11.06.2020

Akşin Sultanov:
Burjua mətbuatı istəsə, bir aya dünyanın çoxu inanacaq ki, planet kvadratdır və uçan eşşəklərin kürəyində günəşin ətrafında dolandırılır. Dünyanın çoxu onsuz da elə şeylərə inanır ki… Özünü ziyalı, intellektual hesab edən hər kəs “Stalin yüz minlərlə insanı sürgünə, lagerlərə göndərdi” söhbətini bu 30 ildə çoxdan araşdırıb, çözüb və ən savadsız kəsimin danışdığı yalan-böhtanı təkrarlamağa utanır. Yerdə qalır burjua ziyalıları və intellektualları… Onlar da həmişə qərəzli və söz fırladan olublar, ona görə də onlar psevdoziyalı və psevdointellektualdılar... Stalin hər keçən gün daha da aktuallaşır. Bu isə milli və Qərb kapitalist dairələrini qorxutmaya bilməz. Ona görə də stalinizmə qarşı “proyektlər” bitmir.

Комментариев нет:

Отправить комментарий