07.03.2019

Rusiya xarici xüsusi xidmət orqanlarına işləyən agentlərin sayını açıqladı


Rusiyanın xüsusi xidmət orqanları 2018-ci ildə xarici xüsusi xidmət orqanlarının 129 ştat əməkdaşının və 465 agentinin fəaliyyətini aşkarlayıb.
TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyadakı proseslərə təsir göstərməyə çalışdı: “2018-ci ildə əks-kəşfiyyat məhsuldar fəaliyyət göstərib".

Комментариев нет:

Отправить комментарий