fürsətdən istifadə edib gəlini istədikləri kimi incidirlər. Evdə gəlinə hər kəs ərlik etməyə, əmr verməyə, gəlini idarə etməyə başlayır, qaynana, qaynata, baldızlar, qayınlar, qayınların arvadları, hətta baldız və qayınların uşaqları belə gəlini idarə edir, gəlinə prikazlar verirlər... Anası tərəfindən idarə edilən kişiyə ərə getmək lezbiyanlıq kimi bir şeydi. Belə evlilikdə gəlinin əri nigah kağızındakı şəxs deyil, gəlinin qaynanasıdır. Gəlin qaynanasının arvadı olur. Hətta elə qaynanalar var ki oğulla gəlinin yataq otağında olanlarla da maraqlanır. Gəlinə bu barədə suallar verir.
Ehhhhh... Qız bilmir ərə gedəndə kimə gedir.
Oğlan anaları özləri bilərəkdən oğlunu elə böyüdür ki sabah ana nə qələt eləsə, oğul onu atmasın. Arvad haqlı olduğu halda arvadını döysün, təpik altına salsın, amma haqsız anasına söz deyə bilməsin.
Beləsinə bir qəşəng təpik vurub rədd edirsən cəhənnəmə. Getsin o anası, bacısı, o da o. Gedib evlənsin, arvad eləsin anasını, bacısını.
Öz sözünün, özünün sahibi olan kişi ilə ailə qurmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий