01.05.2019

Rəvan Məhərrəmli - Var idi

Gör o zamanlar necə keyfiyyətimiz var idi,
Yağla balı fərqli qılan millətimiz var idi.

Ruzi də insanlıq ilə ərşə çəkilmiş daha,
Süfrəyə yoldan ötənə dəvətimiz var idi.

Hər şeyi bazarə gedib almağa öyrəşmişik,
Tarlada, bostanda bizim zəhmətimiz var idi.

İndi biz aşkaridə eyb elərik, ar etmirik,
Məhrəm olan kəslər ilə xəlvətimiz var idi.

Qardaşı qardaş ilə düşmən eləyir qaynana,
Düşmən ilə mehriban ünsiyyətimiz var idi.

Qonşu ilə qonşu salamlaşmaği ağır bilir,
Hər gecələr qonşuda söz-söhbətimiz var idi.

Taqətimiz yoxdu, Rəvan, başımızl qaldıraq,
Zalimə baş əyməyəcək xislətimiz var idi.

Комментариев нет:

Отправить комментарий